Məhkəmə qərarları › İş №e-2(019)-539/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-539/2022

28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-539/2022 28.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN-0012, KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna X29 sənədinin X9 yox, X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Balakən rayonu Şərif kəndində yerləşən 1.08 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə JN 0012 KOD 40100048 nömrəli dövlət aktı verilmişdir. Həmin aktda mərhum atası X2 ad və ata adı qrafasında Zahid sözü əvəzinə Vahid, Murtuzəli sözü əvəzinə Murtuz sözləri yazılmışdır. Torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 aprel 2022-ci il tarixli məktubuna əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, JN 0012, KOD 40100048 nömrəli dövlət aktında düzəlişlərin edilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı olduqdan sonra çıxarışın verilməsi mümkündür. Hesab edir ki, həmin torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Ona görə də hüquqmüəyyənedici sənədin mərhum atası X3 məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bu faktın ərizəçiyə atasından qalmış miras əmlakı qəbul edərək, adına sənədləşdirmək üçün lazım olduğunu bildirərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 və X21 ifadələrində göstərmişlər ki, JN-0012 KOD 40100048 saylı Torpağa Mülkiyyət Hüququna X28 göstərilən X15 ilə X5 eyni şəxsdir. Belə ki, Vahidin əsl adı Zahid,atasının adı isə Murtuzəlidir,lakin X27 səhv olaraq Zahidin adı Vahid, atasının adı isə Murtuzəli əvəzinə Murtuz kimi göstərilmişdir. Həqiqətən də JN-0012 KOD 40100048 saylı Torpağa Mülkiyyət Hüququna X28 göstərilən X1 Zahid Murtuzəli oğlu ilə eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-0012 KOD 40100048 saylı Torpağa Mülkiyyət Hüququna X26 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Şərif kəndində 1.08 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X8, X4 və Ərizəçi ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 197074 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1979-cu il tarixdə anadan olmuş, atası X10, anası X13 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 fevral 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 251888 nömrəli ölum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şərif kənd icra nümayəndəliyi tərəfindən 10 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 253857 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1999-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinin X6 ünvanladığı 05 aprel 2022-ci il tarixli **********99 nömrəli məktubunda göstərilir ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş torpaq sahəsinə dair JN-0012 saylı «Dövlət aktı sənədində düzəliş edərək mərhum babasının adının və ata adının «ölum haqqında şəhadətnamə» sənədinə uyğun qeyd olunaraq həmin torpaq sahəsinə dövlət reyestrinldən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə «Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestri» Rublik hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı məlumat verilir ki, ləğv olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0012 nömrəli “Torpağa mülkiyyət hüququna X29” sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi,partiyaların bileti, hərbi sənədlər; pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X8, X4 və Ərizəçi ümumi birgə mülkiyyətinə Balakən rayonu Şərif kəndində 1.08 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN-0012 KOD 40100048 nömrəli Dövlət Aktı verilmişdir. X27 ərizəşinin atası X2 ad və ata adı qrafasında Zahid sözü əvəzinə Vahid, Murtuzəli sözü əvəzinə Murtuz sözləri yazılmışdır. Ərizəçi torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. 18 saylı Ərazi İdarəsində Dövlət Aktında olan ərzəçinin atasının adı və atasının adı ilə bağlı bu uyğunsuzluğun aradan qaldırılmasından və çıxarış verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmin torpaq sahəsi ərizəçinin istifadəsindədir. Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçiyə ona məxsus olan, həmçinin atasından miras qalmış torpaq payı üzrə torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə hazırki işin hallarına qanun normasının və həmin normaların tətbiqi barədə Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinin tələbləri əsasında hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə həmin üç şərtin üçü də mövcudur: birincisi, ərizəçinin mərhum atasının sənəddə göstərilən adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı düz gəlmir, ikincisi, hazırki ərizənin predmeti olan sənədin məxsusluğu barədə məsələ qaldırılan JN-0012, KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna X29 hüquqmüəyyənedici sənəddir, üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-0012 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna X29 sənədinin X9 yox, ərizəçinin mərhum atası X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd olan JN-0012 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna X29 sənədinin X9 yox, Ərizəçi mərhum atası X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar