Məhkəmə qərarları › İş №e-2(019)-541/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-541/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-541/2022 14.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən Balakən rayonu Qullar kəndi ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsinin X5, X8, X11, X6 ümumi birgə mülkiyyətinə verilmiş JN 1255F KOD 40107018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 24 may 1985-ci ildə Balakən rayonu Qullar kənd sakini olmuş X13 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Nikah bağlandıqdan sonra soyadını dəyişməmişdir. X3 xx.xx.2013-cü ildə ölmüşdür. Balakən rayonu Qullar kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ailə üzvlərinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.06 ha torpaq sahəsinə JN 1255F KOD 40107018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmışdır.X2 ölümündən sonra ondan miras qalmış əmlaka vərəsəlik işi açılmışdır. Lakin 0.06 ha torpaq sahəsinə dair JN 1255F KOD 40107018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun soyadı və atasının adı texniki səhv olaraq Ərizəçi əvəzinə X15 qeyd edildiyindən Notariat Kontorunda miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Həmin sənədin özünə məxsus olması barədə sənədi başqa qaydada ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ,onun nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Bacısının soyadı Cabbarova, atasının adı isə Əşrəf olmuşdur. Ərizəçi X3 olmuşdur. Onların ailəsində X15 adlı şəxs olmamışdır və yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında göstərdi ki, Ərizəçi onun anasıdır. Anasının soyadı Cabbarova, atasının adı isə Əşrəf olmuşdur. Ərizəçi X3 olmuşdur. Onların ailəsində X15 adlı şəxs olmamışdır və yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1255F, KOD 40107018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə X9, X12, X14 və X10 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2537 nömrəli arayışdan görünür ki, Ərizəçi ilə X16 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd icra nümayəndəliyi tərəfindən 24 may 1985-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Ərizəçi arasında 24 may 1985-ci ildə 25 nömrə ilə nikahları qeyd edilmiş, nikah bağlanandan sonra arvada Cabbarova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 may 2022-ci il tarixli **********05 nömrəli məktubda göstərilmişdir ki; “Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarına əsasən verilmiş torpaq sahəsinə dair JN-1255F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində mülkiyyətçilərin siyahısında düzəliş edərək soyad və ata adınızın şəxsiyyət vəsiqəsinə uyğun qeyd olunaraq həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı məlumat veririk ki, Ləğv edilmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1255F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində düzəlişlərin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X19 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır.” Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə X9, X12, X14 və X10 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir.Onların həmin torpaq sahəsinə hüquqlarına dair JN 1255F KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb təqdim edilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi soyadı səhvən “Hacıyeva”, atasının adı “Cabbar” yazılmışdır. Ərizəçi mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sözügedən uyğunsuzluğa görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi qeydiyyat aparmaqdan imtina etmişdir. Ərizəçi bu uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd hesab edilən JN-1255F, kod 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN-1255F, kod 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar