Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-547/2023 01.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin mərhum atasına məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, hüquqmüəyyənedici sənəd olan 1400 kvadratmetr torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş ümumi sahəsi 61 kvadratmetrdən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair X8 adına verilmiş 882 nömrəli qeydiyyat vəsiqəsinin X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayır. X6, anası X3r. X6 xx.xx.2006-cı ildə, anası X7 isə xx.xx.2015-ci ildə ölmüşdür. Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997ci il tarixli 37 saylı qərarı ilə X2 və anası X4 Balakən rayonu Tülü kəndi ərazisindən 1400 kvm torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Eyni zamanda həmin torpaq sahəsində 1961-ci ildə tikilmiş ümumi sahəsi 61 kv.m-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə X6nun adına 882 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin qeydiyyat vəsiqəsində atasının adı Nizam əvəzinə Nizami kimi qeyd edilmişdir. Hazırda valideynlərindən miras qalmış əmlaklara vərəsəlik işi açılmışdır. X2 və anası X4 verilmiş Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 1400 kvm həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və daşınmaz əmlaka yüklülük barədə arayış almaq üçün Balakən regional Asan Xidmət Mərkəzində yerləşən daşınmaz əmlakın dövlət reyestri xidmətinin əməkdaşlarına müraciət etmişdir. Onlar bildirmişlər ki, hüquqmüəyyənedici sənədlərdə-1400 kvm torpaq sahəsində yerləşən 1961 -ci ildə tikilmiş ümumi sahəsi 61 kv.m-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair X6nun adına verilmiş 882 nömrəli qeydiyyat vəsiqəsində atasının adı Nizam əvəzinə Nizami qeyd edildiyinə görə qeyd edilən daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsi mümkün deyildir. Hazırki vəziyyətdə hüquqmüəyyənedici sənədlərdə-1400 kvm torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş ümumi sahəsi 61 kv.m-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair X6nun adına verilmiş 882 nömrəli qeydiyyat vəsiqəsində atasının adı Nizam əvəzinə Nizami qeyd edildiyinə görə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Həmin sənədlərdə düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə həmin idarədən ona imtina məktubu verərək, göstərmişlər ki, 882 nömrəli qeydiyyat vəsiqəsində vərəsəsi olduğu mərhum X6nun adı X5 qeyd olunmuşdur. Balakən rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 882 nömrəli qeydiyyat vəsiqəsində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır. Hüquqmüəyyənedici sənəddə-1400 kvm torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş ümumi sahəsi 61 kvm-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair X6nun adına verilmiş 882 nömrəli qeydiyyat vəsiqəsində atasının adı Nizam əvəzinə Nizami qeyd edildiyinə görə həmin sənədin X2 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin idarənin rəisi 26 may 2023-cü il tarixli və 14 iyul 2023-cü il tarixli məktublarla məhkəməyə müraciət edərək, idarədə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən işin həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndələrinin iştirakı ilə əlaqədar məhkəmədə baxılacaq e-2 (019)-547/2023 nömrəli mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmələrinin mümkün olmayacağını bildirmiş və qeyd olunanları nəzərə alaraq nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə hazırki işə məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və atasının adı Ərizəçidur. İş materiallarında olan 18 fevral 1961-ci il tarixdə verilmiş İ-İE 239317 №-li evlənmək haqqında şəhadətnamədən görünür ki, X15 ilə X7 arasında nikah 24 dekabr 1959-cu ildə 20 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 17 may 1961-ci il tarixdə verilmiş İİ-İE 084182 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 5 may 1961-ci il tarixdə doğulmuş, şəhadətnamənin atası qrafasında X15, anası qrafasında isə X7 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Balakən rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 882 №-li Qeydiyyat vəsiqəsindən və texniki pasportdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 61 kvadratmetrdən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi X10 adına mülkiyyət hüququ əsasında qeydə alınmış, 1 № ilə reyestr kitabına yazılmışdır. 563 №-li inventari işi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Balakən rayon şöbəsinin müdiri tərəfindən tərtib olunmuş A№092461 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 saylı qərarı ilə X11 verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 1400 kv.metr torpaq sahəsi X16 kitabında xx.xx.2009-cu il tarixdə 985 nömrə ilə uçota alınıb. İş materiallarında olan 18 sentyabr 2006-cı il tarixdə verilmiş AZ-İ 209697 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X15 16 sentyabr 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan 06 mart 2015-ci il tarixdə verilmiş AZ-İ 711226 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 22 fevral 2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 06 aprel 2013-cüy il taixli 3-21-3-47/2D-0011-8/2023 nömrəli məktubda göstərilir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə etdiyi 882№ li “Qeydiyyat vəsiqəsi”ndə vərəsəsi olduğu mərhum X10 adı X5 qeyd olunmuşdur və Balakən rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 882№ li “Qeydiyyat vəsiqəsi”ndə düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçi Daanov X13 rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayır. X6, anası X3r. Ərizəçinin X6 xx.xx.2006-cı ildə, anası X7 isə xx.xx.2015-ci ildə ölmüşdür. Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə ərizəçinin X2 və anası X4 Balakən rayonu Tülü kəndi ərazisindən 1400 kvadratmetr həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Balakən X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin torpaq sahəsində 1961-ci ildə tikilmiş ümumi sahəsi 61 kvadratmetrdən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə ərizəçinin X6nun adına 882 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin qeydiyyat vəsiqəsində ərizəçinin atasının adı Nizam əvəzinə Nizami kimi qeyd edilmişdir. Hazırda ərizəçinin valideynlərindən miras qalmış əmlaklara vərəsəlik işi açılmışdır. Ərizəçi X2 və anası X4 verilmiş Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 1400 kvadratmetr həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və daşınmaz əmlaka yüklülük barədə arayış almaq üçün Balakən regional Asan Xidmət Mərkəzində yerləşən daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, orada hüquqmüəyyənedici sənəddə-1400 kvm torpaq sahəsində yerləşən 1961 -ci ildə tikilmiş ümumi sahəsi 61 kvm-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair X6nun adına verilmiş 882 nömrəli qeydiyyat vəsiqəsində atasının adının Nizam əvəzinə Nizami kimi qeyd edildiyinə görə qeyd edilən daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsinin mümkün olmaması bildirilmişdir. Ərizəçi həmin hüquüqmüəyyənedici sənəddə düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə həmin idarədən ona imtina məktubu verilərək, göstərilmişdir ki, 882 nömrəli qeydiyyat vəsiqəsində vərəsəsi olduğu mərhum X6nun adı X5 qeyd olunmuşdur. Balakən rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 882 nömrəli qeydiyyat vəsiqəsində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır. Hazırki vəziyyətdə ərizəçi hüquqmüəyyənedici sənəddə-1400 kvm torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş ümumi sahəsi 61 kvm-dən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair ərizəçinin X6nun adına verilmiş 882 nömrəli qeydiyyat vəsiqəsində atasının adı Nizam əvəzinə Nizami qeyd edildiyinə görə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi hüquqmüəyyənedici sənədin mərhum atasına məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçiyə valideynlərindən, o cümlədən atasından miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün lazımdır. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə hazırki işə qanun normasının və həmin normaların tətbiqi barədə Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinin tələbləri əsasında hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə həmin üç şərtin üçü də mövcudur: birincisi, ərizəçinin mərhum atasının sənəddə göstərilən adı, onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, ikincisi, hazırki ərizənin predmeti olan sənədin məxsusluğu barədə məsələ qaldırılan 882 nömrəli qeydiyyat vəsiqəsi hüquqmüəyyənedici sənəddir, üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan 1400 kvadratmetr torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş ümumi sahəsi 61 kvadratmetrdən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair X8 adına verilmiş 882 nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi X2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd olan 1400 kvadratmetr torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş ümumi sahəsi 61 kvadratmetrdən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair X8 adına verilmiş 882 nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-547/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-547/2023
01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver