Məhkəmə qərarları › İş №e-2(019)-553/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-553/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-553/2025 23.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 1 il xidməti 7 ədəd, stul - Alessandre 6 ədəd, Mirvanaakasya - yataq, ətçəkən Moulinex markalı telefon üçün 1043.28 manat ödənilməmiş hissə, 104.33 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, X3, X2 asqısı üçün 690.69 manat ödənilməmiş hissə, 69.07 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, Paket M xidməti, imei kodu **********38035 Oppo A18 markalı telefon almış üçün 313 manat ödənilməmiş hissə, 31.30 manat cərimə, ümumilikdə 2251.67 manat borc, 42.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, zəmanət + 1 İL xidməti 7 ədəd, stul - Alessandre 6 ədəd, Mirvanaakasya - yataq, ətçəkən Moulinex , qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, X3, X1 zəmanət ultra 3 il (kontakt) xidməti, paket M xidməti, imei kodu **********38035 Oppo A18 markalı telefon almış və nəticədə 2251.67 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2896.32 manat (24 ay x 120.68 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 1 il xidməti 7 ədəd, stul - Alessandre 6 ədəd, Mirvanaakasya - yataq, ətçəkən Mouline X markalı telefon üçün ümumilikdə, 1147.61 manat olmaqla ondan, 1043.28 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 104.33 manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 899.04 manat (24 ay 37.46 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, X3, X2 asqısı üçün ümumilikdə, 759.76 manat olmaqla ondan, 690.69 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69.07 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 493.02 manat (18 ay x 27.39 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, Paket M xidməti, imei kodu **********38035 OPPO A18 markalı telefon almış üçün ümumilikdə, 344.30 manat olmaqla ondan, 313 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.30 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən Mirvanaakasya - yataq-dan xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 1853.04 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1853.04 manat, ümumilikdə, 1853.04 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 388.37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən və ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İddiaçı Cavabdeh alqı-satqı qiyməti 493.02 manat olan, imei kodu **********38035 Oppo A18 markalı telefonu nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada ödəmək şərtilə qəbul etmişdir. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli müqavilədən və ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İddiaçı Cavabdeh qiyməti 899.04 manat olan qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, X3, X2 asqısı nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada ödəmək şərtilə qəbul etmişdir. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli müqavilədən və ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İddiaçı Cavabdeh qiyməti 2896.32 manat olan zəmanət + 1 il xidməti 7 ədəd, stul - Alessandre 6 ədəd, Mirvanaakasya - yataq, ətçəkən Moulinex malları nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada ödəmək şərtilə qəbul etmişdir. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş borcu 1043.28 manat, 104.33 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş borcu 690.69 manat, 69.07 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş borcu 313 manat, 31.3 manat cərimə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş və müqavilə hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh göstərilən müqavilələr əsasında aldığı əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrdə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2 manat həcmində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 15966797 nömrəli müqavilə üzrə 1043.28 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə 690.69 manat ödənilməmiş hissə, 5 manat cərimə və xx.xx.2024-cü il tarixli 09545411 nömrəli müqavilə üzrə 313 manat ödənilməmiş hissə, 2 manat cərimə ümumilikdə 2059.97 manat borc və ödənilmiş dövlət rüsumunun 38.90 manatı alınıb İddiaçı xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 15966797 nömrəli müqavilə üzrə 1043.28 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə 690.69 manat ödənilməmiş hissə, 5 manat cərimə və xx.xx.2024-cü il tarixli 09545411 nömrəli müqavilə üzrə 313 manat ödənilməmiş hissə, 2 manat cərimə, ümumilikdə 2059.97 manat borc və ödənilmiş dövlət rüsumunun 38.90 manatı alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar