Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-554/2023 24.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun, 200 manat vəkilə ödənilmiş vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı 18 noyabr 2019-cu il tarixli və 24 dekabr 2019-cu il tarixli ilkin müqavilələrin ləğv edilməsi və öhdəliklərə xitam verilməis barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(019)-554/2023 saylı qərardadına əsasən həmin qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, 8 saylı Notariat Ofisində xx.xx.2019 cu il və xx.xx.2019-cu il tarixlərdə ünvan 1i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsinin satılması ilə bağlı ilkin müqavilələr imzalanmışdır. Həmin müqavilələr Notarius reyestrində 3M-394 və 3M-440 nömrələr ilə qeydə alınmışdır. Müqavilələrə əsasən X13 Tərəfə ilkin olaraq ödənilməli olan 4500 manatdan 1000 manat və 3200 manat olmaqla 4200 manatı Notariusun bankda olan depozit hesabına ödəmişdir. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş 1931 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən olur ki, xx.xx.2019-cu il tarixli 3M- 394 cə xx.xx.2019-cu il tarixli 3M440 saylı müqavilələr üzrə 4200 manat məbləğ X3 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən notariusun bank hesabından götürülmüşdür. Qeyd edilən ilkin müqaviləyə və ilkin müqaviləyə əlavəyə əsasən satıcı olaraq X1 rayonu, Gərəkli kəndi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin alıcaya İddiaçı satmağa dair öhdəlik götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər bu müqaviləni notariat qaydasında təsdiq olunduqdan sonra əsas müqavilənin rəsmləşdirilməsi üçün qarşılıqlı razılıq əsasında 3 (üç) il müddət müəyyən etmişlər. Bundan sonra 2022-ci və 2023-ci illər ərzində satıcıya əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmçinin ilkin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı, yəni X7 ilkin müqavilə notariat tərəfindən təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 1i ünvanında yerləşən, 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verir. Lakin cavabdeh müqavilənin qeyd olunan bəndinində tələbini pozmuş, hazırki tarixədək torpaq sahəsinin alıcının sahibliyinə verməmişdir. Bununla bağlı cavabdehə şifahi müraciət etdikdə o, müxtəlif bəhanələrlə müqavilənin bu bəndinin icrasından yayınmışdır. Qarşı tərəf öhdəliyini icra etmədiyi üçün tərəfindən qeyd edilən torpaq sahəsinin onunla alqısatqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətə alıcının sahibliyinə verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək verdiyi izahatında göstərmişdir ki, 2016-cı ildən müntəzəm olaraq xarici ölkələrdə yaşamışdır. Buna görə də, bəzi məsələlərdə onu təmsil etməsi üçün bacısı X4 etibarnamə vermişdir. 2013-cü il tarixədək ər-arvad olmuş qardaşı Rəngiz və onun yoldaşı İddiaçı onun bacısının savadsızlığından istifadə edərək, onu Bakı şəhərində yerləşən notariat kontoruna aparmış, ona müxtəlif sənədlərə imza atdırmışlar. Həmin müqavilələr bacısına təqdim edilməmiş, hansı sənədə qol çəkməsindən məlumatlı olmamışdır. Bununla yanaşı, mübahisə predmeti olan ünvan 3ində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində əvvəllər tikilmiş ona məxsus 2 fərdi yaşayış evi və köməkçi tikililər vardır ki, həmin evlərin ümumi bazar dəyəri də 250000 manat təşkil edir. İddiaçı həmin torpaq sahəsini öz adına keçirmək istəməklə ona məxsus fərdi yaşayış evlərini mənimsəmək məqsədi daşıyır. Eyni zamanda, qeyd olunan müqavilələr üzrə notariusun depozit hesabına ödənilmiş 4200 manat pul vəsaiti nümayəndəsi olan X6 tərəfindən alınmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 15 may 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X2 nümayəndəsi X6 ilə İddiaçı arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli ilkin müqavilədən görünür ki, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə alqı-satqı müqaviləsi bağlananadək alıcı ilə aralarında müqavilə bağlamış, torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin 1000 manatını satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ünvan 4 ünvanladığı 18 noyabr 2019cu il tarixli 2085 nömrəli məktubundan və 18 noyabr 2019-cü il tarixli qəbzdən görünür ki, ilkin müqavilə üzrə alıcı notariusun depozit hesabına 1000 manat pul ödəmiş, müqavilə təsdiq edildikdən sonra müqavilə üzrə razılaşdırılmış 1000 manat pul vəsaitinin X4 verilməsi üçün pul vəsaitinin Bankda olan notariusun depozit hesabına qoyulması xahiş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh nümayəndəsi X6 ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli ilkin müqaviləyə əlavədən görünür ki, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə alqı-satqı müqaviləsi bağlananadək alıcı ilə aralarında müqavilə bağlamış, torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin qalıq 3500 manatdan 3200 manatı notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödəməyi, qalıq 300 manatın isə alqısatqı müqaviləsi bağlandığı zaman ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ünvan 4 ünvanladığı 24 dekabr 2019cu il tarixli 2277 nömrəli məktubundan və 24 dekabr 2019-cü il tarixli qəbzdən görünür ki, ilkin müqaviləyə əlavə üzrə alıcı notariusun depozit hesabına 3200 manat pul ödəmiş, müqavilə təsdiq edildikdən sonra müqavilə üzrə razılaşdırılmış 3200 manat pul vəsaitinin X4 verilməsi üçün pul vəsaitinin Bankda olan notariusun depozit hesabına qoyulması xahiş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri 8 saylı notariat ofisinin 16 sentyabr 2022-ci il tarixli 1931 nömrəli məktubundan görünür ki, 18 noyabr 2019-cu il tarixli, 3M-394 reyestr nömrəli və 24 dekabr 2019-cu il tarixli, 3M-440 nömrəli müqavilələr ləğv edilməmiş, qüvvədədir. Həmin müqavilələr üzrə alıcı tərəfindən ödənilmiş pul vəsaiti notaiusun depozit hesabı vasitəsi ilə satıcının təmsilçisi X4 ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən və çatdırılma barədə xəbərnamədən görünür ki, ilkin müqavilələr üzrə öhdəliklərin icrası cavabdehdən tələb edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün elektron qaydada 100 manat məbləğində dövlət rüsumu, həmçinin vəkilə 200 manat ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatı, eləcə də işdə olansübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 15 may 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3ində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmış, Cavabdehnin nümayəndəsi X6 ilə İddiaçı arasında 18 noyabr 2019-cu il tarixdə ilkin müqavilə bağlanmış, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin 1000 manatını satıcıya ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər.Bundan sonra tərəflər arasında 24 dekabr 2019-cu il tarixdə yenidən ilkin müqaviləyə əlavə müqavilə bağlanmış, həmin müqavilə ilə satıcı ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini gələcəkdə alıcıya satmaq məqsədilə torpaq sahəsinin dəyəri kimi razılaşdırılmış 4500 manat məbləğin qalıq 3200 manatını satıcıya ödəməyi, qalıq 300 manatın isə alqı-satqı müqaviləsi bağlandığı zaman ödəməyi öhdəsinə götürmüş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu andan əsas müqavilə bağlananadək ünvan 3i ünvanında yerləşən 0.12 ha torpaq sahəsini tam yararlı vəziyyətdə alıcının sahibliyinə verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı və satıcı müqavilə notarial qaydada təsdiq edildikdən sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün 3 il müddət müəyyən etmişlər. xx.xx.2019-cu il tarixli 3M-394 cə xx.xx.2019-cu il tarixli 3M440 saylı müqavilələr üzrə 4200 manat məbləğ cavabdehin nümayəndəsi X6 tərəfindən notariusun bank hesabından götürülmüşdür. İş materiallarından həmçinin müəyyən olunur ki, sözügedən ünvan 3ində yerləşən 0.12 ha torpaq sahəsində Cavabdeh məxsus 2 fərdi yaşayış evi vardır və cavabdeh həmin evlərin qiymətinin 250000 manat olduğunu bildirmişdir. Həmçinin həmin torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi üçün müqavilələrdə nəzərdə tutulmuş 3 illik müddət keçmiş və bu müddət ərzində alqı-satqı rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci madsəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci madsəsində göstərilir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü madsəsində göstərilir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci madsəsində göstərilir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci madsəsində göstərilir ki, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci madsəsində göstərilir ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.2-ci madsəsində göstərilir ki, özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü madsəsində göstərilir ki,təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci madsəsində göstərilir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci madsəsində göstərilir ki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci madsəsində göstərilir ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.2-ci madsəsində göstərilir ki, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.3-cü madsəsində göstərilir ki, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. İşin haktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan 0.12 ha həyətyanı torpaq sahəsi üzərində cavabdehə məxsus 2 fərdi yaşayış evi yerləşir və cavabdehin təmsilçisi X6 ilə iddiaçı arasında 18 noyabr 2019-cu il tarixdə və 24 dekabr 2019-cu il tarixdə ilkin müqavilələr bağlanmış, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evləri ilə birgə real dəyərindən dəfələrlə aşağı qiymətə, yəni 4500 manata torpaq sahəsinin alıcıya satılması barədə razılığa gəlmişlər. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən torpaqla bağlı cavabdehdən etibarnamə almış bacısı həmin əmlakın real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılmasına dair alıcı ilə razılıq əldə etmişdir. Bununla da, qanunvericiliyin yuxarıda qeyd edlilən tələbləri baxımından təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Halbuki tərəflər arasında bağlanmış ilkin müqavilələr cavabdehin yox, məhz satıcının maraqlarına xidmət etmiş, cavabdehin mənafeyinə uyğun olmamışdır. Bağlanan əqd cavabdehin iradəsinə zidd olduğuna baxmayaraq təmsil edən hətta bu barədə cavabdehə məlumat belə verməmişdir. Göründüyü kimi, təmsilçi vasitəsi ilə tərəflər arasında bağlanmış ilkin müqavilə və ona əlavə cavabdehin iradə ifadəsini əks etdirməmiş, onu daha da ağır vəziyyətə salmışdır. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər ilkin müqavilə rəsmiləşdirildiyi andan 3 il ərzində satıcının mübahisə predmeti olan torpaq sahəsini alıcının sahibliyinə verməyi öhdəsinə götürsə də, torpaq sahəsi həmin 3 il müddətində naturada alıcıya təhvil verilməmiş, müqavilənin qüvvədə olduğu 3 il ərzində iddiaçı həmin torpaq sahəsinin alınması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçı Cavabdeh 2022-ci və 2023-ci illər ərzində əsas müqavilənin bağlanması ilə əlaqədar dəfələrlə şifahi və yazılı müraciət edilməsini göstərsə də, 2022-ci ilin hansı ayı və günündə və 2023-cü ilin hansı ayı və günündə, yəni hansı dəqiq tarixlərdə bununla bağlı cavabdehə şifahi və yazılı müraciət etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bundan başqa Cavabdeh sözügedən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh həmin 0,12 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları vardır. Hazırki iddianın təmin edilməsi cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əsassız pozulmasına səbəb olacaqdır ki, bu da qanunla yolverilməzdir. Belə ki, hazırki işdə cavabdehin həmin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından məhrum edilməsi və ya həmin hüquqların məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş şərtlər və məqsədlər mövcud deyildir, həmçinin bu demokratik cəmiyyətdə zəruri deyildir. Belə olan halda cavabdeh mülkiyyət hüququndan əsassız məhrum olmaqla ağır məhrumiyyətlərə məruz qalacaqdır ki, bunun üçün də qanuni əsaslar yoxdur. Eyni zamanda cavabdehin üzərinə iddiaçı ilə həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması və torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi vəzifəsinin qoyulması cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə yanaşı, müqavilə azadlığı prinsipinə də ziddir. Belə ki, qeyd edildiyi kimi, qanunvericiliyin (Konstitusiyanın 13 və 29-cu maddələri, Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Mülki Məcəllənin 152-ci maddəsi) tələbinə əsasən torpaq sahəsi üzərində sərəncam verilməsi, o cümlədən onun alqı-satqısının həyata keçirilməsi mülkiyyətçinin hüququdur, vəzifəsi deyildir. Əmlakı üzərində sərəncam verilməsi mülkiyyətçinin hüququ olduğu halda, onun iradə ifadəsinin əleyhinə buna məcbur edilməsi mülkiyyət hüququnun fəlsəfəsinə, mülkiyyət hüququnu müdafiə edən qanun normalarının tələbinə ziddir. Qanunun tələbinə görə mülkiyyətdə olan əmlaka dair alqı-satqının həyata keçirilməsi və həmin əmlakın başqasının sahibliyinə verilməsi vəzifəsi mülkiyyətçinin üzərinə qoyula bilməz. Digər tərəfdən qeyd edildiyi kimi, belə bir vəzifənin mülkiyyətçinin üzərinə qoyulması müqavilə azadlığı prinsipinə ziddir. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər hansı müqavilə tərəflərin ifadə ifadəsini əks etdirməli, bu zaman məcburiyyət amili olmamalıdır. Tərəflər iradə ifadəsinin nəticəsi olaraq qanunda nəzərdə tutulmuş və ya qanuna zidd olmayan müqavilə bağlandığı təqdirdə bir-birinə münasibətdə hüquq və vəzifələr daşıyırlar. Müqavilə münasibətləri icra olunmadığı halında bir tərəf öhdəliyi pozan qarşı tərəfdən həmin müqavilənin ləğv edilməsini və vurulan ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Lakin qanunvericilikdə belə olan halda tərəfin iradəsinin əleyhinə onun üzərinə hər hansı müqaviləni, o cümlədən daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamaq və bununla da mülkiyyətindən məhrum etmək öhdəliyinin qoyulması halı, əsasları və şərtləri nəzərdə tutulmamışdır. Əks hal qanunda nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinin kobud pozuntusu olardı ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqaivlə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşdəki sübutlardan görünür ki, 0,12 ha torpaq sahəsinin alqı-satqısı üçün sözügedən müqavilələrdə nəzərdə tutulmuş 3 il müddət keçmiş və bu müddət ərzində həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilməmişdir. Yəni tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin həmin torpaq sahəsində əvvəllər tikilmiş cavabdehə məxsus 2 fərdi yaşayış evi vardır. İşin müəyyən olunmuş faktiki halları və hüquqi əsasları baxımından cavabdehin üzərinə həmin torpaq sahəsini iddiaçıya alqı-satqı qaydasında satmaq və torpaq sahəsini iddiaçının sahibliyinə vermək barədə öhdəlik qoyula bilməz. Əks hal qanunvericiylin tələblərinin kobud pozuntusu olardı ki, bu da qəbuledilən deyildir. İddiaçı cavabdehdən və ya onun təmsilçisindən ödənilən pulun geri qaytarılması, vurulmuş ziyanı tələb edə bilər ki, hazırki iddiada da bu tələb qoyulmamışdır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına əsasən qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasının və torpaq sahəsinin tam yararlı vəziyyətdə alıcının sahibliyinə verilməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmamalı, həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 200 manat vəkilə ödənilmiş xərc İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 200 manat vəkilə ödənilmiş xərc İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-554/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-554/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver