Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-557/2023 01.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, ərizəçi Mahamayeva (İbadova) Tünzalə Məhəmməd qızının və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi Mahamayeva (İbadova) Tünzalə Məhəmməd qızının barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi Mahamayeva (İbadova) Tünzalə Məhəmməd qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs2 ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Mahamayeva (İbadova) Tünzalə Məhəmməd qızı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 2001-ci ilin yanvar ayında Balakən rayonu Qullar kənd sakini Maraqlı şəxs2 ilə evlənmişdir. Nikahları 05 noyabr 2002-ci il tarixdə 308 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdən Maraqlı şəxs2 ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-96/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Fazillə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Nikahın pozulması ilə bağlı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində iştirak edərkən o və Maraqlı şəxs2 arasında xx.xx.2022-ci il tarixdə “ Barışıq sazişi” imzalanmışdır. Bu sazişə əsasən onlar birgə yaşadıqları dövrdə əldə etdikləri əmlakların bölgüsü ilə bağlı razılığa gəlmişlər. Belə ki, Fazillə birgə yaşadıqları dövrdə tikdirdikləri yaşayış evinin və həyətyanı torpaq sahəsinin Fazilin mülkiyyətində, Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən ümumi sahəsi 32.20 kv.m olan qeyri yaşayış binasımağazanın isə onun mülkiyyətinə verilməsinə dair Maraqlı şəxs2la razılaşmışlar.Barışıq sazişində qeyd edilməsə də o, uşaqların saxlanması üçün Maraqlı şəxs2 heç vaxt aliment tələb etməyəcəyinə də razılaşmışdır. Hal-hazırda mağaza binasından özü istifadə edir. Qeyd etdiyi mağaza binasının öz adına rəsmiləşdirilməsini istəyir. Rəsmiləşdirilmə ilə bağlı Maraqlı şəxs2 Notariat Kontoruna gələrək müəyyən sənədləri imzalamalıdır. Lakin Maraqlı şəxs2 “Barışıq sazişi” nin şərtlərini tam pozaraq qeyri yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsini təmin etmir. Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdən bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmiş, barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasında göstərdi ki, 2001-ci ilin yanvar ayında qeyri-rəsmi nikahla Mahamayeva (İbadova) Tünzalə ilə evlənmiş, nikahlarını 05 noyabr 2022-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsimiləşdirmişlər. Ərizəçi ilə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən birgə yaşadıqları dövrdə əldə etdikləri yaşayış evinin və həyətyanı torpaq sahəsininin onun mülkiyyətində, Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən ümumi sahəsi 32.20 kv.m olan qeyri-yaşayış binasının isə ərizəçi Tünzalə Mahamayevanın (İbadovanın) mülkiyyətinə verilməsi barədə razılığa gəlmişlər. Mahamayeva (İbadova) Tünzalə barışıq sazişinə əsasən onun mülkiyyətində qalan evdən qeydiyyatdan çıxmadığı üçün o,barışıq sazişini icra etməmişdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki,tərəflər qismən barışıq sazişi imzalayaraq nikahın pozulmasına razılaşdılar.Əmlakın bölünməsi tərəflər arasında razılaşdırılaraq Maraqlı şəxs2 evin əmlakının və həyətyanı torpaq sahəsinin və əlavə torpaq sahəsinin qalmasına Ərizəçi etiraz etmir.Mağazanın Ərizəçi verilməsinə Maraqlı şəxs2 razılaşdı.Ata ilə görüş günü həftənin bazar günü saat 11:00-dan 23:00-dək görüş gününə razılaşdılar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-96/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs2 arasında 05 noyabr 2002-ci il tarixdə 308 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 25 oktyabr 2008-ci il tarixdə doğulmuş X4 anası Ərizəçi yanında saxlanılması,cavabdeh Maraqlı şəxs2 75 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 noyabr 2021-cı il tarixdə verilmiş xx/xx-1162 №-li arayışdan görünür ki, Maraqlı şəxs2 ilə X1 arasında Balakən rayon Qeydiyyat Şöbəsində nikah haqqında 05 noyabr 2022-cı il tarixdə 308 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada İbadova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 noyabr 2021-cı il tarixdə verilmiş xx/xx-1161 №-li arayışdan görünür ki, X6 25 oktyabr 2008-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs2, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.003790 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 32.20 kv.m olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində Maraqlı şəxs2 adına qeydiyyata alınmışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Mahamayeva (İbadova) Tünzalə Məhəmməd qızı Maraqlı şəxs2 ilə 2001-ci ilin yanvar ayında qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 05 noyabr 2022-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 308 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2001-ci il tarixdə X5 və xx.xx.2008-ci il tarixdə X6 adında 2 uşaqları olmuşdur. Nikahın pozulması ilə bağlı ərizəçi Mahamayeva (İbadova) Tünzalə Məhəmməd qızı mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs2 ilə nikahın pozulmasına, əmlakın bölünməsi Maraqlı şəxs2 evin əmlakının və həyətyanı toorpaq sahəsinin və əlavə torpaq sahəsinin qalmasına Ərizəçi, mağazanın Ərizəçi verilməsinə Maraqlı şəxs2, ata ilə görüş günü həftənin bazar günü saat 11:00-dan 23:00-dək bağlı razılığa gəlmişlər və bu barədə 02 sentyabr 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 barışıq sazişinin şərtlərinə əməl etməmişdir.Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Mahamayeva (İbadova) Tünzalə Məhəmməd qızı ilə Maraqlı şəxs2 arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi Mahamayeva (İbadova) Tünzalə Məhəmməd qızı ilə Maraqlı şəxs2 arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-557/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-557/2023
01.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver