Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-560/2025 30.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1770 manat borc pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 0011 nömrəli, 15 iyun 2024-cü il tarixli müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, “Müştəri” müqavilənin şərtlərini pozduğu təqdirdə “Satıcı” onun borcunun ödənməsinə imkan verən əmlakın(əşyaların) müəyyən edilməsi məqsədi ilə (məhkəmədən əvvəl) və məhkəmə qətnaməsinin icrasına köməklik göstərilməsi üçün baxış keçirir və bu barədə şahidlərin iştirakı ilə akt tərtib edir. Lakin belə bir akt iş materiallarına əlavə olunmamışdır. İddiaçı məhkəmə iclasında müqavilənin bu şərtinə əməl etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin hallarını, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı ilə cavabdeh arasında bağlanmış 0011 nömrəli, 15 iyun 2024-cü il tarixli müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, “Müştəri” müqavilənin şərtlərini pozduğu təqdirdə “Satıcı” onun borcunun ödənməsinə imkan verən əmlakın(əşyaların) müəyyən edilməsi məqsədi ilə (məhkəmədən əvvəl) və məhkəmə qətnaməsinin icrasına köməklik göstərilməsi üçün baxış keçirir və bu barədə şahidlərin iştirakı ilə akt tərtib edir. məhkəməyə etdiyi müraciətinə əlavə etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onlara qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 38 manat bu qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. İddiaçıya ümumi əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-560/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-560/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver