Məhkəmə qərarları › İş №e-2(019)-566/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-566/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-566/2025 23.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 372,4 AZN əsas 55,8 AZN cərimə cəmi 428,2 AZN borc, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 257,2 AZN əsas 38,5 AZN cərimə cəmi 295,7 AZN borc, xx.xx.2024-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 211,4 AZN əsas, 31,7 AZN cərimə, cəmi 243,1 AZN borc, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 319,7 AZN əsas, 47,9 AZN cərimə, cəmi 367,6 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 1160,7 AZN əsas, 173,9 AZN cərimə, 1334,6 AZN cəmi borcun və 33.34 AZN ödənilmiş dövlət rüsumunun cavabdeh İbadova (Ağayeva) Günel Mahir qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh İbadova (Ağayeva) Günel Mahir qızı arasında xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan 517.40 AZN dəyərində Samsung markalı mobil telefonu nisyə almış, 18 ay müddətinə hər ay 29 manat ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır. İbadova (Ağayeva) Günel Mahir qızının müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında 372.40 AZN əsas borc məbləği, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 558,00 AZN təşkil etmişdir.Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə 90 faiz güzəşt tətbiq olunaraq cavabdehdən 55.80 AZN cərimə tələb olunur. Tutulmalı olan cəmi məbləğ 428.20 AZN təşkil edir. xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 319.90 AZN dəyərində ütü və saç feni almış,12 ay müddətinə hər ay 27,00 AZN ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır. Cavabdeh 211.40 AZN ödənilməmiş əsas borcu, gecikdirilmiş günlərə görə hesablanan 317,00 AZN cərimə məbləği vardır. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmiş, cavabdehdən 31.70 AZN cərimə tələb olunur. Tutulmalı olan cəmi məbləğ 243.10 AZN təşkil edir. xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 389.90 AZN dəyərində qazan dəsti almış,12 ay müddətinə hər ay 33,00 AZN ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır. Cavabdeh 257,20 AZN ödənilməmiş əsas borcu, gecikdirilmiş günlərə görə hesablanan 385,00 AZN cərimə məbləği vardır. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmiş, cavabdehdən 38.50 AZN cərimə tələb olunur. Tutulmalı olan cəmi məbləğ 295.70 AZN təşkil edir. xx.xx.2024-cü il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 549,90 AZN dəyərində qızartma aparatı almış,12 ay müddətinə hər ay 46,00 AZN ödəməyi öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır. Cavabdeh 319.70 AZN ödənilməmiş əsas borcu, gecikdirilmiş günlərə görə hesablanan 479,00 AZN cərimə məbləği vardır. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilmiş, cavabdehdən 47.90 AZN cərimə tələb olunur. Tutulmalı olan cəmi məbləğ 367,60 AZN təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmə bildirişinin Cavabdeh çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən RİHB Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 517.49 manat dəyərində bir ədəd “Samsung” markalı mobil telefonu 18 ay müddətinə nisyə almışdır. Müqavilənin 1 nömrəli əlavəsinin 3-cü bəndindən görünür ki, gecikdirilən borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən satıcıya ödənir. xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 319.98 manat dəyərində bir ədəd “Ütü və fen”i 12 ay müddətinə nisyə almışdır. Müqavilənin 1 nömrəli əlavəsinin 3-cü bəndindən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən satıcıya ödənir. xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 389.99 manat dəyərində bir ədəd qazan dəstini 12 ay müddətinə nisyə almışdır. Müqavilənin 1 nömrəli əlavəsinin 3-cü bəndindən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən satıcıya ödənir. xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 549.99 manat dəyərində bir ədəd “qızartma aparatı” 12 ay müddətinə nisyə almışdır. Müqavilənin 1 nömrəli əlavəsinin 3-cü bəndindən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən satıcıya ödənir. xx.xx.2025-ci il tarixli maliyə arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixə iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 257.2 AZN əsas, 385 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli alqısatqı müqaviləsi üzrə 211.4 AZN əsas, 317 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 319.7 AZN əsas, 479 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 372.4 AZN əsas, 558 AZN cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş və müqavilələr hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh göstərilən müqavilələr əsasında aldığı əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrdə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 5 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 3 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 3 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 4 manat həcmində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 372.4 manat əsas borc, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 211.4 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2024cü il tarixli ********* nömrəli müqavilə üzrə 257.2 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 319.7 manat əsas borc, 4 manat cərimə borcu olmaqla, cəmi 1175.7 manat borc və ödənilmiş dövlət rüsumunun 29.37 manatı alınıb İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 372.4 manat əsas borc, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 211.4 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 257.2 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 319.7 manat əsas borc, 4 manat cərimə borcu olmaqla, cəmi 1175.7 manat borc və ödənilmiş dövlət rüsumunun 29.37 manatı alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar