Məhkəmə qərarları › İş №e-2(019)-568/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-568/2022

18.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-568/2022 18.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı artıq yazılmış və xərclənmiş pul borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ondan qanunsuz tutulan 294.00 manatın və 250.00 manat yol xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, onun narazılığı Balakən rayon Qaz idarəsindəndir. Onlar ona qaz borcunu nəzarətçi sayğacdan yazan pullardan 2 dəfə artıq yazıblar. Beləliklə 2 il 9 ayda ona 554,20 manat borc yazmışlar. Ayın sonuna pulu yazırlar, ancaq abonentin yazdıqlarından xəbəri olmur. Onlar yazanı-nəzarətçi yazanı çıxıb, qalanı sonuna borc yazırlar. Beləliklə onun abonent saldosuna 554,20 manat borc yazmışlar. Onu da heç kəs yoxlamır.Ona görə o,Bakıda,Zaqatalada,Balakəndə qaz idarələrində deyəndə “gəlin yoxlayaq” razı olmamışlar. Zaqatala Qaz İdarəsinin müdiri Bayramov Sübhi xəbərdarlıq məktubu göndərib ki, onun şirkətə 196 manat borcu var, 5 gün ərzində ödəməlidir. Əlavə xəbərdarlıq olmadan təbii qaz təminatı dayandırılacaq və məhkəmə orqanlarına müraciət olunacaqdır. Əks təqdirdə smartkart sayğacının qoyulmasına razılıq verməlidir.O, sayğacın dəyişdirilməsinə razı olmuşdur.O, bilməmişdir ki,smart sayğacla pullar tutmaq olar. Ona deməmişlər ki, 196 manat borc haradan olub. Yoxlamalar olmamışdır. xx.xx.2019-cu il tarixdə smartkarta 20 manat yükləmiş, 15 manat tutulmuş, 5 manat qalmışdır. 3 gün yarımda qaz qurtarmışdır. 40 manat yükləmiş, 30 manat tutulmuş, 10 manat qalmışdır. 65 gün ərzində 400 manat borcu ödəmişdir. Havalar xoş keçdiyindən noyabr dekabr ayında 106 manatlıq qaz yandırmışdır. Qaz idarəsinə 296 manat pul ödədiyini bildirmişdir. Ona demişlər ki, “196 manat ödəmisən, 98 manatlıq qaz yandırıbsan”, smartkart ilə tutulan pulu nəzərə almırlar. O, Zaqatala qaz idarəsinə getmiş, kompüter otağında ona 196 manat ödəməsini demişlər. 98 manat kartdan hara olduğunu deməmişlər, oğurlamışlar. O, 196 manat borcun haradan əmələ gəldiyini yoxlamağa başlamışdır. Balakən Qaz İdarəsindən abonent saldosunun 2007-ci il yanvar ayından 2019-cu ilin 9 ayına kimi yoxlayanda öyrənmişdir ki, onun borcu yoxdur. Zaqatalaya, Balakənə gedib onun borcunun olmamasını yoxlamalarını demişdir. İki dəfə Bakıdan demişlər ki, “yoxlayarıq, artıq yazıblarsa pulları geri alarsınız”. Lakin yoxlamamışlar, onu aldatmışlar.13 oktyabr 2020-ci ildə o, Balakən, Zaqatala qaz idarələrini məhkəməyə vermişdir. Ondan qanunsuz tutulan 294,00 manat və 250,00 manat yol xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(019)-640/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ondan tutulan 294 manat və yola xərclənən 250 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(019)-640/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı maddi ziyan tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ondan tutulan 294 manatın və yola xərclənən 250 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(019)-640/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı maddi ziyan tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra İddiaçı yenidən eyni tələblə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş izrə icraata xitam verir. Məhkəmə, işin yuxarıda qeyd edilən hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı artıq yazılmış və xərclənmiş pul borcunun qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1, 263-264, 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı artıq yazılmış və xərclənmiş pul borcunun qaytarılması tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar