Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-569/2023 01.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı cavabdeh SOCAR Cavabdehnə qarşı borcun silinməsi barədə məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdim: İddiaçı cavabdeh SOCAR Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh SOCAR Cavabdeh Zaqatala X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış itirilmiş qazın bərpasına dair 4320 kub.m qazın və onun dəyəri olan 432 manat borcun **********07640 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki,İddiaçı cavabdeh SOCAR Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh SOCAR Cavabdeh Zaqatala X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış itirilmiş qazın bərpasına dair 4320 kub.m qazın və onun dəyəri olan 432 manat borcun **********07640 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4-cü maddəsinə əsasən: 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə işin hallarını, verilmiş tələbi, yəni borcun silinməli olmasını təsdiq edən sənədlərin təqdim olunmamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddiaçı izah edilməlidir ki,yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4,263-264cü maddələrini rəhbər tutub qəraraaldı İddiaçı cavabdeh SOCAR Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Tələbkar İddiaçı izah edilir ki,yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-569/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-569/2023
01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver