Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-579/2022 17.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən BRAUN şirə çəkən üçün 184 (yüz səksən dörd) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV, SONOROUS SUREFİX asqı üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; ümumilikdə 571 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefon, BRAUN şirə çəkən, HOFFMANN LED TV, SONOROUS SUREFİX asqı almış və nəticədə 571 (beş yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552 (beş yüz əlli iki) manat (12 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün ümumilikdə, 251 (iki yüz əlli bir) manat olmaqla ondan, 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (18 ay x 18 manat + 0 manat ilkin ödəniş) BRAUN şirə çəkən üçün ümumilikdə, 202 (iki yüz iki) manat olmaqla ondan, 184 (yüz səksən dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516 (beş yüz on altı) manat (12 ay x 43 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV, SONOROUS SUREFİX asqısı üçün ümumilikdə, 118 (yüz on səkkiz) manat olmaqla ondan, 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə tutulmalıdır. Cavabdehin cəmi ödədiyi məbləğ 871 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 19 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 20 may 2022-ci il tarixdə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrdən, əlavə (ödəniş cədvəli) və bildirişlərdən, həmçinin təhvil-təslim aktlarından görünür ki, həmin müqavilələr "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 516 manat məbləğində HOFFMANN LED TV, SONOROUS SUREFİX asqısı 12 ay müddətinə hər aya 43 manat ödəniş edilməklə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 324 manat məbləğində BRAUN şirə çəkəni 18 ay müddətinə hər aya 18 manat ödəniş edilməklə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 552 manat məbləğində İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefonu 12 ay müddətinə hər aya 46 manat ödəniş edilməklə nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iddiaçının təqdim etdiyi 16 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlində göstərilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 516 manat məbləğində HOFFMANN LED TV, SONOROUS SUREFİX asqısı 12 ay müddətinə hər aya 43 manat ödəniş edilməklə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 324 manat məbləğində BRAUN şirə çəkəni 18 ay müddətinə hər aya 18 manat ödəniş edilməklə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 552 manat məbləğində İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefonu 12 ay müddətinə hər aya 46 manat ödəniş edilməklə nisyə satılmış, əsas borca ödənilmiş cəmi məbləğ 871 manat təşkil etmişdir. Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 108 manat əsas borc və 10 manat cərimə pulu olmaqla cəmi 118 manat borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 184 manat əsas borc və 18 manat cərimə pulu olmaqla cəmi 202 manat borcu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 229 manat əsas borc və 22 manat cərimə pulu olmaqla cəmi 251 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə ona olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 516 manat məbləğində HOFFMANN LED TV, SONOROUS SUREFİX asqısı 12 ay müddətinə hər aya 43 manat ödəniş edilməklə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 324 manat məbləğində BRAUN şirə çəkəni 18 ay müddətinə hər aya 18 manat ödəniş edilməklə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 552 manat məbləğində İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefonu 12 ay müddətinə hər aya 46 manat ödəniş edilməklə nisyə satılmış, əsas borca ödənilmiş cəmi məbləğ 871 manat təşkil etmişdir.Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 108 manat əsas borc və 10 manat cərimə pulu olmaqla cəmi 118 manat borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 184 manat əsas borc və 18 manat cərimə pulu olmaqla cəmi 202 manat borcu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 229 manat əsas borc və 22 manat cərimə pulu olmaqla cəmi 251 manat borcu yaranmışdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri yaranmışdır. İddiaçı "xxxx" MMC Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə ona olan borcun ödənilməsini təklif etmiş, əks təqdirdə borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmiş, həmçinin hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, BRAUN şirə çəkən üçün 1 8 4 (yüz səksən dörd) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, SONOROUS SUREFİX asqı üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; ümumilikdə 571 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbi barədə iddiası əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, BRAUN şirə çəkən üçün 1 8 4 (yüz səksən dörd) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, SONOROUS SUREFİX asqı üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, ümumilikdə 571 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1. 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93377 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, BRAUN şirə çəkən üçün 184 (yüz səksən dörd) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, SONOROUS SUREFİX asqı üçün 108 (yüz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, ümumilikdə 571 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-579/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-579/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver