Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-580/2025 30.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "Azəriqaz" İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 5184 kub metr itirilmiş qaz sərfi müəyyən edilərək hər kub metri 12 qəpik olmaqla 622 manat metr qazdan istifadə etməyinə görə yaranmış cərimənin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuş, "Azəriqaz" İB-nin X2 İstismar İdarəsi ilə aralarında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. 17 may 2024-cü il tarixdə "Azəriqaz" İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən yaşadıqları evin qaz sayğacına baxış keçirilmiş, növbəti yoxlamaya göndərilməsi ilə bağlı sayğacı yenisi ilə əvəz etmişlər.Lakin onlar köhnə sayğacı özləri ilə götürmüş laboratoriyaya aparacaqlarını bildirmişlər.Həmin vaxt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT tərtib olunmuş, həmin aktı o da imzalamışdır. 22 iyul 2024-cü ildə "Azəriqaz" İB-nin X2 İstismar İdarəsi İddiaçı adına Təbii qazdan istifad qaydalarının pozulması haqqında AKT tərtib etmiş və onun 5184 kub metr qazdan istifadə etməyinə görə 622 (altı yüz iyirmi iki) manat borcunun yarandığı qeyd edilmişdir. AKT-da göstərilir ki, guya kənar təsir nəticəsində sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşildiyi, buna görə də sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. İddiaçının istifadə etdiyi sayğac həyətində deyil, evdən aralıda küçədədir və onun qorunması iddiaçının vəzifəsi deyildir. xx.xx.2024-cü il tarixdə qaz sayğacı yenisi ilə əvəz edilərkən də, belə bir pozuntu aşkarlanmamışdır. Ehtimal edilir ki, sayğac laboratoriyaya təqdim edilərkən qaz əməkdaşı tərəfindən qəsdən sayğaca fiziki müdaxilə etmişlər ki, onun barəsində cərimə tətbiq olunsun. İddiaçı iddia edir ki, sayğaca onun tərəfindən heç müdaxilə olunmamışdır. Müntəzəm olaraq da qaz idarəsinin işçiləri tərəfindən sayğaca hər ay nəzarət edilmişdir. Cərimə olunması qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB Zaqatala idarəsindən tələb etmişlər, lakin orada onlara mübahisə ilə bağlı Məhkəməyə müraciət etməli olmaları izah edilmişdir. Buna görə də barəsində tərtib edilmiş borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərək,icraatda olan e-2(019)-580/2025 saylı mülki iş üzrə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsinə dair xx.xx.2025-ci il tarixə nəzərdə tutulmuş baxış iclasını iştirakı olmadan keşirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli protokoldan görünür ki,ünvan 1ində yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22 iyul 2024-cü il tarixli ******* nömrəli Aktda göstərilmişdir ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi fızıki təsir nəticəsində deşici alətlə deşilmiş, sayğac istismara yararsızdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dəymiş ziyanın bərpasına dair 23 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, 22 iyul 2024-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi, cəmi 5184 kub/metr hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Abonentin saldosundan görünür ki,İddiaçı 622 manat borcu hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı Motuxov X1 rayonunun Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı evə təbii qazın verilməsi qaz sayğacı vasitəsi ilə həyata keçirilir. Qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən yaşayış evindən kənarda, yol tərəfdə hasarın üzərində yerləşdirilmişdir. 2024-cü ilin iyul ayında Cavabdeh İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən iddiaçı və ailə üzvülərinin istifadələrində olan G-4 markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi üçün götürülərək əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. 17 may 2024-cü il tarixdə iddiaçının istifadəsində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və laboratoriya rəyi verilmişdir ki, hesablama mexanizminin plastmas qapağının alt hissəsi fızıki təsir nəticəsində deşici alətlə deşilmiş, sayğac istismara yararsızdır. Bu barədə 22 iyul 2024-cü tarixdə İddiaçı adına ******* saylı Akt tərtib edilmişdir və ona 622 manat itirilmiş qaz sərfiyyatı olaraq borc hesablanmışdır. Həmin borc məbləği İddiaçı tələb olunduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki,hazırkı mübahisəyə aşağıdakı hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. 6-cı bəndi. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş akt heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktın yaratdığı hüquqi nəticəsi olmuşdur. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan hal olmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının evinə aid qaz sayğacı həyətdən kənarda, küçədə yerləşir. Belə olan halda iddiaçının sayğaca müdaxilə olunmamasına nəzarət etməsi mümkün deyildir.Cavabdeh isə sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə,bunun iddiaçı tərəfindən törədilməsinə,həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh sayğaca müdaxilə olunması əsası ilə sayğacın çıxarılması barədə akt tərtib etsə də bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. İddiaçı qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş,mümkün və mötəbər sübutlara tam,hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməli,Cavabdeh İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı itirilmiş qaz sərfiyyatına görə hesablanmış 622 (altı yüz iyirmi iki ) manat borc İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə,dövlət rüsumu ödəməmişdir. İddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı itirilmiş qaz sərfiyyatına görə hesablanmış 622 (altı yüz iyirmi iki) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-580/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-580/2025
30.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver