Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-584/2024 10.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi Nümayəndə vasitəsilə verdiyi şəxsin fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyası nümayəndəsi Nümayəndə vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin ərizə ərizəçinin nümayəndəsi kimi göstərilən Nümayəndə tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM)151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən o cümlədən iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Lakin hazırki ərizəyə ərizəçinin nümayəndəsi kimi göstərilən Nümayəndə ərizəçi kimi göstərilən Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasınının adından ərizəni imzalamaq səlahiyyətlərini təsdiq edən hər hansı sənəd (etibarnamə və s.) əlavə edilməmişdir. Balakən Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli etibarnamədə Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının adından hazırki ərizəni imzalamaq səlahiyyəti X1 verilmişdir. Bu da Nümayəndə ərizəçi kimi göstərilən Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının adından hazırki ərizəni imzalamaq səlahiyyətlərinin olmaması nəticəsinə gəlməyə əsas yaradır. Bu da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının şəxsin fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının şəxsin fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; Balakən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-584/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-584/2024
10.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver