Məhkəmə qərarları › İş №e-2(019)-590/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-590/2023

26.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-590/2023 26.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi X12 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 ilə aralarında xx.xx.2022-ci il tarixdə, MŞB15-000036-03 nömrə ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X18 ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs2 ilə xx.xx.2010-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X13 və xx.xx.2013-cü il tarixdə X16 adında iki uşaqları dünyaya gəlmişdir. 2016-cı ildə Maraqlı şəxs2 ilə ailə münasibətləri pisləşmiş, o, ondan ayrılaraq valideynlərinin yanına köçmüşdür. 2017-ci ildə birgə nikahdan olan uşaqların baxılması üçün alimentin təyin olunması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1442/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan uşaqların baxılması üçün Maraqlı şəxs2 hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. 2021-ci il tarixdə nikahın pozulması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(019)-286/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, bu nikahdan olan uşaqlar onun yanında saxlanılmışlar. Daha sonra Maraqlı şəxs2 rəsmi iş yerindən çıxdığından, alimentin sabit pul məbləğində təyin olunması barədə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs2 ilə razılıq əldə edilmiş, hər ay hər uşaq üçün 180 manat cəmi 360 manatın ona ödənilməsi barədə barışıq sazişi imzalamışlar. Maraqlı şəxs2 bir müddət bu məbləği ödəmişdir, lakin son 3 aydır ki alimenti ödəməkdən imtina edir. Maraqlı şəxs2 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs2 və mediator Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsi tərəfindən 12 iyul 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 903685 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2011-ci ildə anadan olmuş, atası Maraqlı şəxs2, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 163991 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2013-cü ildə anadan olmuş, atası Maraqlı şəxs2, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(019)-1442/2017 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, 05 iyul 2017-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs2 14 iyul 2011 -ci ildə doğulmuş X5, 06 avqust 2013-cü ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulub iddiaçı X14 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-286/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı Maraqlı şəxs2 ilə cavabdeh X9 arasında bağlanmış Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 07 avqust 2010-cu il tarixdə 947 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 14 iyul 2011-ci ildə doğulmuş X5 və 06 avqust 2013-cü ildə doğulmuş X8 anaları X2 yanında saxlanılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər: X15 (X6 nümayəndəsi) (bundan sonra “Birinci tərəf) və Maraqlı şəxs2 (bundan sonra “İkinci tərəf”) (bundan sonra “Birinci tərəf' və “İkinci tərəf birlikdə ismin müvafiq hallarında “Tərəflər” adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, ünvan 2atoru Maraqlı şəxs1 (bundan sonra “Mediator”) iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra “Saziş") imzaladılar: Mübahisənin qısa təsviri-Alimentin artırılması məsələsi. Tərəf Maraqlı şəxs2 aliment məbləğinin hər uşağa ayrılıqda 180 manat olmaqla verilməsini qəbul edir və ümumi iki uşaq üçün aylıq 360 manat ödəməyi öhdəlik kimi üzərinə götürür. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs2 aliment məbləğini ödəyərkən maddi vəziyyətdən asılı olaraq 20 gün ərzində gecikdirə bilər ki, bu halda qarşı tərəf anlayışla davranaraq onu narahat etməyəcəkdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2022-ci il tarixli üçtərəfli müqavilədən görünür ki, Birinci tərəf: X15. (X3 nümayəndəsi) İkinci tərəf:Maraqlı şəxs2 Mediasiya xidməti göstərən şəxs Bakı şəhəri, İçərişəhər, 6-cı Böyük Qala döngəsi, 11 ünvanında fəaliyyət göstərən ünvan 2atoru Maraqlı şəxs1 aşağıdakılar barədə razılığa gəlir: aliment mübahisəsinin mediasiya prosesi vasitəsilə həll edilməsi. Hər iki Mübahisə Tərəfi vicdanlı şəkildə fəaliyyət göstərməyi, mediasiya prosesi zamanı əldə olunan məlumatların, o cümlədən, mediasiya zamanı digər Mübahisə Tərəfi və ya mediator tərəfindən ifadə edilən fikirlər və ya verilmiş təklif və məsləhətlərin və mübahisənin mahiyyəti ilə əlaqədar mediasiya prosesinin gedişatı zamanı digər Mübahisə Tərəfinin etdiyi etiraflarların məxfiliyini qorumağı və bu məlumatları məhkəmə və ya istənilən üçüncü şəxsə açıqlamamağı, mediatoru, digər Mübahisə Tərəfini və mediasiyada iştirak edən digər şəxsləri bu məlumatlarla bağlı şahid qismində məhkəmə və arbitraj prosesinə cəlb etməməyi öhdəlik olaraq üzərinə götürür. Mediasiya xidməti göstərən şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və bu sahədəki digər qanunvericilik aktlarının və qaydaların tələblərinə əməl edəcək və müstəqil, bitərəf və peşəkar əsasda mediasiya xidməti göstərəcək. Mübahisə tərəfləri mediator Maraqlı şəxs1 (bundan sonra “Mediasiya xidməti göstərən şəxs”) bu mübahisə üzrə mediasiya prosesinin aparılması üçün təyin edirlər: Mediasiya prosesi (tam sessiya) ilə əlaqədar mediasiya sessiyası ilə bağlı 100 manat xərc X15 (X6 nümayəndəsi) tərəfindən ödənilir. Mübahisə tərəfləri həmçinin təsdiq edirlər ki, onlar Mediasiya Qaydaları ilə və Mediasiya xidməti göstərən şəxsin təklif etdiyi xidmət haqqı və mediasiyaya dair xərclərlə tanış oldular, həmin şərtlərlə razıdırlar və (mövcuddursa) bu Müqaviləyə əlavə edilmiş Mediasiyaya dair Xərcləri ödəyəcəklər. İş materiallarından həmçinin görünür ki, ərizəçi tam mediasiya xərci kimi hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, X1 Fərid Nadir oğlu ilə nikahlarını Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 07 avqust 2010-cu il tarixdə 947 nömrə ilə qeydə almaqla evlənmişlər. Tərəflərin birgə nikahından 14 iyul 2011-ci ildə X13 və 06 avqust 2013-cü ildə X16 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(019)-1442/2017 saylı qətnaməsinə əsasən 05 iyul 2017-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs2 14 iyul 2011 -ci ildə doğulmuş X5, 06 avqust 2013-cü ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulub iddiaçı X14 verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-286/2021 saylı qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs2 ilə cavabdeh X9 arasında bağlanmış Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 07 avqust 2010-cu il tarixdə 947 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 14 iyul 2011-ci ildə doğulmuş X5 və 06 avqust 2013-cü ildə doğulmuş X8 anaları X2 yanında saxlanılması qət edilmişdir. Maraqlı şəxs2 rəsmi iş yerindən çıxdığından, ərizəçi X10 alimentin sabit pul məbləğində təyin olunması barədə mediatora müraciət etmiş, mediasiya prosesində Maraqlı şəxs2 ilə X2 hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment ödəməsi ilə bağlı razılığa gəlmiş və bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 bir müddət bu məbləği ödəmiş, lakin son 3 aydır ki, barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, hazırki xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, X9 ilə Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə MŞB15-000036-03 nömrə ilə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Həmçinin ərizə təmin edildiyi üçün Maraqlı şəxs2 100 manat dövlət rüsumu alınaraq X7 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X9 ilə Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə MŞB15-000036-03 nömrə ilə bağlanmış barışıq sazişi təsdiq edilsin; Maraqlı şəxs2 100 manat dövlət rüsumu alınaraq X7 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar