Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-599/2023 18.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Ərizəçi xüsusi icraat qaydasında faktın təsdiq edilməsi barədə ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək (xx.xx.1987,AA*******,fin xxxxxxx) xx.xx.2020-xx.xx.2020 tarixlərdə AYNA (DANX) göndərişi əsasında Goranboy rayonundakı N saylı hərbi hissəyə göndərilərək 2-ci Qarabağ müharibəsində Fizuli və Cəbrayıl rayonlarında respublikanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi fakının müəyyən edilməsini xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, Bodurov X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək (xx.xx.1987,AA*******,fin xxxxxxx) xx.xx.2020-xx.xx.2020 tarixlərdə AYNA (DANX) göndərişi əsasında Goranboy rayonundakı N saylı hərbi hissəyə göndərilərək 2-ci Qarabağ müharibəsində Fizuli və Cəbrayıl rayonlarında respublikanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi fakının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində izah olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə işin hallarını, ərizəyə məhkəmə qaydasında baxılmalı olmamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,ərizənin yolverilməzliyinə görə Ərizəçi ərizəsinin qəbulundan imtina edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Ərizəçi izah edilməlidir ki, o, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməli, onların hərəkətindən və ya qərarından narazı qaldığı halda müvafiq İnzibati Məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: Ərizəçi xüsusi icraat qaydasında faktın təsdiq edilməsi barədə ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçi izah edilir ki, o, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməli, onların hərəkətindən və ya qərarından narazı qaldığı halda müvafiq İnzibati-İqtisadi Məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-599/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-599/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver