Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-604/2024 17.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi2 Abdurrahman qızının, Emçiyeva (Əliyeva) Hürü Abdurrahman qızının, Ərizəçi1 Abdurrahmanoviçin və Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının hüquqmüəyyənedici sənəd JN-558 kod 40111018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və qeyrilərinə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: Ərizəçi2 Abdurrahman qızı, Emçiyeva (Əliyeva) Hürü Abdurrahman qızı, Ərizəçi1 Abdurrahmanoviç və Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızı ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənəd olan JN-550 kod 40111018 olan Torpağa Mülkiyyət Hüququna X16nda mülkiyyətçilər-mərhum ataları X3, X8, Ərizəçi2, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızı, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızı, Ərizəçi4 və Ərizəçi1oviçə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin hazırki ərizə qanuvericilyiin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ən əvvəl ərizəçilərin onlara və digər ailə üzvlərinə məxsus olduğunu göstərdikləri hüquqmüəyyənedici sənəd olan JN-550 KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna X16 ərizəyə əlavə edilməmiş, hansı hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması barədə tələb göstərilməmişdir. Bundan başqa Ərizəçi4 Abdurrahman oğlu ərizəçi kimi və ərizəçilərin həmin şəxsin nümayəndələri və onun adından iddia verməyə səlahiyyətləri olduğu təsdiq edəilən müvafiq sənədlər elektron sistemə daxtil edilmədiyi halda hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması barədə tələb irəli sürülmüşdür. Bundan başqa ərizəyə Balakən rayonu Püştətala kəndi ərazisindən 1.63 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin X10, X4 və X7 deyil, X5, Ərizəçi2, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızına, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızına, Ərizəçi4 və Ərizəçi1oviçə verilməsini təsdiq edən Balakən rayon Aqrar İslahat Komissiyasının 17 oktyabr 2002-ci il tarixli 06 nömrəli qərarı əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən olunur. JN-558 seriyalı Kod 40111018 olan Dövlət Aktında isə birgə mülkiyyətçi kimi ərizəçilər Ərizəçi2 Abdurrahman qızının, Emçiyeva (Əliyeva) Hürü Abdurrahman qızının, Ərizəçi1 Abdurrahmanoviçin və Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının adı göstərilməmiş və həmin adların düzgün göstərilmədiyini təsdiq edən heç bir sübut ərizəyə əlavə edilməmişdir. Bununla da ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, Ərizəçi2 Abdurrahman qızının, Emçiyeva (Əliyeva) Hürü Abdurrahman qızının, Ərizəçi1 Abdurrahmanoviçin və Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının hüquqmüəyyənedici sənəd JN-550 KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna X15 ərizəçilərə və onların digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalı və Ərizəçi2 Abdurrahman qızına, Emçiyeva (Əliyeva) Hürü Abdurrahman qızına, Ərizəçi1 Abdurrahmanoviçə və Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızına ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə hazırki ərizənin qaldırılması üçün Ərizəçi2 tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi2 qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi2 Abdurrahman qızının, Emçiyeva (Əliyeva) Hürü Abdurrahman qızının, Ərizəçi1 Abdurrahmanoviçin və Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının hüquqmüəyyənedici sənəd JN-550 KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna X15 ərizəçilərə və onların digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın; Ərizəçi2 Abdurrahman qızına, Emçiyeva (Əliyeva) Hürü Abdurrahman qızına, Ərizəçi1 Abdurrahmanoviçə və Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızına ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin; Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə hazırki ərizənin qaldırılması üçün Ərizəçi2 tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi2 qaytarılmasının qərara alınması nəzərə alınsın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-604/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-604/2024
17.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver