Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-610/2024 27.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, Ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.1959-cu il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü X14 anadangəlmə xəstədir. O, orta dərəcəli əqli gerilik diaqnozu ilə psixi xəstədir. X4 Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində psixiatriya kabinetində xx.xx.1990-cı ildən qeydiyyatdadır. Həmin vaxtdan hal-hazıradək stasionar və ambulator müalicə alır. Xəstəliyi ilə əlaqədar olaraq X14 öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. X10, onun mərhum anası X2, atası mərhum X11, qardaşı X7 mülkiyyətində 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. X9 öz hərəkətlərinin mənasını anlaya, notariat orqanında mirasın qəbulu ilə bağlı notarius tərəfindən verilmiş sualları cavablandıra bilmədiyinə görə miras əmlakları rəsmiləşdirmək mümkün deyildir. Maraqlı şəxs xx.xx.1959-cu il təvəllüdlü əmisi X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Maraqlı şəxs xx.xx.1959-cu il təvəllüdlü əmisi X10 yaxın qohumu olmaması əsası ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-493/2023 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. xx.xx.1959-cu il təvəllüdlü X10 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. X5 qalan yaxın qohumu yoxdur. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin yazılı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsasən hazırki işə ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilə bilməz. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 ərizəni müdafiə edərək, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X1 ilə bağlı danışa bilmədiyini, suallara cavab verə bilmədiyini, ona görə məhkəmə iclasında iştirak edə bilmədiyini göstərərək,ərizənin təmin olunmasını xahiş etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X3 buna imkani vermədiyi üçün məhkəmə iclasına çağrılmamış və məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X26 «Balakən rayon Mərkəzi Xəstəxanası» X20 21 fevral 2023-cü il tarixli PHŞ-6- 27/2-94/2023 saylı arayışından görünür ki, Balakən rayon Tülü kənd sakini, 1959-cu il təvəllüdlü X14 MRX-nın poliklinika şöbəsində psixiatriya kabinetində xx.xx.1990-cı il tarixdən «orta dərəcəli əqli gerilik» diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan JN-467 Kod 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X24 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli 37 nömrəli qərarı ilə Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, X8, X14 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan 23 mart 2005-ci il tarixdə verilmiş AZ-İ 100901 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 21 mart 2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 03 iyun 2010-cu il tarixdə verilmiş AZ-İ 396018 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 20 may 2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 26 fevral 2014-cü il tarixdə verilmiş AZ-İ 648558 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 19 fevral 2014-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 508 nömrəli rəyindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş X14 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. O, öz əməlinin faktiki xarakterini tam tərk etmək, öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir; X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İş materiallarından həmçinin görünür ki, X14 xx.xx.1959-cu ildə tarixdə Balakən rayonu Tülü kəndində doğulmuşdur. Məhkəmə, Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və ona görə də ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,xx.xx.1959-cu il tarixdə doğulmuş X14 anadangəlmə orta dərəcəli əqli gerilik diaqnozu ilə psixi xəstədir. X4 Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində psixiatriya kabinetində xx.xx.1990-cı ildən qeydiyyatdadır. Həmin vaxtdan hal-hazıradək stasionar və ambulator müalicə alır. Xəstəliyi ilə əlaqədar olaraq X14 öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. X10, onun mərhum anası X2, atası mərhum X11 və qardaşı X7 mülkiyyətində 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. X10 anası X8 21 mart 2005-ci il tarixdə ölmüş, qardaşı X12 20 may 2010-cu il tarixdə ölmüş, atası X16 isə 19 fevral 2014-cü il tarixdə ölmüşdür. X14 öz hərəkətlərinin mənasını anlaya, notariat orqanında mirasın qəbulu ilə bağlı notarius tərəfindən verilmiş sualları cavablandıra bilmədiyinə görə onun mərhum atası, anası və qardaşından qalmış miras əmlakları rəsmiləşdirmək mümkün deyildir. Maraqlı şəxs xx.xx.1959-cu il təvəllüdlü əmisi X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Maraqlı şəxs xx.xx.1959-cu il təvəllüdlü əmisi X10 yaxın qohumu olmaması əsası ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(019)-493/2023 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. xx.xx.1959-cu il təvəllüdlü X10 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. X5 qalan yaxın qohumu yoxdur. Buna görə də Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İşdə olan ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 508 nömrəli rəyinə əsasən xx.xx.1959-cu il tarixdə doğulmuş X14 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. O, öz əməlinin faktiki xarakterini tam tərk etmək, öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir, X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər.Ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası dövlət təşkilatı olduğu və dövlət rüsumunun ödənilməsindən azad olunduğu üçün hazırki ərizənin qaldırılması üçün dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti buna yol verirsə, məhkəmə iclasına çağrılıır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il tarixdə doğulmuş X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə doğulmuş X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-610/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-610/2024
27.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver