Məhkəmə qərarları › İş №e-2(019)-620/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-620/2023

27.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-620/2023 27.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X* və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi oğlu X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *8 dekabr 2004-cü il tarixdə doğulmuş oğlu X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Balakən rayonunun Mahamalar kəndində yaşayır. *8 dekabr 2004-cü il tarixdə doğulmuş oğlu X3 anadangəlmə «Ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu autistik əlamətlərlə və özünə xidmət qabiliyyətinin olmaması F72.*» diaqnozu ilə xəstədir. O, Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, *-ci qrup əlildir. Xəstəliyi ilə bağlı sosial müavinət almışdır. Doğulduğu vaxtdan oğlu Məhəmmədə o, baxır və ona qulluq göstərir. Bununla bağlı o da dövlət tərəfindən sosial müavinət almışdır. Hal-hazırda oğluna təkrar olaraq əlillik dərəcəsi təyin edilsə də, ona dövlət tərəfindən təyin olunmuş sosial müavinət ala bilmir. Belə ki, oğlu Məhəmmədin *8 yaşı tamam olduğundan və o, yetkinlik yaşına çatmış şəxs olduğundan onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin oğlu X* danışa bilmədiyini, suallara reaksiya vermədyini göstərərək,ərizəsinin təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına və *8 dekabr 2004-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində doğulmuş X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X3 danışa bilməmiş, ona verilən suallara reaksiya verməmiş və cavab verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti buna yol verirsə, məhkəmə iclasına çağrılıır. İş materiallarında olan 28 yanvar 2005-ci il tarixdə verilmiş İİ-MYU 804275 nömrəli doğum haqında şəhadətnamədən görünür ki, X3 *8 dekabr 2004-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, atası X4, anası Ərizəçi göstərilmişdir. İş materiallarında olan Balakən RPŞ tərəfindən *8.04.20*8-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.*982-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuşdur və Balakən rayonu Mahamalar kəndində yaşayır. İş materiallarında olan AA2736220 3KDPS8Y nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X3 *8 dekabr 2004-cü il tarixdə doğulmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 22 may 2023-cü il tarixli 529 nömrəli və 22 may 2023-cü il tarixli 530 nömrəli arayışlarından görünür ki, Ərizəçi və X3 Balakən rayonu Mahamalar kənd sakinləridir. İş materiallarında olan xəstənin ambulatlor stasionar tibbi kartasından çıxarışdan görünür ki, tibbi müayinə zamanı X2 «ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu, kənar şəxslərin qulluğuna ehtiyacı var.F72.*» diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi xx.xx.2023-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, X2 «Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu autistik əlamətlərlə və özünə xidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var» diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik verilmişdir (etibarlılıq müddəti 0*.0*.2050). İş materiallarında olan forma 88 üzrə axtarış məlumatından çıxarışdan görünür ki, X2 orqanizmin funksiyalarının pozulması faizi 85% olmaqla müddətsiz birinci dərəcəli əlillik verilmişdir, o, əmək qabiliyyətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi xx.xx.2023-cü il tarixli sosial müavinət və təqaüd haqında arayışdan görünür ki, Ərizəçi bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü müavinət qrupu üzrə orqanizm funksiyalarının 8*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə müavinət növü üzrə *00 manat müavinət təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının *4.09.2023-cü il tarixli 589 nömrəli rəyindən görünür ki, *8.*2.2004-cü ildə anadan olmuş X3 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X3 keçirdiyi orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçini və Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və Balakən rayonunun Mahamalar kəndində yaşayır. Ərizəçinin *8 dekabr 2004-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş və Azərbaycan Respublikasının vətəndaşı olan oğlu X3 «Ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu autistik əlamətlərlə və özünə xidmət qabiliyyətinin olmaması F72.*» diaqnozu ilə xəstədir. X3 Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, *-ci qrupl əlildir. X3 xəstəliyi ilə bağlı sosial müavinət almışdır. Ərizəçi oğlu Məhəmməd Quliyevə doğulduğu vaxtdan baxır və ona qulluq göstərir. Bununla bağlı Ərizəçi da dövlət tərəfindən verilən sosial müavinət almışdır. Hal-hazırda ərizəçinin oğlu X2 təkrar olaraq əlillik dərəcəsi təyin edilsə də, ona dövlət tərəfindən təyin olunmuş sosial müavinət ala bilmir. Belə ki, Məhəmməd Quliyevin *8 yaşı tamam olduğundan və o, yetkinlik yaşına çatmış şəxs olduğundan onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunması və ona qəyyum təyin edilməsi zərurəti yaranmışdır.Buna görə də ərizəçi oğlu X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının *4.09.2023-cü il tarixli 589 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, *8.*2.2004-cü ildə anadan olmuş X3 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X3 keçirdiyi orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin Ərizəçi hazırki ərizənin verilməsi ilə bağlı *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.*-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.*.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*9-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 445.0.2-ci maddəsinə əsasən barəsində məhdud fəaliyyət qabiliyyəti hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaybaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi oğlu-*8 dekabr 2004-cü il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi oğlu-*8 dekabr 2004-cü il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar