Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-630/2022 07.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 4000 (dörd min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə həmçinin həmin ərizəni iddiaçının cavabdehə onun evdən istifadə hüquqlarına xitam verilməsi üçün 5000 (beş min) manat kompensasiya ödəməsinə razılığı kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Ona görə də iddiaçının həmin ərizəsi ilə cavabdehə onun istifadə hüquqlarına xitam verilməsi üçün 5000 (beş min) manat kompensasiya ödəməsi kimi nəzərə alınaraq, məhkəmə hazırki iddianı Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması tələbi kimi qəbul edir və bu tələb üzrə faktoloji hallar əsasında hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzili vardır. Onun həmin mənzil üzərində hüquqları 22 iyul 2005-ci il tarixdə qeydiyyata alınaraq, “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmişdir. Onun hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iş üzrə Cavabdeh Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsini və sonuncunun mənzildən çıxarılmasını istəməsidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzil oxşar yaşayış sahələrinin aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Onun 1 otaqlı mənzilinin hazırki bazar qiyməti 19.000-21.000 manat arasındadır. Hesab edir ki, onun mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən iş üzrə Cavabdeh istifadə hüququna bazar qiymətinə uyğun 5000 (beş min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi ədalətli və qanuni olar. Belə ki, bu kompensasiya məbləği onun mənzilinin real dəyərinin dörddə bir hissəsi deməkdir. O, yalnız pensiyası ilə dolanır, başqa gəlir mənbəyi yoxdur. Tək adamdır. Cavabdehlə münasibətləri yoxdur. Ona hazırda yad bir adam olan cavabdehin cəmi 1 otaqdan ibarət mənzildə onunla birlikdə yaşaması qeyri-mümkündür və ona qarşı ədalətsizlikdir. Onun başqa evi, mənzili və yaşayış sahəsi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə da iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq,Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin onun vəkili Vəkil2 məhkəmə proseslərində iştirak etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 iddianı qəbul etməyərək, göstərdi ki, Cavabdeh hazırda oğluna məxsus evdə yaşayır. İddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiya cavabdehin Balakən şəhərində və Zaqatala şəhərində eyni şəraitdə yaşaması üçün kifayət etmir. İddia əsassızdır və təmin olunmamalıdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 22 iyul 2005-ci il tarixli 339 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Zaqatala şəhəri Azərbaycan prospekti küçəsində yerləşən 1925ci ildə tikilmiş, 2 (iki) otaq, ümumi sahəsi-35.0 kvm olan mənzildən ibarət olan ev 93, mənzil 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ, MHQ və ŞKİ-nin xx.xx.2005-ci il tarixli 09 №li sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1795/2021 saylı qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2 (033)-691/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmış, fərdi yaşayış evindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair ilk iddia ərizəsi rədd edilmiş, ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)- 691/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-753/2022 nömrəli qərarından görünür ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-1795/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan sahibkar-biznesmen X5 verdiyi 13 avqust 2022-ci il tarixli, 197 №-li Daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı arayışdan görünür ki, X1 mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzilin (ümumi sahəsi - 34 m2) real bazar qiyməti təqribi 19.000 (on doqquz min) - 21.000 (iyirmi bir min) manat arasındadır. Analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqı 70 (yetmiş) -80 (səksən) manat aralığındadır. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdlir. Məhkəmə iddiaçını, onun nümayəndəsi-vəkilini və cavabdehin vəkilini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma,Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 22 iyul 2005-ci il tarixli 339 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti küçəsində yerləşən 1925-ci ildə tikilmiş, 2 (iki) otaq, ümumi sahəsi-95.0 kvm olan mənzildən ibarət olan ev 93 mənzil 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasın Zaqatala rayon DTİ, MHQ və ŞKİ-nin xx.xx.2005-ci il tarixli 09 №li sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2 (033)-691/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmış, fərdi yaşayış evindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1795/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-753/2022 nömrəli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-1795/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000 manat kompensasiya verilməklə cavabdehin onun xüsusi mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə təklif olunan kompensasiyanın cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun xitamı üçün bazar qiymətlərinə uyğun, yetərli olub-olmamasını müzakirə edərək, hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh ünvan 2 ünvanında yerləşən mübahisəli evdəki istifadə hüquqlarına xitam verilməsi üçün təklif edilən 5000 manat məbləğdə kompensasiya ağlabatan olmaqla, cavabdehin mənafeyinə uyğundur. Belə ki, iş materiallarından, o cümlədən yuxarıda istinad olunan daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı 18 avqust 2022-ci il tarixli 197 nömrəli arayışdan görünür ki, Zaqatala şəhərində mübahisə predmeti olan yaşayış evinə oxşar evdə bir nəfər üçün kirayə haqqı aylıq 70-80 manatdır, 1 otaqlı evin real bazar qiyməti isə təqribən 19000-20000 manat arasındadır. Belə olan halda iddiaçı tərəfindən təklif olunan 5000 manat kompensasiya elə bir əvəzləşdirmədir ki, cavabdehin davamlı surətdə başqa yerdə (Zaqatala şəhərində və ya Balakən şəhərində) əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasına imkan verir. Bu xüsusda təklif olunan kompensasiya bazar qiymətlərinə uyğun, ünvan 2 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilməsi üçün yetərlidir. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən 5000 manat kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlməyə əsas verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 5000 (beş min) manat kompensasiya verilməklə İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə Cavabdeh istifadə hüququna xitam verilməsi və cavabdeh həmin evdən çıxarılması barədə iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əks hal iddiaçının öz mülkiyyətində olan 1 otaqlı mənzildən maneəsiz istifadə hüququna maneə yaratmaqla iddiaçını həddən artıq məhdudiyyət yükünə məruz qoyardı və vətəndaşların mənzillə təmin olunmasında ifadə olunan ictimai maraqla fərdi şəxsin mənzilə mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlıq prinsipini iddiaçının ziyanına pozmuş olardı. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzil 1 otaqdan ibarətdir və məhkəmə qətnaməsi ilə Cavabdeh həmin mənzilə istifadə hüquqları müddətsiz olaraq olaraq müəyyən olunmuş, yəni bu xüsusda İddiaçı həmin mənzilə mülkiyyət hüquqları müddətsiz olaraq məhdudlaşdırılmışdır. Faktiki olaraq iddiaçının öz mənzili üzərində mülkiyyət hüquqlarının bərpası müddəti qeyri-müəyyəndir. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında mülkiyyətçiyə mənzildən istifadəçiyə kompensasiya verilməsi ilə mülkiyyətdən müddətsiz istifadədə ifadə olunan bu maneənin aradan qaldırılmasına və öz mülkiyyət hüquqlarının tam bərpa edilməsinə şərait yaradılmışdır. İddiaçı da mənzilə mülkiyyət hüquqlarının bərpa edilməsi üçün cavabdehə mübahisəli mənzilin bazar dəyərinin 1/4 hissəsi miqdarında-5000 manat kompensasiya ödəyir ki, bu məbləğlə də eyni şərtlər daxilində oxşar mənzildə 5 ildən artıq müddətdə yaşamaq mümkündür. Bu həm də iddiaçının pensiyaçı olması, pensiyasından başqa digər qazancının (gəlirinin) olmaması, cavabdehə 5000 manatdan artıq kompensasiya ödənilməsi üçün lazımi maddi imkana malik olmaması və başqa yaşayış sahəsinə malik olmaması, iddiaçının qadın olması, cavabdehin isə kişi olması və onların hazırda bir-birinə yad insanlar olması konteksində cəmi 1 otaqlı mənzildə birlikdə yaşamasının qeyri mümkün və qeyri-etik olması konteksində ədalətlidir. Məhkəmə bir daha qeyd edir ki, Avropa Konvsensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz; yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Sporronq və Lonnrot İsveçə qarşı məhkəmə işində İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç aydın normanı özünə ehtiva edir:birinci norma ümumi xarakter daşımaqla mülkiyyətdən maneəsiz istifadə prinsipini müəyyən edir (birinci abzasın birinci cümləsi); ikinci norma mülkiyyətdən məhrum etməyə aiddir və bunu bir sıra şərtlərlə bağlayır (birinci abzasın ikinci cümləsi); üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər cəmiyyətin maraqları naminə mülkiyyətdən istifadəyə nəzarət etmək hüququna və bu məqsədlə zəruri hesab etdikləri qanunları tətbiq etmək hüququna malikdirlər (ikinci abzasda əks olunub). Göründüyü kimi, Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə və bu norma ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə görə əslində mənzildən istifadə hüququ mülkiyyət hüququnu məhdudlaşdıran bir hüquqdur və bu məhdudlaşdırmanın tətbiqi üçün qanunda nəzərdə tutulmuş xüsusi şərtlər olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı qiymətləndirmə testi (meyarları) müəyyən etmişdir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X6 zavodları Yunanıstana qarşı, X3rşı, Slivçenko Litvaya qarşı və.s.) mülkiyyət hüququna müdaxiləni, o cümlədən onun istifadə hüququ müəyyən edilməklə məhdudlaşdırılmasını aşağıdakı şərtlərlə bağlayır:1) bu müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. X2 dair 1 saylı Protokolun 1-ci maddəsinə və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarlarına görə mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün mülkiyyətçiyə kompensasiya ödənilməlidir. Bu mənada mülkiyyət hüquqlarına hər hansı müdaxilənin qanunda nəzərdə tutulmaması, bunun qanuni məqsəd daşımaması, təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməməsi, qeyri-müəyyən müddəti əhatə etməsi, bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmaması və bu müdaxilə ilə bağlı mülkiyyətçiyə səmərəli, ağlabatan və vaxtında ödənilməli olan kompensasiyanın ödənilməməsi mülkiyyət hüquqlarının pozuntusudur. Bu da qanunun tələbinə əsasən yolverilməzdir. Sporronq və Lonnrot İsveçə qarşı işdə Avropa Məhkəməsi mülkiyyət hüquqlarının qeyri-müəyyən müddətə məhdudlaşdırılmasını 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. İşin müəyyən olunmuş faktoloji hallarına tətbiq edilməli olan hüquqi normaları, həmçinin Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin standartları nöqteyi-nəzərindən hüquqi qiymət verən məhkəmə hesab edir ki, əslində mülkiyyət hüquqları qeyri-müəyyən müddətə məhdudlaşdırılan və bununla da bu hüquqların bərpa olunması qeyri-müəyyən müddətlə əlaqələndirilən iddiaçının cavabdehə 5 ildən artıq müddətə eyni şərtlər daxilində eyni mənzildə yaşamaq imkanı verəcək mənzilin real bazar dəyərinin 1/4 hissəsi miqdarında-5000 manat kompensasiya ödəməklə cavabdehin məzildən istifadə hüququna xitam verilməsi iddiaçının mənzilə mülkiyyət hüquqlarının tam bərpa olunması üçün qanuni və ədalətli əsasdır. İddiaçının sözügedən mənzilə mülkiyyət hüquqlarının bu faktoloji və hüquqi əsaslarla bərpa olunmasından imtina edilməsi onun mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən istifadə hüququna xitam verilməli və Cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tətdiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən istifadə hüququna xitam verilsin; Cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirova
Məhkəmə qərarları › İş №e-2(019)-630/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-630/2022
07.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver