Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-631/2025 15.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********31302 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon, X1 2 il xidməti üçün 652.08 manat ödənilməmiş hissə, 65.21 manat cərimə, ümumilikdə, 717.29 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-631/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə iddia icraatı qaydasında baxılmalıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********31302 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon, X1 2 il xidməti almış və nəticədə 717.29 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 979.08 manat (yəni 12 ay x 81.59 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********31302 XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon, X1 2 il xidməti üçün ümumilikdə, 717.29 manat olmaqla ondan 652.08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.21 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 327 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikəri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh məkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, “Kontakt Home”dan Redmi 13 pro telefonunu kredit yolu ilə aldığı zaman ona işçilər tərəfindən şərtlər təklif olunmuşdur ki, əgər məhsulu qızıl zəmanətlə götürsə iki il ərzində istehsalçı tərəfindən qüsur yaranarsa, onlar həmin məhsulu yenisi ilə əvəz edəcəklər. “Əgər əsəbləşsən telefonu divana yox, divara vur, həmin telefonu gətir, biz aylara görə qiymət edib sizi yeni məhsulla təmin edərik” demişlər. O da inamış və məhsulu qızıl zəmanətlə almışdır. Telefonun dinamiki xırıldadığı üçün onlardan məhsulu dəyişmələrini xahiş etmişdir. Onları səhv başa düşdüyünü qeyd edərək, 3 gün onu süründürmüşlər. Nəticədə telefonu qiymətləndirib Samsung S25 modelini 550 manata vermişlər. O, elə başa düşmüşdür ki, onlara 550 manat ödəyəcəkdir. Kredit ödənişi edəndə məlum olmuşdur ki, o, Redminin pulunu ödəməlidir. O, onların müdriyyətinə narazılığını bildirmişdir. O da ona narazılığını qaynar xəttə zəng vurub bildirməyini demişdir. O, qaynar xəttə zəng edərək narazılığını bildirmiş və heç bir nəticə əldə edə bilməmişdir. Onlara aldığı məhsulun dəyərini ödəməyi təklif etmiş, onlar isə razılaşmamışlar. Ona görə də ödəniş etməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsinə iştirakları olmadan baxaraq iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razı olmayaraq bildirmişdir ki, İddiaçıa Redmi markalı telefonu geri qaytarıb, əvəzində Samsung S25 markalı telefonu dediklərinə görə güzəştlə 550 manata ona satmışlar, amma başqa mağazalarda da həmin telefon eyni qiymətədir. Samsung markalı telefonu alan zaman 30 manat çatmadığı üçün qızı 30 manat ödəmişdir. Samsungun ödənişi bağlanıb, Redminin içində onun ödənişi gedir. 3-4 ay ödəniş etmiş, 30 manat da qızı ödəmişdir. Redmi markalı telefonu qaytardığı üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və cavabdehin izahatını iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən və ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İddiaçı Cavabdeh alqı-satqı qiyməti 979.08 manat (81.59 manat x 12 ay) olan XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefon, X1 2 il xidməti nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada ödəmək şərtilə qəbul etmişdir. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş borcu 652.08 manat, cərimə 65.21 manat təşkil edir. X1 şərtlərinin 5-ci bəndinə əsasən X1 Sertifikatı müştəriyə zəmanət müddəti çərçivəsində güzəştli şərtlərlə məhsulu dəyişmək imkanı verir. Həmçinin göstərilmişdir ki, məhsul hissəvi satışla əldə edilibsə, məhsulun ödənişləri davam etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar Cavabdeh təhvil verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh göstərilən müqavilə əsasında aldığı əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Məhkəmə Cavabdeh iddia ərizəsinə etirazının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, etiraz əsassızdır. Belə ki, o, XİAOMİ REDMİ NOTE 13 PRO markalı telefonu iddiaçıya geri qaytardığını, əvəzində güzəşt olunmadan “Samsung S25” markalı telefon aldığını bildirsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bundan başqa X1 Sertifikatının 5-ci bəndində göstərilmişdir ki, X1 Sertifikatı müştəriyə zəmanət müddəti çərçivəsində güzəştli şərtlərlə məhsulu dəyişmək imkanı verir, məhsul hissəvi satışla əldə edilibsə, məhsulun ödənişləri davam etdirilir. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4 manat həcmində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 652.08 manat ödənilməmiş hissə, 4 manat cərimə, ümumilikdə 656.08 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 27.44 manatı alınıb İddiaçın xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 652.08 manat ödənilməmiş hissə, 4 manat cərimə, ümumilikdə 656.08 manat borc və ödənilmiş dövlət rüsumunun 27.44 manatı alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-631/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-631/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver