Məhkəmə qərarları › İş №e-2(019)-636/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-636/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-636/2023 18.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 667 (altı yüz altmış yeddi ) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır və fiziki şəxs kimi fəaliyyət göstərərək Balakən şəhəri R.Səmədov küçəsində yerləşən mağazada məişət əşyaları və telefon satışı ilə məşğul olur (VÖEN- **********). Cavabdeh xx.xx.2022-ci il tarixdə onun yanına gələrək ona bir ədəd telefon verilməsini xahiş etmişdir. Nisyə satış müqaviləsinə əsasən cavabdehə 410 manat dəyərində bir ədəd telefon Samsung A 13 32 gb imei: "**********42320" markalı telefonu 8 ay müddətinə, kreditlə-nisyə satmışdır. Aralarında 04 may 2022-ci il tarixli kredit müqaviləsi və ödəniş qrafiki tərtib edilmişdir. Lakin cavabdeh kredit müqavilasinin və ödəniş qrafikinin tələblərinə riayət etməmişdir, cavabdeh 410 manat borcdan cəmi ona 303 manat pul ödəmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində onun yanına gələrək ona ikinci telefonun verilməsini xahiş etmişdir. Nisyə satış müqaviləsinə əsasən cavabdehə 560 manat dəyərində ikinci telefon samsung A 23 128 gb imei”**********25386” markal telefonu 8 ay müddətinə kreditlə-nisyə satmışdır. Aralarında 27 noyabr 2022-ci il tarixli 431 nömrəli kredit müqaviləsi və ödəniş qarfiki tərtib edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin və ödəniş qarafikinin tələblərinə riayət etməmişdir , cavabdeh 560 manat borcdan ona heç nə ödəməmişdir. O, cavabdehi dəfələrlə borcu ödəməsi barədə şifahi va yazılı qaydada xəbərdar etməyinə baxmayaraq o, öhdəliyini tam yerinə yetirməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh 04 may 2022-ci il tarixli kredit müqaviləsi və ödəniş qrafiki üzrə ona cəmi 107 ( yüz yeddi ) manat və ikinci telefon 27 noyabr 2022 ci tarixli 431 nömrəli kredit müqaviləsi və ödəniş qarafiki üzrə ona 560 manat ( beş yüz altmış) borcu yaranmışdır. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 04 may 2022-ci il tarixli kredit sənədləşdirilməsi, verilməsi,nəzarəti və uçotu haqqında qaydaların 2 №li əlavəsi kredit sifarişindən görünür ki, həmin sifariş İddiaçı ilə Cavabdeh arasında 410 manat dəyərində bir ədəd “Samsung A13 32 gb.imei:**********4320” markalı telefonun alışı ilə bağlı tərtib edilmiş, Cavabdeh 8 ay müddətində, hər ay 51.25 manat ödəməyi öhdəsinə götürmüşdür . İşdə olan 27 noyabr 2022-ci il tarixli kredit sənədləşdirilməsi, verilməsi, nəzarəti və uçotu haqqında qaydaların 2 №li əlavəsi kredit sifarişindən görünür ki, həmin sifariş İddiaçı ilə Cavabdeh arasında 560 manat dəyərində bir ədəd “Samsung A23 128 gb.imei:**********25386” markalı telefonun alışı ilə bağlı tərtib edilmiş,Cavabdeh 8 ay müddətində, hər ay 70 manat ödəməyi öhdəsinə götürmüşdür . İşdə olan və 04.05. 2022-ci il tarixdə tərtib edilmiş ödəmə qrafiki cədvəlindən görünür ki, Cavabdeh cəmi 303 manat ödəniş etmişdir. İşdə olan və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ödəmə qrafiki cədvəlindən görünür ki, Cavabdeh heç bir ödəniş etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Abdulxalıq oğlu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən mağazada məişət əşyaları və telefon satışı ilə məşğul olur (VÖEN- **********). O, Cavabdeh xx.xx.2022-ci il tarixdə 410 manat dəyərində bir ədəd “Samsung A13 32 gb.imei:**********4320” markalı telefonu 8 ay müddətinə, 27 noyabr 2022-ci il tarixdə isə 560 manat dəyərində bir ədəd “Samsung A23 128 gb.imei:**********25386” markalı telefonu 8 ay müddətində nisyə satmışdır.Cavabdeh həmin borcu 8 ay müddətinə ödəməyi öhdəsinə götürmüş,üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş,onun iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 107 manat, 27 noyabr 2022-ci il tarixli müqavilə üzrə isə 560 manat-cəmi 667 borcu qalmışdır.Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 107 manat,27 noyabr 2022-ci il tarixli müqavilə üzrə isə 560 manat-cəmi 667 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq 30 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı Abdulxalıq oğluna verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 107 manat, 27 noyabr 2022-ci il tarixli müqavilə üzrə isə 560 manat-cəmi 667 manat məbləğində borc və 30 manat dövlət rüsumu xərci alınıb İddiaçı Abdulxalıq oğluna verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar