Məhkəmə qərarları › İş №e-2(019)-648/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-648/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-648/2023 19.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək hüquqmüəyyənedici sənədlərdə-JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında anası X6 ata adı Təmraz əvəzinə Təhmiraz qeyd edildiyinə görə həmin sənədlərin anası X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə anadan olmuş, atası X13, anası X8r. X12 16 may 2020-ci il tarixdə vəfat etmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən Balakən rayonu Qazma kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X12 və X9 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan başqa Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarına əsasən Balakən rayonu Qazma kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X12 və X9 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri bir-birinə bitişik yerləşməklə hər tərəfi hasara alınmışdır. Ərizəçi X14 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə X7 məxsus olması faktının müəyyən edilməsi, 16 may 2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaklara-Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə iddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X5 miras qalmış miras əmlakların onu qəbul etmiş vərəsələr arasında bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi mübahisə predmeti olan JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (hüquq müəyyənedici sənədlərdə) iddia olunan səhvlərin aradan qaldırılması üçün qeydiyyat orqanına müraciət etmədən və bu qaydanı tətbiq etmək imkanı itirilmədən birbaşa məhkəməyə müraciət etdiyinə görə Balakən Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2(019)-186/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X4 verilmiş torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin sənədlərdə düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsində müraciətə baxılmış və idarənin 15 may 2023-cü il tarixli 3-21-3-47/2-Q-0031-8/2023 saylı məktubu ilə cavablandırılmışdır. Həmin məktubda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında düzəlişlərin edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından ərizənin icrası mümkün olmamışdır. Hazırki vəziyyətdə hüquqmüəyyənedici sənədlərdə-JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında anası X6 ata adı Təmraz əvəzinə Təhmiraz qeyd edildiyinə görə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mollatəyub oğlu ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçinin anasının adı Bikə, anasının atasının adı isə Təmraz olmuşdur. Ərizəçinin anası Bikə 2020-ci ildə ölmüşdür. Həqiqətən ərizəçinin anası Bikənin atasının adı Təhmiraz deyil, Təmrazdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçinin anasının adı Bikə, anasının atasının adı isə Təmraz olmuşdur. Ərizəçinin anası Bikə 2020-ci ildə ölmüşdür. Həqiqətən ərizəçinin anası Bikənin atasının adı Təhmiraz deyil, Təmrazdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış 15 may 2023cü il tarixli 3-21-3-47/2Q-0031-8/2023-1747 nömrəli məktubunda göstərilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədlərində olan səhvlərin aradan qaldırlması və qeyd olunan sənədlərə əsasən X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizlə bağlı olaraq bildiririk ki, Ləğv edilmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1337A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və JN-1337 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" sənədlərində düzəlişlərin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 avqust 2022-ci il tarixlidə verilmiş 721 nömrəli arayışdan görünür ki, X12 xx.xx.2020 ci il tarixdə vəfat etmişdir.Vəfat etdiyi günə kimi ona məxsus 0.25 ha həyətyanı torpaq sahəsində 1968-ci ildə tikilmiş yaşayış evi və 1991-ci ildə tikilmiş oğlu Ərizəçi məxsus yaşayış evi vardır. X2 məxsus 0.25 ha həyətyanı və 0.52 ha pay torpağından oğlu X14 və Ərizəçi istifadə edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qazma kənd soveti tərəfindən 19 aprel 1967-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1967-ci doğulmuş, atası X13, anası X12 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qazma kənd ərazi nümayəndəliyi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 251970 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16 may 2022-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1337, KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X4 Balakən rayonu Qazma kəndi ərazisindən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1337A, KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X4 və X11 Balakən rayonu Qazma kəndi ərazisindən 0.25 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki ,ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X7 və X11 Balakən rayonu Qazma kəndində yerləşən 0,25 həyətyanı, 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə görə onlara verilmiş JN 1337, KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN 1337A, KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi anası X6 atasının adı səhvən “Təhmiraz” yazılmışdır.Ərizəçi X7 verilmiş torpaq sahələrinə müvafiq sənəd almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etmişdir, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi sözügedən uyğunsuzluğa görə qeydiyyat aparmaqdan imtina etmişdir. Həmin düzəlişin başqa qaydada aparılması mümkün olmadığından ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti,hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd hesab edilən JN 1337, KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN 1337A, KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X4 aid hissədə Ərizəçi anası X7 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizəçi ərizəsi təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN 1337, KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN 1337A, KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X4 aid hissədə Ərizəçi anası X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar