Məhkəmə qərarları › İş №e-2(019)-650/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-650/2022

24.06.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-650/2022 24.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə nikahlarını 08 sentyabr 2018-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 139 sayla rəsmiləşdirməklə evlənmişlər. Maraqlı şəxslə evlilikdən xx.xx.2019-cu ildə X2 adında bir uşaqları olmuşdur. O, Maraqlı şəxs1 ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 2021-ci ilin sentyabr ayında ayrılmışdır. Hal-hazırda uşaq Maraqlı şəxs1 himayəsində yaşayır. Artıq Maraqlı şəxs1 ilə ailə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-136/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan olan oğlu Məhəmməd anasının himayəsində yaşayır. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün mediatora müraciət etmiş, maraqlı şəxs də mediasiya sessiyasında uşaqla ünsiyyət hüququnun həftəsonu həyata keçirilməsinə razılaşmış və bu barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs1 həftə sonlarında uşağının onunla görüşməsini təmin etməli idi. Lakin, Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini tam olaraq pozmuş və uşağı ilə onun ünsiyyətdə olmasına mane olmuşdur. Maraqlı şəxs1 oğlu həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-136/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında bağlanmış və 08 sentyabr 2018-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 139 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2019-cu ildə doğulmuş X1 anası Maraqlı şəxs1 yanında saxlanılması, hazırki qətnamənin çıxarıldığı 11 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Ərizəçi hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub, cavabdeh Maraqlı şəxs1 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Ərizəçi və Maraqlı şəxs1 iştirakı ilə uşaqla ünsiyyət tələbi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə mediasiya prosesi həyata keçirilmiş, mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs1 tam barışıq sazişi bağlayaraq uşaqla ünsiyyətə tərəflər həftəsonu olmağına qərar verdilər. Uşaq götürərkən yalnız atasının uşağı götürməyinə ana Maraqlı şəxs1 razılaşdı. İş materiallarından həmçinin görünür ki, ərizəçi hazırki işlə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs1 nikahlarını xx.xx.2018-ci il tarixdə Balakən rayon Qeydiyyat şöbəsində 139 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından xx.xx.2019cu il tarixdə X2 adında uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-136/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Uşaqla ünsiyyət tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, mediasiya prosesində Ərizəçi və Maraqlı şəxs1 uşaqla ünsiyyətin həftəsonu olması ilə bağlı razılığa gəlmiş və bu barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs1 ödənilmiş 100 manat dövlət rüsumu alınaraq ərizəsi Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs1 ödənilmiş 100 manat dövlət rüsumu alınaraq ərizəsi Ərizəçi ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar