Məhkəmə qərarları › İş №e-2(019)-652/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-652/2022

24.06.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-652/2022 24.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə qeyri-rəsmi nikahla evlənmişlər. Maraqlı şəxslə faktiki evlilikdən xx.xx.2019-cu ildə X3, xx.xx.2020-ci ildə isə X4 adında iki uşaqları olmuşdur. O, maraqlı şəxs Cavabdeh ilə onun başqa qadınla münasibəti olması səbəbindən xx.xx.2022-ci il tarixdə ayrılmışdır. Hal-hazırda uşaqlar maraqlı şəxs Cavabdeh himayəsində yaşayır. Buna özü razılıq vermişdir. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün mediatora müraciət etmiş, maraqlı şəxs də mediasiya sessiyasında uşaqları ilə ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 10:00-dan, 19:00-dək həyata keçirilməsinə razılaşmış və bu barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Cavabdeh həftə sonlarında uşaqlarının onunla görüşməsini təmin etməli idi. Lakin maraqlı şəxs Cavabdeh barışıq sazişinin şərtlərini tam olaraq pozmuş və uşaqları ilə onun ünsiyyətdə olmasına mane olmuşdur. Cavabdeh həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Cavabdeh, mediator X1 və Balakən rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 205992 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 205993 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı və Cavabdeh iştirakı ilə nikahın pozulması, anayla görüş gününün müəyyən olunması mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə mediasiya prosesi həyata keçirilmiş, mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh qismən barışıq sazişi bağlayaraq nikahın pozulmasına razılaşdılar. Birgə nikahdan dünyaya gəlmiş iki uşağın atası Cavabdeh himayəsinə verilməsinə ana İddiaçı razılaşdı. Cehizlə əlaqəli razılaşdılar. Anayla görüş ünün həftədə 1 gün olmasına ata razılaşdı. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2016-cı il tarixdə qeyri-rəsmi nikahla evlənmişlər. Tərəflərin ərarvad münasibətlərindən xx.xx.2019-cu ildə X3 və xx.xx.2020-ci ildə X4 adında iki uşaqları olmuşdur. Uşaqla ünsiyyət tələbi ilə bağlı ərizəçi İddiaçı mediatora müraciət etmiş, mediasiya prosesində İddiaçı və Cavabdeh İddiaçı uşaqları ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-dək ünsiyyətdə olması ilə bağlı razılığa gəlmiş və bu barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Cavabdeh həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumu alınaraq ərizəçi İddiaçı Yusiıf qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumu alınaraq ərizəçi İddiaçı Yusiıf qızına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar