Məhkəmə qərarları › İş №e-2(019)-657/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-657/2023

11.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-657/2023 11.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 mart 1991-ci ildə Balakən rayonunun Katex kəndində doğulmuş qızı-X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki,o, Balakən rayonunun Katex kəndində yaşayır. 02 mart 1991-ci il tarixdə doğulmuş X11 “X16 xəstəliyi nəticəsində Dərin ağıl zəifliyi F73.1” diaqnozu ilə xəstədir. O Balakən Rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 1-ci qrup anadangəlmə müddətsiz əlildir. Xəstəliyi ilə bağlı sosial müavinət alır. Doğulduğu vaxtdan qızı Günelə o, baxır və ona qulluq göstərir. X17 Dövlət tərəfindən torpaq payı verilmişdir. Hal-hazırda ailələrinə məxsus torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirmək istəyirlər, lakin qızı Günel qeyd olunan xəstəlikdən əzab çəkdiyindən müqavilələrə imza etmək iqtidarında deyildir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət etməli olmuşdur.Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X11 anadangəlmə müddətsiz əlildir. O, “X16 xəstəliyi nəticəsində Dərin ağıl zəifliyi F73.1” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq o, İ qrup anadangəlmə əlildir və əmək qabiliyyəti yoxdur. X11 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 02 mart 1991-ci ildə doğulmuş X6 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə oloan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Katex kənd soveti tərəfindən 15 mart 1991-ci ildə verilmiş XV-JQ seriyalı 461452 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02 mart 1992-ci ildə anadan olmuşdur. X1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Katex kənd soveti tərəfindən 22 aprel 1988-ci ildə verilmiş İV-JQ seriyalı 368816 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki,X9 ilə X8 arasında 22 aprel 1988-ci ildə nikah bağlanmış,nikah bağlanadan sonra arvada Aşırova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 X10 Şöbəsinin xx.xx.2023-cü il tarixli 491 nömrəli rəyindən görünür ki,02 mart 1991-ci il tarixdə Balakən rayonunun Katex kəndində doğulmuş X4 Dərəcəli Əqli Gerilik, X5 əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F72.1 xəstəliyi keçirir. Keçirdiyi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildlir. X11 FƏALİYYƏT QABLİYYƏTİ OLMAYAN şəxs hesab edilməlidir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 02 mart 1991-ci il tarixdə doğulmuş qızı- X11 anadangəlmə X16 xəstəliyi nəticəsində Dərin ağıl zəifliyi F73.1” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X11 İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. X11 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 02 mart 1991-ci ildə doğulmuş X6 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 X10 Şöbəsinin xx.xx.2023-cü il tarixli 491 nömrəli rəyinə əsasən X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qızı – 02 mart 1991-ci ildə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 02 mart 1991-ci ildə doğulmuş qızı-X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar