Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-665/2024 03.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi nümayəndəsi-vəkili vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənəd olan Balakən rayon Dövlət Arxivi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş 169 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 Federasiyasının vətəndaşıdır və onun hazırda adı, soyadı və atasının adı Ərizəçidir. Balakən rayonu Qaysa kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayon Aqrar İslahat Komissiyasınıni 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə X21 və onun ailə üzvləri olan X14, X8, X22, X9, X23, X15, X5 və X24 2.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Eyni zamanda Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 23 saylı qərarı ilə X21 və onun ailə üzvləri olan X14, X8, X22, X9, X23, X15, X5 və X24 1947.41 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. 1947.41 kv.metr həyətyanı torpaq sahəsi ərizəçinin atası X10 adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən X32 kitabında xx.xx.2009-cu il tarixində AN207032 nömrə ilə uçota alınmaqla Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. 2.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 167 KOD 40104018 saylı Torpağa Mülkiyyət Hüququna X43 verilmişdir. Ərizəçinin atası X25 xx.xx.2016-cı ildə ölmüşdür. Onun ölümündən sonra notariat ofisində ona məxsus olan miras əmlaklara vərəsəlik işi açılmışdır. Balakəni rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli qərarı ilə X21 və onun ailə üzvləri olan X14, X8, X22, X9, X23, X15, X5 və X24 verilmiş 1947.41 kv.metr həyətyanı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər verilmədiyindən 1947.41 kv.metr həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Lakin 1947.41 kv.metr həyətyanı torpaq sahəsinə verilmiş AN 207032 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olan Balakən rayonu Qaysa kəndi üzrə İcra Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında xx.xx.1978-ci il təvəllüdlü ərizəçinin adı, soyadı və atasının adı X27 qeyd edildiyindən, hazırda ərizəsinin adı, soyadı və atasının adının Ərizəçi olduğundan bu uyğunsuzluğa görə sözügedən daşınmaz əmlaklara daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməmişlər. Hazırki vəziyyətdə ərizəçi Balakən rayonu Qaysa kəndi üzrə İcra Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında xx.xx.1978-ci il təvəllüdlü ərizəçinin adı, soyadı və atasının adı X27 qeyd edildiyindən, hazırda ərizəçinin adı, soyadı və atasının adı Ərizəçi olduğundan Balakən rayon Dövlət Arxivi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş 169 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Həmin sənədlərdə düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********36 saylı məktubundan görünür ki, ərizənin araşdırılması ilə bağlı Balakən rayon X26 rayon Qaysa kənd icra nümayəndəliyinin 1996-2000-ci illər üzrə təsərrüfatbaşı kitabından arxiv arayışı və X16 «Doğum haqqında şəhadətnamə» sənədinin surətindən məlum olmuşdur ki, X27 adını sonradan Ərizəçi kimi dəyişdirmiş, ancaq ad dəyişikliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sənəd təqdim edilməmişdir. Bildirilir ki, adın dəyişdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənəd və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə yenidən müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələlərin həllinə qanunamüvafiq qaydada baxılacaqıdr. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verimş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X28 ifadələrində X21 və ailə üzvlərinə aqrar islahat zamanı kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrinin verildiyini, bununla bağlı sənədlərdə ərizəçinin adının (soyadı, adı və atasının adı) X4 göstərildiyini, ərizəçinin sənəddəki soyadının, adının və atasının adının Ərizəçi olduğunu, torpaq sənədlərində göstərilmiş X12 və Ərizəçi eyni şəxs olduğunu bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Dövlət Arxivinin 17 may 2022-ci il tarixli 169 saylı arxivi arayışından görünür ki, Balakən rayonu Qaysa kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə X10 təsərrüfat başıçısı kimi qeyd edildiyi təsərrüfat üzrə evin 1971-ci ildə tikilməsi, cəmi torpaq sahəsinin 0,20 hektarın yüzdə biri ilə olması və təsərrüfat üzvləri sırasında 6-cı bənd üzrə xx.xx.1978-ci il tarixdə doğulmuş X16 olması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən RİHB-nın Qaysa kənd İƏD üzrə nümayəndəliyinin 108 saylı arayışından görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 23 №-li qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı (soyadı, adı və atasının adı) X27 qeyd edilmişdir. Odur ki, Ərizəçi X1 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasitrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********36 saylı məktubundan görünür ki, ərizənin araşdırılması ilə bağlı Balakən rayon X20 rayon Qaysa kənd icra nümayəndəliyinin 1996-2000-ci illər üzrə təsərrüfatbaşı kitabından arxiv arayışı və X16 «Doğum haqqında şəhadətnamə» sənədinin surətindən məlum olmuşdur ki, X27 adını sonradan Ərizəçi kimi dəyişdirmiş, ancaq ad dəyişikliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sənəd təqdim edilməmişdir. Adın dəyişdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənəd və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə yenidən müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələlərin həllinə qanunamüvafiq qaydada baxılacaqıdr. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qaysa kənd İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 903053 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2016-cı il tarixdə bölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş A 207032 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Balakən rayonu Qaysa kəndində yerləşən 1947.41 kv.metr həyətyanı torpaq sahəsinə X10 adına plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN167 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna X38 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə Balakən rayonu Qaysa kəndində 2.55 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X10, X6, X17, X7, X18, X16, X13, X3 və X19 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarından həmçinin görünür ki, ərizəçi tərəfindən hazırki ərizə ilə bağlı Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, X2 Federasiyasının vətəndaşıdır və onun hazırda adı, soyadı və atasının adı Ərizəçidir. Balakən rayonu Qaysa kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayon Aqrar İslahat Komissiyasınıni 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə X21 və onun ailə üzvləri olan X14, X8, X22, X9, X23, X15, X5 və X24 2.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Eyni zamanda Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 23 saylı qərarı ilə X21 və onun ailə üzvləri olan X14, X8, X22, X9, X23, X15, X5 və X24 1947.41 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. 1947.41 kv.metr həyətyanı torpaq sahəsi ərizəçinin atası X10 adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən X32 kitabında xx.xx.2009-cu il tarixində AN207032 nömrə ilə uçota alınmaqla Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. 2.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 167 KOD 40104018 saylı Torpağa Mülkiyyət Hüququna X43 verilmişdir. Ərizəçinin atası X25 xx.xx.2016-cı ildə ölmüşdür. Onun ölümündən sonra notariat ofisində ona məxsus olan miras əmlaklara vərəsəlik işi açılmışdır. Balakəni rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli qərarı ilə X21 və onun ailə üzvləri olan X14, X8, X22, X9, X23, X15, X5 və X24 verilmiş 1947.41 kv.metr həyətyanı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər verilmədiyindən 1947.41 kv.metr həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Lakin 1947.41 kv.metr həyətyanı torpaq sahəsinə verilmiş AN 207032 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olan Balakən rayonu Qaysa kəndi üzrə İcra Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında xx.xx.1978-ci il təvəllüdlü ərizəçinin adı, soyadı və atasının adı X27 qeyd edildiyindən, hazırda ərizəsinin adı, soyadı və atasının adı Ərizəçi olduğundan bu uyğunsuzluğa görə sözügedən daşınmaz əmlaklara daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilməmişlər. Hazırki vəziyyətdə ərizəçi Balakən rayonu Qaysa kəndi üzrə İcra Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında xx.xx.1978-ci il təvəllüdlü ərizəçinin adı, soyadı və atasının adı X27 qeyd edildiyindən, hazırda ərizəçinin adı, soyadı və atasının adı Ərizəçi olduğundan Balakən rayon Dövlət Arxivi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş 169 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Həmin sənədlərdə düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********36 saylı məktubundan görünür ki, ərizənin araşdırılması ilə bağlı Balakən rayon X26 rayon Qaysa kənd icra nümayəndəliyinin 1996-2000-ci illər üzrə təsərrüfatbaşı kitabından arxiv arayışı və X16 «Doğum haqqında şəhadətnamə» sənədinin surətindən məlum olmuşdur ki, X27 adını sonradan Ərizəçi kimi dəyişdirmiş, ancaq ad dəyişikliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sənəd təqdim edilməmişdir. Bildirilir ki, adın dəyişdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənəd və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə yenidən müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələlərin həllinə qanunamüvafiq qaydada baxılacaqıdr.Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçiyə ona və ailə üzvlərinə məxsus olan torpaq sahələrinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçi hazırki tələblə bağlı məhkəməyə müraciət etməli olmular. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə hesab edir ki, Balakən rayon Dövlət Arxivi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş 169 saylı arxiv arayışında ərizəçinin adı (soyadı, adı və atasının adı) onun şəxsiyyətini təsdiq edən sənəddəki adı (soyadı, adı və atasının adı) ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir, ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan Balakən rayon Dövlət Arxivi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş 169 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd olan Balakən rayon Dövlət Arxivi tərəfindən 17 may 2022ci il tarixdə verilmiş 169 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-665/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-665/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver