Məhkəmə qərarları › İş №e-2(019)-666/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-666/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-666/2025 08.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40017365 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 610.01 AZN borcun, 0 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını yoxlayarkən müəyyən etmişdir ki, Cavabdeh iddia ərizəsi verilənədək, yəni xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, İddiaçı QSC Cavabdeh qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölməsinə baxmayaraq iddiaçı onu iş üzrə “cavabdeh” qismində göstərmiş və nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ondan tutulmasını xahiş etmişdir. Nəticədə cavabdeh məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi halda, iddia tələbi Cavabdeh qarşı yönəlmiş və qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı QSC hazırki tələb üzrə Cavabdeh vərəsələrini müəyyən etməli, daha sonra onlara qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 266-268 və 284-3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı QSC tərəfindən (xx.xx.2025-ci il tarix, ********** nömrəli qəbzlə) ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar