Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-67/2023 08.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Balakən rayonu Katex kəndində yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə **********0000 saylı qaz hesabı üzrə 1728.60 manat və **********08500 saylı qaz hesabı üzrə 1482.52 manat, cəmi 3211.12 (üç min iki yüz on bir manat 12 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 52.12 (əlli iki manat 12 qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 3263.64 (üç min iki yüz altmış üç manat 64 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən **********0000 saylı qaz hesabında qeydə alınan 1728.60 manat borcun və **********08500 saylı qaz hesabı üzrə 780.52 manat borcun,cəmi 2509.12 manat əsas borcun və dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzillərdə müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh məxsus mənzillərin **********0000 saylı qaz hesabında ödənilməmiş 1728.60 manat və **********08500 saylı qaz hesabında ödənilməmiş 1482.52 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Birinci mənzilin **********0000 saylı qaz hesabında qeydə alınan 1728.60 manat borcun 0.60 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 1728 manat hissəsi isə sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc iddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 0.60 manat həcmindəki borc Cavabdeh ünvanında hazırda istismarda olan G4T markalı 10352913 nömrəli sayğacın 1780 m göstəricisi ilə müəyyən edilmişdir. Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc iddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1728.60 manat həcmindəki borc Cavabdeh ünvanında sayğacdan kənar xətt vasitəsilə qanunsuz qazdan istifadə nəticəsində müəyyən olunmuşdur. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Cavabdeh Balakən rayonu Katex kəndində yerləşən mənzilində sayğacdan kənar, qeyri-qanuni olaraq küçə xəttinə bir başa qoşulmaqla təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Aşkarlanan fakt üzrə müvafiq qaydada video çəkiliş aparılmışdır. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərin sutkalıq iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 17280 m (və ya 1728 manat) həcmində müəyyən edilmişdir. İkinci mənzilin **********08500 saylı qaz hesabında qeydə alınan 1482.52 manat borcun tam hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, Cavabdeh ünvanında hazırda istismarda olan G4T markalı **********8 nömrəli sayğacın 16809 m göstəricisi ilə müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, **********08500 saylı qaz hesabı olan mənzildə əvvəlki tarixdə iki dəfə qazdan istifadə qaydalarının pozulması halları aşkar edilmiş və hesablanmış dəymiş zərər cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 10587373 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən yoxlama komissiyasının aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və qoruyucu örtüyü deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Bundan sonra qaz cihazlarına uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 1404 m (və ya 280.80 manat) həcmində müəyyən edilmiş və zərər istehlakçı tərəfindən ödənilmişdir.Daha sonra Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən yenidən Cavabdeh istifadəsində olan G4 markalı 10587373 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********8 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2019-ci il tarixli 29/1710-01439-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağının alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Bundan sonra qaz cihazlarına uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2019-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4212 m (və ya 421.20 manat) həcmində müəyyən edilmiş və zərər ödənilmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Balakən rayonu Katex kəndində yaşayan yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə **********0000 saylı qaz hesabı üzrə 1728.60 manat və **********08500 saylı qaz hesabı üzrə 1482.52 manat, cəmi 3211.12 (üç min iki yüz on bir manat 12 qəpik) manat əsas borcun, - əvvəlcədən ödənilmiş 52.12 (əlli iki manat 12 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 3263.64 (üç min iki yüz altmış üç manat 64 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları :ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə" qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, cavabdehin birinci **********0000 saylı qaz hesabında qeydə alınan 1728.60 manat borcu mübahisələndirilsə də Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-603/2022 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır və iddia tələbi üzrə borc həmin formada qalmaqdadır. Cavabdehin ikinci **********08500 saylı qaz hesabı üzrə tələb olunan 1482.52 manat borcun 702 manat hissəsi Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(019)-674/2022 saylı qətnaməsi ilə silinmişdir və bu səbəbdən iddia tələbi üzrə qalıq məbləğ 780.52 manat olmuşdur.(1482.52 - 702 = 780.52). Beləliklə, iddia tələbi üzrə qalıq borc məbləği 2509.12 manat (1728.60 + 780.52 = 2509.12) təşkil edir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X3 məhkəməyə ərizə göndərib işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 6011 nömrəli müqavilədən görünür ki, Zaqatala X4 İdarəsi ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və qoruyucu örtüyü deşilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23 iyun 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən rayonu Katex kəndində yaşayan Cavabdeh məxsus qaz sayğacından kənar qeyri-qanuni xətt aşkarlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-604/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, İddiaçı Zaqatala X4 İdarəsi tərəfindən iddiaçı Cavabdeh əsassız hesablanmış 702 manat borcun Cavabdeh abonent hesabından (**********08500) silinməsi, cavabdeh İddiaçındən 30 manat dövlət rüsumunun alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi cəmi 4212 kub/metr hesablanmışdır. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində Balakən rayonu Katex kəndində yerləşən evlər vardır. Cavabdeh İddiaçı ilə bağladığı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə əsasında birinci mənzildə G-4T markalı 10352913 nömrəli, ikinci mənzildə G4T markalı **********8 nömrəli qaz hesablı məişət qaz sayğacları vasitəsilə təbii qazdan istifadə edir. İstehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən onun 2509.12 manat borcu yaranmışdır. Cavabdeh borcu ödəmədiyindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini ödəməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2509.12 manat borc və 45,49 manat dövlət rüsumu xərci tutularaq İddiaçı xeyrinə (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.Wİ.F.T. İBAZAZ2X, - AZ95İBAZ********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2509.12 manat borc və 45,49 manat dövlət rüsumu xərci tutularaq İddiaçı xeyrinə (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.Wİ.F.T. İBAZAZ2X, -AZ95İBAZ********************) ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrdlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-67/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-67/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver