Məhkəmə qərarları › İş №e-2(019)-673/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-673/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-673/2023 11.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Y20K5703749 nömrəli,16 aprel 2019-cu il tarixli müqavilə üzrə 32 manat əsas, 9 manat dəbbə pulu, Y20K5740545 nömrəli, 11 iyul 2019- cu il tarixli müqavilə üzrə 230 manat əsas, 69 manat dəbbə pulu, Y20K5851262 nömrəli, 16 mart 2020-ci il tarixli müqavilə üzrə 119 manat əsas, 36 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 525 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16 aprel 2019-cu il, 11 iyul 2019-cu il və 16 mart 2020-ci il tarixlərində Cavabdeh ilə aralarında Y20K5703749 nömrəli, Y20K5740545 nömrəli və Y20K5851262 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı müqavilənin 1.1-ci maddəsinə əsasən Y20K5703749 nömrəli müqavilə üzrə 464 manat dəyəri olan 1 ədəd “Beko” markalı mini soba Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür.Y20K5740545 nömrəli müqavilə üzrə 630 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A20” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Y20K5851262 nömrəli müqavilə üzrə 146 manat dəyəri olan 1 ədəd “Riffel” markalı sokçəkən Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı Y20K5703749 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 444 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 12 ay müddətinə, aylıq 37 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı Y20K5740545 nömrəli müqavilə üzrə 30 manat ilkin ödəniş olmaqla, qalan 600 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 40 manat olmaqla, hər ayın 10-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı Y20K5851262 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 126 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 7 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5703749 nömrəli müqavilə üzrə 32 manat əsas, 9 manat dəbbə pulu olmaqla, 41 manat, Y20K5740545 nömrəli müqavilə üzrə 230 manat əsas, 69 manat dəbbə pulu olmaqla, 299 manat Y20K5851262 nömrəli müqavilə üzrə 119 manat əsas, 36 manat dəbbə pulu olmaqla, 155 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5703749 nömrəli, 16 aprel 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 5 manat ödəniş,Y20K5740545 nömrəli, 11 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 50 manat ödəniş, Y20K5851262 nömrəli, 16 mart 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 7 manat ödəniş edilmişdir.Ddəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 14 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 16 iyun 2023-cü il tarixdə Cavabdeh iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh təqdim edilməsi üçün Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliynə göndərilmiş, lakin o həmin kənddə yaşamadığından bildirişin ona verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 16 aprel 2019-cu il tarixli Y20K ******* nömrəli hissə-hissə ödənişli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən ümumi dəyəri-464manat dəyərində bir ədəd “Beko” markalı mini soba hissəhissə ödənişlə satılmışdır. Alıcı 20 manat ilkin olaraq ödəniş etmiş , qalan 444 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq , 12 ay müddətinə aylıq 37 manat olmaqla hər ay 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 11 iyul 2019-cu il tarixli Y20K ******* nömrəli hissə-hissə ödənişli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən ümumi dəyəri-630 manat dəyərində bir ədəd “Samsung Galaxy A20” markalı telefon hissə-hissə ödənişlə satılmışdır. Alıcı 30 manat ilkin olaraq ödəniş etmiş, qalan 600 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq , 15 ay müddətinə aylıq 40 manat olmaqla hər ay 10-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 16 mart 2020-ci il tarixli Y20K ******* nömrəli hissə-hissə ödənişli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən ümumi dəyəri-146 manat dəyərində bir ədəd “ Riffel” markalı sokçəkən hissəhissə ödənişlə satılmışdır. Alıcı 20 manat ilkin olaraq ödəniş etmiş , qalan 126 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq , 18 ay müddətinə aylıq 7 manat olmaqla hər ay 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, verilir həmin arayış 16 aprel 2019-cu il tarixli Y20K ******* nömrəli, 11 iyul 2019-cu il tarixli Y20K ******* nömrəli və 16 mart 2020-ci il tarixli Y20K ******* nömrəli tarixli nisyə alqı-satiqı müqavilələrinə əsasən borclu Cavabdeh ondan ötrü ki, onun həmin müqavilələr üzrə xx.xx.2023-cü il tarixə olan qalıq borcu müvafiq olaraq K20L5703749 nömrəli müqavilə üzrə 32 manat əsas, 9 manat dəbbə pulu, Y20L5740545 nömrəli müqavilə üzrə 230 manat əsas,69 manat dəbbə pulu və Y20K5851262 nömrəli müqavilə üzrə 119 manat əsas, 36 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 525 manat 00 qəpikdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı 16 aprel 2019-cu il, 11 iyııl 2019-cu il və 16 mart 2020-ci il tarixlərində Cavabdeh ilə aralarında Y20K5703749 nömrəli, Y20K5740545 nömrəli və Y20K5851262 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlamışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Y20K5703749 nömrəli müqavilə üzrə 464 manat dəyəri olan 1 ədəd “Beko” markalı mini soba Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Y20K5740545 nömrəli müqavilə üzrə 630 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A20” markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşəm.Y20K5851262 nömrəli müqavilə üzrə 146 manat dəyəri olan 1 ədəd “Riffel” markalı sokçəkəni Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı Y20K5703749 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 444 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 12 ay müddətinə, aylıq 37 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı Y20K5740545 nömrəli müqavilə üzrə 30 manat ilkin ödəniş olmaqla, qalan 600 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 40 manat olmaqla, hər ayın 10-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı Y20K5851262 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 126 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 7 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı tərəfindən müavitə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5703749 nömrəli müqavilə üzrə 32 manat əsas borcu qalmış,ona 9 manat dəbbə pulu hesablanmışdır. Y20K5740545 nömrəli müqavilə üzrə 230 manat əsas borcu qalmış, ona 69 manat dəbbə pulu hesablanmışdır. Y20K5851262 nömrəli müqavilə üzrə 119 manat əsas borcu qalmış, ona 36 manat dəbbə pulu hesablanmışdır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, 16 aprel 2019-cu il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 32 manat əsas borc olduğu halda, 9 manat məbləğində penya, 11 iyul 2019-cu il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 230 manat əsas borc olduğu halda, 69 manat məbləğində penya və 16 mart 2020-ci il il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 119 manat əsas borc olduğu halda, 36 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 16 aprel 2019-cu il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 01 manat ,11 iyul 2019-cu il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 06 manat,16 mart 2020-ci il il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 03 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16 aprel 2019-cu il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 32 manat manat əsas borc, 01 manat məbləğində penya, 11 iyul 2019-cu il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 230 manat əsas borc,06 manat məbləğində penya və 16 mart 2020-ci il il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 119 manat əsas borc, 03 manat dəbbə pulu, cəmi 391 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 22,2 manatı alınıb İddiaçı xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 16 aprel 2019-cu il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 32 manat manat əsas borc, 01 manat məbləğində penya, 11 iyul 2019-cu il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 230 manat əsas borc,06 manat məbləğində penya və 16 mart 2020-ci il il tarixli Y20K ******* nömrəli müqavilə üzrə 119 manat əsas borc, 03 manat dəbbə pulu, cəmi 391 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 22,2 manatı alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar