Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-674/2023 09.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasın digər vərəsəyə keçirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum oğlu- X7 açıq miras qalmış ünvan 1 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsi üzrə qanun üzrə vərəsələr X23, X19, X24 və X5 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə İddiaçı keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində digər vərəsələr X14 , X8,X20 və X9 cavabdeh qismində qeyd etmədiyindən, məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması zamanı onların cavabdeh qismində işə cəlb edilmələrini təklif etmiş, lakin İddiaçı digər vərəsələr X10 , X6,X15 və X5 cavabdeh qismində işə cəlb edilmələrinə yazılı razılığını verməmişdir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı digər vərəsələr X10 , X6, X15 və X5 cavabdeh qismində işə cəlb edilmələrinə yazılı razılığını vermədiyindən məhkəmə onların mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmələri barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X25 onun oğlu olmuşdur. Mərhum oğlu- X25 06 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsi mərhum oğlu X16 mülkiyyətində olmuş və ondan miras qalmışdır. Oğlu vəfat edəndən sonra ondan miras qalmış əmlakı, yəni ünvan 2 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsinə faktiki olaraq mirası o, qəbul etmiş və hal-hazıradək həmin torpaq sahəsində yerləşən evdə sadəcə o, yaşayır və torpaq sahəsindən sadəcə o,istifadə edir. Oğlunun ölümündən bir müddət sonra o, Balakən Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət edərək vərəsəlik işi açdırmışdır. Digər vərəsələr olan X23 ona və azyaşlı övladlarına çatası miras payı qəbul etmək üçün vərəsəlik şəhadətnaməsi alması üçün notariat orqanına müraciət etməmiş və mirası qəbulla bağlı hər hansı bir hərəkət etməmişdir. Umumiyyətlə oğlu rəhmətə gedəndən sonra gəlini mirasın faktiki qəbulu ilə bağlı da heç bir hərəkət etməmişdir. Bu günə kimi mirasa bütövlüklə o, sahiblik edir. X23 və övladları X19, X24 və X21 mirasın 4/5 hissəsi üçün qanun üzrə vərəsə olsalar da X23 artıq 4 ilə yaxındır ki, miras payı qəbul etməmiş və susmuşdur. Hesab edir ki, X23 mirası qəbul etməməklə, susmaqla pay hüququnu itirmişlər. Ona görə də o, mərhum oğlu- X7 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Balakən regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də xx.xx.2023-cü il tarixli № 328 nömrəli arayışla bundan imtina edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1173.1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Mərhum oğlunun vəfatından sonra o, ünvan 3 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsinə faktiki sahiblik etsə də ona həmin torpaq sahəsinə tam qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsi onun mülkiyyət hüququ üzrə sərəncam vermək hüququnu məhdudlaşdırır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X23, X19 , X24 və X21 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun qudasıdır, Bersinayın qızı onun gəlinidir. O, Balakən rayonunun Talalar kəndində yaşayır. X35 İddiaçı oğludur. Rövşən həmişə ailəsi ilə birlikdə rayonda kirayədə yaşamış, onlara məxsus evdə isə İddiaçı yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı tanıyır , 2002-ci ildən onun qonşuluğunda yaşayır. X36 da ölən günə kimi ailəsi ilə birlikdə iddiaçı ilə yaşamışdır. Rövşən öldükdən sonra isə onun arvadını görməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci ildə verilmiş 1867 nömrəli arayışdan göstərilmişdir ki, X1 vəfat etdiyi xx.xx.2019-cu il tarixdə ünvan 2 də daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: yoldaşı- X23, oğlu- X19, oğlu- X24 və qızı- X21. İşdə olan Şəki Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 2023-cü il tarixdə verilmiş 05/Q-147/69 nömrəli arayışdan görünür ki, X25 12 yanvar 1983-cü ildə Balakən rayonunda anadan olmuşdur. Bu barədə 12 mart 1983-cü il tarixdə Balakən rayon qeydiyyat şöbəsində 45 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X3 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.730 ha torpaq sahəsində inşa olunmuş 60.80 kv.m fərdi yaşayış evi İddiaçı adına tam, torpaq sahəsi İddiaçı, X16, X4, X11 və X12 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş 20 noyabr 2017-ci il tarixli inventar nömrəsi 3832 olan Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X38 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 328 nömrəli arayışda göstərilmişdir ki, “icraatda olan xx.xx.2019-cu il tarixdə vəfat etmiş X16 vərəsəlik işi ilə əlaqədar X38 xidmət mərkəzində notariat ofisi tərəfindən İddiaçı müraciəti əsasında vərəsəlik işi açılmışdır. X1 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X38 xidmət mərkəzində notariat ofisinə müraciət edilmişdir. Eyni zamanda mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə aralarında mübahisə olduğu bildirilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mirasdan payların müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət olunmalıdır.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-962/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli ,2(019)-207/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X10 cavabdeh İddiaçı qarşı “evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.Qətnamənin məzmunundan görünür ki,X23 cavabdeh İddiaçı qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə ünvan 6 evdən istifadə hüququnun müəyyən edilməsi və üç uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-962/2022 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli ,2(019)-207/2020 saylı qətnaməsi ləğv edilmiş,iddia tələbi rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 2023-cü il tarixli 05/Q-146/69 nömrəli arayışdan görünür ki, X25 06 noyabr 2019-cu ildə Balakən rayonu Balakən şəhərində ölmüşdür. Ölüm haqqında 26 noyabr 2019-cu ildə 141 №li akt qeydi tərtib olunmuşdur. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iş materiallarında olan sübutları tədqiq edib, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, mərhum X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 ilə 2005-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2005-ci il X19, xx.xx.2006-cı ildə X24 və xx.xx.2009-cu ildə X21 doğulmuşlar. xx.xx.2019-cu ildə X22 ölmüşdür. Ondan, ünvan 4 ünvanında yerləşən, İddiaçı, X16, X4, X11 və X12 ümumi birgə mülkiyyətində olan 0.730 ha torpaq sahəsindəki payı miras qalmışdır. X23 İddiaçı qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanda,miras payın da olduğu torpaq sahəsində yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi və üç uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-962/2022 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli ,2(019)-207/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 mirası qəbul etmədiyini, buna görə də miras əmlakdan pay almaq hüququnu itirdiyini göstərərək,mərhum X7 açıq miras qalmış, Balakən şəhəri, Səməd Vurğun küçəsi,ev 19 ünvanında yerləşən 0.8 ha torpaq sahəsinin 1/5 hissəsi üzrə qanun üzrə vərəsələr X23, X19, X24 və X5 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə İddiaçı keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisə olmasını qeyd edərək göstərir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Mülki Məcəllənin 1246-cı mаddəsinə əsasən vərəsə vərəsəliyə çаğrıldığını bildiyi və yа bilməli olduğu gündən 3 аy ərzində mirаsı qəbul edə bilər. Mirаs аçıldığı gündən 6 аy keçdikdən sonrа mirаsın qəbulunа yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü mаddələrinə görə vərəsə mirаsın аçıldığı yer üzrə əmlаkа sаhiblik etməyə və yа əmlаkı idаrə etməyə fаktik bаşlаdıqdа və bununlа dа mirаsı qəbul etdiyini şəksiz nümаyiş etdirdikdə mirаs vərəsə tərəfindən qəbul edilmiş sаyılır. Vərəsə mirаsın bir hissəsinə sаhiblik etməyə fаktik bаşlаdıqdа hesаb edilir ki, mirаsın nədə ifаdə edilməsindən və hаrаdа olmаsındаn аslı olmаyаrаq o, mirаsı tаmаmilə qəbul etmişdir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki, İddiaçı X1 vərəsəsi olduğunu iddia etsə də onun vərəsəsi olmasına dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.Belə ki, X16 doğum haqqında şəhadətnaməsində onun anası olaraq İddiaçı deyil, X3 qeyd edilmişdir. Bundan başqa İddiaçı özünün təqdim etdiyi, Balakən Rayon İcra Hakimiyyəti Balakən Şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 1867 nömrəli, 07 oktyabr 2021-ci il tarixli arayışda X1 vərəsələri olaraq arvadı- X23, oğlu- X19, oğlu- X24 və qızı- X21 göstərilmiş, İddiaçı vərəsə olaraq göstərilməmişdir. Bundan başqa İddiaçı mirası faktiki qəbul etdiyini iddia etsə də, mirasın qəbulu faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin o,vərəsə olaraq tanınması, öz payının müəyyən edilməsi tələbini irəli sürmədən digər vərəsələrin paylarının ona verilməsini tələb etmişdir. Həmçinin iş materiallarından görünür ki, mərhum X25 xx.xx.2019-cu il tarixdə ölmüş, mirasın açıldığı vaxtdan üç ay keçməmiş onun vərəsəsi olan arvadı- X23 miras əmlakın olduğu torpaq sahəsində yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, evə köçməklə miras əmlakdan da istifadə etmək istəmişdir. Lakin İddiaçı buna imkan verməmişdir. Buradan da görünür ki, X23 mirası İddiaçı onu və uşaqlarını miras əmlakın olduğu torpaq sahəsinə buraxmaması səbəbindən qəbul edə bilməmişdir. Həmçinin iş materiallarından görünür ki, digər vərəsələrdən Ağarza Hüseynov xx.xx.2006-cı ildə və Mətanət Hüseynova xx.xx.2009-cu ildə anadan olmaqla hələ də yetkinlik yaşına çatmamışlar. Onların mirası vaxtında qəbul etməmələri üzürlü hesab olunmaqla uzadıla bilər. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasın digər vərəsələrə keçirilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasın digər vərəsələrə keçirilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-674/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-674/2023
09.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver