Məhkəmə qərarları › İş №e-2(019)-682/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-682/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-682/2025 07.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 1540 manat borc pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-ci il tarixdə Cavabdeh ilə bağladığı 37 saylı müqaviləyə əsasən 1680 manat təşkil edən VAZ21011 markalı avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş ehtiyat hissələri 12 ay müddətinə hissə hissə ödəmə şərti ilə cavabdehə satılmışdır. Beləliklə müqavilənin axırıncı ödəniş müddəti xx.xx.2025-ci il nəzərdə tutulmuşdur. Lakin qeyd edilən müddətdə alıcı öz öhdəliklərini yerinə yetirməmişdir. Əldə olunmuş həm şifahi razılaşmaya, həm də yazılı müqaviləyə əsasən 07 mart 2025-ci il tarixə alıcı onlara olan borcunu hissə-hissə olmaqla tam ödəyəcəyinə söz vermişdir. O satıcı olaraq öz öhdəliyini yerinə yetirərək malı müqavilə bağlanan gün, yəni xx.xx.2024-cü il tarixdə alıcıya təhvil vermişdir. Alıcı isə bu günə kimi aldığı mal ilə bağlı yalnız 140 manat ödəniş etmişdir. Beləliklə alıcının bu günə ona olan borcu 1540 manat təşkil edir. Həmin borcun alınması ilə bağlı xx.xx.2025-ci il tarixində Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq xx.xx.2025-ci il tarixində №3-13-66/2-5-1152/11/25 nömrəli məktubla məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin polis şöbəsində verdiyi izahatında ondan borc götürdüyünü bildirsə də, cavabdehə borca pul verməmişdir, aralarında ancaq alqı-satqı olmuşdur, cavabdehin ödənişi əlbəəl etməsi həqiqət deyil, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 1680 manat dəyərində maşın ehtiyat hissəsini 12 ay müddətinə ayda 140.00 manat ödənilməsi şərtilə nisyə satmış, müqavilə onlar tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli GBA seriyalı 618304 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh İddiaçı 140 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı tərəfindən Balakən RPŞ-yə ünvanlanan ərizədən görünür ki, Balakən rayon sakini Cavabdeh ona 1540 manat pul borcludur. Lakin bugünə kimi onun borcunu qaytarmır. Cavabdeh Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, 8 ay bundan əvvəl Balakən rayon Qazma kənd sakini İddiaçı borca 700 manat pul götürmüşdür. Lakin imkanı olmadığı üçün qaytara bilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh göstərilən müqavilə əsasında aldığı əşyanın dəyərindən sadəcə 140 manat ödəmişdir, qalan 1540 manat pul isə ödənilməmişdir. Bununla da, cavabdeh əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Cavabdeh Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatında İddiaçı borca 700 manat pul götürməsini, imkanı olmadığı üçün qaytara bilmədiyini bildirsə də, onların arasında borc münasibətlərinin olması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1540 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli 37 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1540 manat pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar