Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-685/2024 27.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, hüquqmüəyyənedici sənədin-JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X25 Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışdır ki, Ərizəçi1 anaları, digər iddiaçılar isə onun övladlarıdır. Onlar Balakən rayonu Gərəkli kəndində yaşayırlar. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X10 və X3 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X28 verilmişdir. Qeyd etmək istəyirlər ki, JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 soyadlarında səhvən Maqomedova qeyd edilmişdir. Hazırda hüquqi maraqları JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X28 əsasında verilmiş 0.58 ha torpaq sahəsinə elektron çıxarışın alınmasından ibarətdir. JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X27 əsasən Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 verilmiş torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin sənədlərdə düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciəti müsbət cavablandırılmamışdır. Hazırki vəziyyətdə hüquqmüəyyənedici sənəd-JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 Ərizəçi1 əvəzinə X6, Ərizəçi2 əvəzinə X10 və Ərizəçi3 əvəzinə X11 qeyd edildiyinə görə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X13 ifadələrində göstərmişlər ki, JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 Ərizəçi1 soyadı səhv olaraq Maqamedova, X1 səhv olaraq Maqamedova və Ərizəçi3 soyadı səhv olaraq Maqamedova kimi göstərilmişdir. Həqiqətən də JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 göstərilən X6-Ərizəçi1, X10-X9 və X12-Ərizəçi3 eyni şəxsdirlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 346 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna X23 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Gərəkli kəndində 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, X4 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 173 nömrəli arayışdan görünür ki, X15 ilə X11 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 174 nömrəli arayışdan görünür ki, Ərizəçi1 ilə X6 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 175 nömrəli arayışdan görünür ki, Ərizəçi2 ilə X10 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanladığı 20 iyun 2024-cü il tarixli 3-21-3- 47/2-Ə-0012-8/2024 nömrəli məktubunda göstərilir ki, etibarnamə uzrə numayəndəsi olduğu Ərizəçi3 və onun ailə üzvlərinə verilmiş JN-346 nömrəli «Dövlət Aktı» sənədində mülkiyyətçilərin siyahısında düzəliş edilərək çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə «Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri» pulik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi iadrəsində baxılmışdır. Bildirilir ki, ərizəsinə əsasən müraciətində qeyd olunan 1-ci məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyəti daxilində deyildir.Digər məsələnin həlli 1-ci məsələ ilə bağlı olduğundan, hazırda digər məsələyə baxılması mümkün deyildir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxs məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Porosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlaının, eləcə də maraqlarını qorumaq və təmsil etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Odur ki, müraciətində qaldırılan 1-ci məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edirlər. İş materiallarından həmçinin görünür ki, ərizəçilər tərəfindən hazırki ərizə ilə bağlı Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, JN:346 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna X28 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı əsasında Balakən rayonu Gərəkli kəndində 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, X4 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. JN:346 KOD 40110018 saylı Torpağa Mülkiyyət Hüququna X26 birgə mülkiyyətçilərin sırasında Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 soyadları səhvən Maqamedova kimi yazılmışdır. Ərizəçilər soyadlarında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏM DK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsində Dövlət Aktında olan ərizəçilərin soyadları ilə bağlı bu uyğunsuzluğun aradan qaldırılmasından və çıxarış verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmin torpaq sahəsi ərizəçlərin istifadəsindədir. JN 346 KOD 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 göstərilən X2 şəxsiyyət vəsiqəsindəki adı (soyadı, adı və atasının adı) Ərizəçi1, X4 şəxsiyyət vəsiqəsindəki adı (soyadı, adı və atasının adı) X9 və X5 şəxsiyyət vəsiqəsindəki adı (soyadı, adı və atasının adı) Ərizəçi3dır. Ərizəçilər hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Bu faktın müəyyən olunması ərizəçilərə onlara məxsus olan torpaq sahələrinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün lazımdır. Ona görə də ərizəçilər hazırki tələblə bağlı məhkəməyə müraciət etməli olmular. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-346 kod 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X25 Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd olan JN-346 kod 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna X25 Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-685/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-685/2024
27.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver