Məhkəmə qərarları › İş №e-2(019)-687/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-687/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-687/2024 20.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3300 manat məbləğində vurulmuş zərər və 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3353 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “OPEL ASTRA” markalı, PP320SP dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır.2021-ci il sentyabrın 11-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “OPEL ASTRA” markalı, PP320SP dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri, H.Əliyev prospektində “QAZ 31105” markalı,**-BF-*** dövlət nömrə nişanlı və “VAZ 21063” markalı,**-BX-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Balakən RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilnmişdir. Başqa sözlə vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta haqqında protokolla müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7103 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21063” markalı,**-BX-*** dövlət nömrə nişanlı avtomobilə 1850 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7098 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “QAZ 31105” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilə 1450 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarxində 8139 nömrəli ödəniş tapşırığı ilə 1450 manat sığorta ödənişinin zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarxində 8155 nömrəli ödəniş tapşırığı ilə 1850 manat sığorta ödənişini zərərçəkmiş şəxs X2 ödəmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Nümayəndə məhkəməyə ərizə göndərərək baxış iclasını iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1və 185.4-cü maddələrinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli PXA**********7 nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Opel Astra”, markalı , PP320SP dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildə xx.xx.2021-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Opel Astra markalı” , PP320SP dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildə xx.xx.2021-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli AP seriyalı ******* inzibati xəta haqqında protokolun surətindən görünür ki,Cavabdeh 11 sentyabr 2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 7103 nömrəli qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “VAZ-21063” markalı 08BX-180 dövlət nömrə nişanlı avtomobilə 1850 manat dəyərində ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 7098 nömrəli qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “QAZ-31105” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə 1450 manat dəyərində ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 8139 nömrəli ödəniş tapşırığından görünür ki,”Xalq Sığorta” ASC tərəfindən zərərçəkmiş şəxs X1 1450 manat ödəniş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 8155 nömrəli ödəniş tapşırığından görünür ki,”Xalq Sığorta” ASC tərəfindən zərərçəkmiş şəxs X2 1850 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, “OPEL ASTRA” markalı, PP320SP dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il sentyabrın 11-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “OPEL ASTRA” markalı, PP320SP dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri, H.Əliyev prospektində “QAZ 31105” markalı, **-BF-*** dövlət nömrə nişanlı və “VAZ 21063” markalı, 08–BX–180 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Balakən RPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilnmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 7103 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21063” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilə 1850 manat məbləğində,xx.xx.2021-ci il tarixində verilmiş 7098 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “QAZ 31105” markalı,**-BF-*** dövlət nömrə nişanlı avtomobilə 1450 manat məbləğində ziyan dəymişdir.İddiaçı xx.xx.2021-ci il tarxində 8139 nömrəli ödəniş tapşırığı ilə 1450 manat sığorta ödənişini zərərçəkmiş şəxs X1,xx.xx.2021-ci il tarxində 8155 nömrəli ödəniş tapşırığı ilə 1850 manat sığorta ödənişini zərərçəkmiş şəxs X2 ödəmişdir. Buna görə də iddiaçı "xxxx" ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddələrinə əsasən ətrafdıkılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci madddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3300 (üç min üç yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 53 (əlli üç ) manat dövlət rüsumu xərci, cəmi 3353 (üç min üç yüz əlli üç) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 53 (əlli üç ) manat dövlət rüsumu xərci, cəmi 3353 (üç min üç yüz əlli üç) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar