Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-689/2024 18.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, ərizəçilər Ərizəçi3, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızının, Ərizəçi1oviçin, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının və Ərizəçi5 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi3,Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızının, Ərizəçi1oviçin, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının və Ərizəçi5 hüquqmüəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçilər Ərizəçi3, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızı, Ərizəçi1oviç, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızı və Ərizəçi5 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN-558 Kod 40111018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında “ X11, X28, ərizəçilər Ərizəçi3, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızı, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızı, Ərizəçi5, Ərizəçi1oviç” olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi3,Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızının, Ərizəçi1oviçin, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının və Ərizəçi5 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək JN-558 nömrəli, kod 40111018 olan“Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının “X8, X18, ərizəçilər Ərizəçi3, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızına, Ərizəçi1oviçə, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızına, Ərizəçi5” məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçilər Ərizəçi3, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızının, Ərizəçi1oviçin, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının və Ərizəçi5 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək JN-558 nömrəli, kod 40111018 olan “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının “X8, X18, ərizəçilər Ərizəçi1 oğluna və Ərizəçi5 məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizələr Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə onunla əsaslandırılmışdır ki,ərizəçilər Ərizəçi3, Əliyeva (Emçiyeva) Hürü Abdurahman qızı, Əfəndiyeva (Emçiyeva) Həpisət Abdurahman qızı, Ərizəçi1oviç, Emçiyev X27 rayon Püştətala kəndində anadan olmuşlar. X3, anaları X28 olmuşdur. Balakən rayon Aqrär İslahat Komissiyasının 17 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə X3 və onun ailə üzvlərinə 1.63 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Buna dair JN-0558, kod40111018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı verilmişdir. Lakin həmin Dövlət Aktında səhv olaraq X19 ailə üzvləri X41, X14, X20 adları qeyd olunmuşdur. Eyni zamanda X36 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 17 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə 1.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi ayrılmış və buna dair JN-0549 kod 40111018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı verilmişdir. Hal-hazırda, 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ərizəçilər istifadə edirlər.X5 məxsus torpaq sahəsindən o və onun ailə üzvləri istifadə edirlər. Aralarında heç bir narazılıq yoxdur. Mərhum X3 və anaları X28 öldükdən sonra 2023-cü ilin sentyabrında onlar mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etdikdə JN-0549 kod 40111018 olan “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında onların ailə üzvlərinin adlarının səhv yazıldığı aşkar edilmişdir. Onlar maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək, JN-0549 kod 40111018 olan “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında mülkiyyətçilərin adlarının düzgün göstərilməklə yeni Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsi üçün müarciət etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi bundan imtina etmiş, məhkəməyə müraciət etmələri izah olunmuşdur. Onlar da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.JN-558 kod 40111018 olan “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət X4, X28, ərizəçilər Ərizəçi3, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızı, Emçiyeva (Əfəndiyeva) Nəfısət Abdurahman qızı, Ərizəçi5, Ərizəçi1oviç olma faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızının, Ərizəçi1oviçin, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızının və Ərizəçi5 nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ərizəçilər Ərizəçi3, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızına, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurahman qızına yaşadıqları ünvandan torpaq payı verilmişdir. JN-558 kod 40111018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə torpaq sahəsi X8, X18, Ərizəçi1 oğluna və Ərizəçi5 verilmişdir. Odur ki, JN-558 kod 40111018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət X2, X18, ərizəçilər Ərizəçi1 oğluna və Ərizəçi5 məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ərizəçilər onun qohumlarıdır.Ərizəçilərin X3, anaları X28 olmuşdur. X7 X53, X29, X37 adlı ailə üzvüləri olmamışdır. X53, X29, X37, X11 əmisi oğlu X19 ailə üzvləridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçilər onun qohumlarıdır. Ərizəçilərin X3, anaları X28 olmuşdur. X7 X53, X29, X37 adlı ailə üzvüləri olmamışdır. X53, X29, X6 Abdurahman Abdurahman oğlu əmisi oğlu X19 ailə üzvləridir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 0549 KOD 40111018 nömrəli Torpağa Mülkiyyət Hüququna X63 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 17 oktyabr tarixli, 06 nömrəli qərarı ilə Balakən rayonu Püştətala kəndində 1.60 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X25, X41, X15 və X20 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 0558 KOD 40111018 nömrəli Torpağa Mülkiyyət Hüququna X64 göstərilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 17 oktyabr tarixli, 06 nömrəli qərarı ilə Balakən rayonu Püştətala kəndində 1.63 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X7, X41, X15 və X20 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 07 avqust 2023-cü il tarixdə verilmiş 263 nömrəli arayışdan görünür ki, X28 vəfat etdiyi 30 noyabr 2015-cu il tarixdən olan Balakən rayon Püştətala kənd İƏD-si üzrə nümayəndəlikdə daimi qeydiyyatda olmuşdur və mərhumun aşağda qeyd edilən vərəsələri vardır: əri- X11, qızı - X30, qızı- X16, qızı- Ərizəçi3 Abdurrahman qızı, oğlu -Ərizəçi1 Abdurrahman oğlu və oğlu- Ərizəçi5 Abdurrahman oğlu. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 07 avqust 2023-cü il tarixdə verilmiş 264 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Abdurrahman oğlu mərhum atasının ölüm şəhadənaməsində (AZ-İN 956079) X12 qeyd edilmişdir. Ərizəçi1 Abdurrahman oğlu ilə Ərizəçi1 Abdurəhman oğlu eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 07 avqust 2023-cü il tarixdə verilmiş 268 nömrəli arayışdan görünür ki, Ərizəçi5 Abdurrahman oğlu mərhum atasının ölüm şəhadənaməsində (AZ-İN 956079) X11 qeyd edilmişdir. Ərizəçi5 Abdurrahman oğlu ilə Ərizəçi5 Abdurəhman oğlu eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Balakən rayonu Püştətala kənd soveti tərəfindən verilmiş İ-JQ seriyalı 304582 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi3 Abdurrahman qızı xx.xx.1972-ci il tarixdə anadan olmuş, atası X9, anası isə X31 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Balakən rayonu Püştətala kənd soveti tərəfindən verilmiş İ-JQ seriyalı 452592 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 Abdurrahman oğlu xx.xx.1988-ci il tarixdə anadan olmuş, atası X9, anası isə X28 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Püştətala kənd soveti tərəfindən 09 fevral 1984-cü il tarixdə verilmiş İ-JQ seriyalı 292920 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X61 ilə X38 arasında nikah 09 fevral 1984-cü il tarixdə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Püştətala kənd soveti tərəfindən 30 yanvar 1987-cı il tarixdə verilmiş İ-JQ seriyalı 314931 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X32 ilə X21 arasında nikah 30 yanvar 1987-cı il tarixdə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əfəndiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən 15 noyabr 2024-cü il tarixdə verilmiş 3-48-7RA/2-M-602-14/20 nömrəli arxiv arayışında göstərilir ki, Balakən rayonu Püştətala kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə birinci yazılan təsərrüfat üzvü — X11 1 .X34 -—A/başçısı(kişi,1940,azərb.)
2. X51 —arvadı(qadın,1942,azərb.)
3. Ərizəçi1 —oğlu(kişi, 17.05.78,azərb.)
4. Ərizəçi5 —oğlu(kişi,25.11.85,azərb.) Evin tikildiyi il----- 1963-cü il. Cəmi torpaq sahəsi----- 025 /hektarın yüzdə biri ilə
İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi3 nümayəndəsi- Nümayəndə ünvanlanmış 06 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-E-00xx-xx/2023 nömrəli məktubda göstərilmişdir ki; “Etibarnamə üzrə nümayəndəndəsi olduğunuz şəxslərin islahat nəticəsində verilmiş torpaq sahəsinə dair tərtib edilmiş “Dövlət Aktı” sənədində mülkiyyətçilərin adlarının düzgün göstərilməklə sənədin verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, ərizənizdə qeyd olunan məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin, səlahiyyətləri daxilində deyildir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydda məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, müraciətinizdə qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi məqsədəuyğun hesab edirik.” Məhkəmə ərizəçilərin nümayəndə-vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 17 oktyabr 2002-ci il tarixli 06 nömrəli qərarı ilə X8 və onun ailə üzvlərinə-arvadı -X18 ,oğlu-Ərizəçi1oviçə və Ərizəçi5 Abdurəhman oğluna Balakən rayonu Mahamalar kəndi ərazisindən 1.63 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Onların həmin torpaq sahəsinə hüquqlarına dair JN 0558 KOD 40111018 nömrəli Dövlət Aktı hazırlanıb təqdim edilmişdir. Lakin JN 0558 KOD 40111018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X1 ailə üzvüləri- X28 ,oğlu-Ərizəçi1oviç və Ərizəçi5 Abdurəhman oğlunun əvəzinə səhvən onun əmisi oğlu- X25 ailə üzvüləri - X53 , X33 və X20 adları qeyd edilmişdir. Halbuki həmin şəxslərin özlərinə başqa yerdən 1,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və onlara JN 0549 KOD 40111018 nömrəli Dövlət Aktı hazırlanıb təqdim edilmişdir. Ərizəçilər mülkiyyətlərində olan torpaq sahəsini qeydə aldırmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sözügedən uyğunsuzluğa görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi qeydiyyat aparmaqdan imtina etmişdir.Ərizəçilər bu uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiklərindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, JN-0558, kod 40111018 nömrəli Torpağa mülkiyyət hüququna X64 ərizəçilər Ərizəçi1oviç və Ərizəçi5 Abdurəhman oğlunun, habelə onların mərhum anaları X17 adlarının səhvən X53 , X33 və X37 qeyd edilməsini, ərizəçilərin mərhum X3nun adının düzgün yazılmasını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, hüquqmüəyyənedici sənəd hesab edilən JN-0558, kod 40111018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X10 aid hissədə X18, X22 aid hissədə Ərizəçi1oviçə və X26 aid hissədə Ərizəçi5 məxsus olması faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə qismən təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN-0558, kod 40111018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X10 aid hissədə X13, X22 aid hissədə Ərizəçi1oviçə və X26 aid hissədə Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin; ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov