Məhkəmə qərarları › İş №e-2(019)-690/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-690/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-690/2024 04.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14300 (on dörd min üç yüz) manat məbləğində pul vəsaitinin və 133 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun tanışlarıdır. 2021-ci ilin oktyabr ayında pulunu tezliklə ödəmək şərti ilə Cavabdeh1 və Cavabdeh2 ondan ümumi dəyəri 14300 manat olan 110 baş qoyun almışlar. Qoyunları alıb aparanda pulunu 2 aya gətirəcəklərinə söz vermişlər. O da onlara inanaraq razılaşmışdır. Lakin iki ildən çox vaxt keçməsinə baxmayaraq onlar qoyunların pulunu ödəməmişlər.O bununla bağlı Balakən RPŞ-yə müraciət etmişdir. Cavabdeh1 və Cavabdeh2 Balakən RPŞ-də izahat verərək ondan 14300 manat müqabilində 110 baş qoyun aldıqlarını etiraf edərək tezliklə qoyunların pulunu verəcəklərinə söz vermişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq hələ də onlar qoyunların pulunu ödəmirlər. Onlara dəfələrlə pulu ödəmələri barədə xəbərdarlıq etsə də onlar könüllü olaraq pulu ödəməkdən boyun qaçırırlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi sifarişli xəbərnaməli poçt göndərişi ilə göndərilmiş, lakin onlar yaşadıqları ünvan 1 ünvanda olmadıqlarından poçt göndərişi geri qaytarılmışdır.Məhkəmə bildirişi onlara təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti şəhər üzrə icra nümayəndəliyinə göndərilmişdir. Nümayəndəliyin 27 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda Əlibəyova X2 qeyri müəyyən ünvanda, Cavabdeh2 isə Gürcüstanda qeyri -müəyyən ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Cavabdeh2 Balakən Rayon Polis Şöbəsinin adına yazdığı xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki; “2021-ci il tarixdə Minayə adlı qadından 110 baş quzu almışam və həmin quzuları ümumilikdə 14 min manata almışdım. Üstündən ay yarım keçəndən sonra Minayəyə 14 min manatın 10 minini kəndə apardım, həmin pulu məndən qəbul etməyərək bildirdi ki, pulun hamısını bir yerdə verərsən. Həmin pulu götürüb evə qayıtdım və həmin 10 min manata əlavə olaraq 5-10 baş xırda-xırda qoyunlar alıb satdım. Qeyd etmək istəyirəm ki, Minayə xanıma verəcəyim 14 min 300 manat pulu aparıb ayın 18-30-na qədər poçt vasitəsilə qaytarmağıma söz verirəm. Əgər qaytarmasam qanun qarşısında cavab verməyə hazıram.” Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 mart 2022-ci il tarixdə İddiaçı 14300 manat dəyərində 110 baş qoyunu nisyə almışlar, iki ay müddətinə qoyunların pulunu ödəyəcəklərinə söz vermişlər.Lakin onlar üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər və ödəməli olduqları 14.300 manatı hazıra kimi ödəməmişlər. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nisyə aldıqları 110 baş qoyunun dəyəri olan 14.300 (on dörd min üç yüz) manatı İddiaçı xeyrinə ödəməmələrini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.300 (on dörd min üç yüz) manat borc pul alınıb İddiaçı xeyrinə ödənməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş 133 (bir yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı xeyrinə ödənməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.300 (on dörd min üç yüz) manat borc pul , 133 (bir yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.300 (on dörd min üç yüz) manat borc pul və 133 (bir yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu xərci,cəmi 14433 (on dörd min dörd yüz otuz üç) manat alınıb İddiaçı xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar