Məhkəmə qərarları › İş №e-2(019)-708/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-708/2023

16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-708/2023 16.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz yazılmış elektrik borcunun hesabdan silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 3970.46 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Balakən rayonu Qazma kəndində yaşayır. Onun evinə qanuni qaydada elektrik enerjisi çəkilmişdir. Elektrik enerjisindən qanuni qaydada istifadə edərək haqqını vaxtlı vaxtında ödəyir. İstifadə etdiyi elektrik enerjisinin miqdarı quraşdırılmış və ploblanmış elektrik saygacı ilə ölçülür. Həmin sayğac onun özünün adınadır. Onun iştirakı olmadan xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri gəlib sayğaca baxıb 3970.46 manat məbləğində cərimə yazaraq getmişlər. Müvafiq akt onun iştirakı olmadan tərtib edilmişdir. Aktın nüsxəsi iddiaçıya verilməmiş və cərimə olunması barədə növbəti gün Balakən rayon Elektrik Şəbəkəsinin nümayəndəsi tərəfindən ona məlumat verilmişdir. Bundan sonra o, aktın nüsxəsini tələb etmişdir. Cavabdeh təşkilatın nümayəndələri xx.xx.2023-cü il tarixli NDM 031944 nömrəli akt yazmışlar ki, güya o, evinə sayğac sexmindən kənar xətt daxil etmişdir. Qeyd etmək istəyir ki, o, istəsə belə sayğaca kənar xəttin çəkilməsi texniki cəhətdən mümkün deyildir. Aktda, aktı tərtib edən cavabdeh təşkilatın nümayəndələrinin vəzifləri və adları tam qeyd olunmamışdır. Cavabdeh təşkilatın nümayəndələri qanunsuz olaraq akt tərtib edərək həmin borcu suni olaraq yaratmışlar. Buna görə də o göstərilən iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə yazılı etirazını göndərərək iddiaçının iddia tələbinin əsassız olduğunu göstərərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh “Azərişıq" ASC-yə qarşı “qanunsuz yazılmış akt əsasında hesablanmış 3970.46 manat borcun hesabından si!inməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır.Belə ki, iddiaçının Balakən rayonu Qazma kəndində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********01309 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır.xx.xx.2023-cü il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları R.Osmanov və H.Kazımov tərəfindən Balakən rayonu Qazma kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentə məxsus fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu və həmin kənar xəttin fərdi yaşayış evinin hasarının üst hissəsindən keçən 0,4 kV-luq naqilin izolyasiyası pozularaq budaqlanma yolu ilə götürüldüyü aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM031944 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, NDM031944 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 180 gün üçün 0,13 kilovatla 30542 kvt.s, dəyəri 3970.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq- aşkar öz əksini tapır. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM031944 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz yazılmış akt əsasında hesablanmış 3970.46 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 13 iyun 2023-cü il tarixli 031944 nömrəli elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında Aktdan və təqdim edilmiş DVD diskdən görünür ki, "xxxx" ASC-nin əməkdaşları X4 və və X3 İddiaçı yaşadığı Qazma kəndində 19199156 nömrəli Makel-220 tipli sayğaca baxış keçirərkən sayğacın fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu, kənar xəttin fərdi yaşayış evinin hasarının üst hissəsindən keçən 04 kvt-luq naqilin izolyasiyası pozularaq budaqlanma yolu ilə götürüldüyü müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən14 iyun 2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə Texniki sahələr üzrə tələblərə dair Aktdan görünür ki, İddiaçı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin hasarının üst hissəsindən keçən 0,4 kvt-luq naqilin izolyasiyası pozularaq budaqlanma yolu ilə götürülmüşdür. Naqilin en kəsiyinə əsasən hesabat verilmiş; 10,1kvtx(0,7)x24 saatx180 gün=30542 kvts Tarif (0,13 manat)-30542 kvts x 0,13 manat =3970 man.,kənar xəttin ləğv edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Abonentin saldosunda göstərilmişdir ki, abonent İddiaçı: 2022-ci il üçün: 01/2022-207 kvt.s; 02/2022-252 kvt.s; 03/2022-217 kvt.s; 4/2022-231 kvt.s; 05/2022- 252 kvt.s; 06/2022-211 kvt.s; 07/2022-209 kvt.s; 08/2022-198 kvt.s; 09/2022-208 kvt.s; 10/2022-188 kvt.s; 11/2022-184 kvt.s; 12/2022-213 kvt.s ; -2023-cü il üçün; 01/2023-226 kvt.s; 02/2023-204 kvt.s; 03/2023-192 kvt.s; 04/2023-188 kvt.s; 05/2023- 175 kvt.s; 06/2023-0 kvt.s;07/2023-551 kvt.s; 08/2023-504 kvt.s; 10/2023-1362 kvt.s enerji sərf etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iş materiallarında olan sübutları tədqiq edib, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı Hacıyev X1 rayonu Qazma kəndində yaşayır. Onun Balakən rayonu Qazma kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********01309 nömrəli kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları X4 və və X3 tərəfindən gecə reydi keçirilərək, Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdarılmış elektrik hesablaşma sayğacına “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir.Baxış zamanı abonentə məxsus fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu və həmin kənar xəttin fərdi yaşayış evinin hasarının üst hissəsindən keçən 0,4 kv-luq naqilin izolyasiyası pozularaq budaqlanma yolu ilə götürüldüyü aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, NDM031944 nömrəli akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, NDM031944 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 180 gün üçün 0.13 manat hesabı ilə 30542 kvt.s, dəyəri 3970.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır.İddiaçı həmin borcu ödəməmiş, sonradan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın 7.6cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.7 bəndində göstərilir ki, 7.4-cü, 7.5-ci və 7.6- cı (məişət abonenti istisna olamaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür.” Həmin Qaydaların 8.6-cı maddəsinə əsasən istehlakçının eyni, yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə elektrik enerjisinə görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Həmin Qaydaların 8.7-cı maddəsinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Həmin Qaydaların 8.17-cı maddəsinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək işin hallarını, İddiaçı Balakən rayonu Qazma kəndində fərdi yaşayış evinin olmasını, həmin evin "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********01309 nömrəli kod altında istehlakçı kimi qeydiyyatda olmasını, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları X4 və və X3 tərəfindən gecə reydi keçirilərkən İddiaçı məxsus fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğunu və həmin kənar xəttin fərdi yaşayış evinin hasarının üst hissəsindən keçən 0,4 kv-luq naqilin izolyasiyasının pozularaq budaqlanma yolu ilə götürüldüyünün aşkar edilməsini, qeyd edilən nöqsan aşkar edilənə kimi iddiaçının evində sərfiyatın bir neçə il müddətində az qeydə alınmasını (İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Abonentin saldosundan görünür ki, 2022-ci ildə yanvar ayında 207 kvt.s; fevral ayında 252 kvt.s; mart ayında -217 kvt.s; aprel ayında 231 kvt.s; may ayında -252 kvt.s; iyun ayında - 211 kvt.s; iyul ayında 209 kvt.s; avqust ayında 198 kvt.s; sentyabr ayında -208 kvt.s; oktyabr ayında 188 kvt.s; noyabr ayında 184 kvt.s; dekabr ayında 213 kvt.s; 2023-cü il üçün; yanvar ayında 226 kvt.s; fevral ayında 204 kvt.s; mart ayında -292 kvt.s; aprel ayında 188 kvt.s; may ayında -175 kvt.s; iyun ayında -0 kvt.s; iyul ayında 551 kvt.s; avqust ayında 504 kvt.s enerji sərf etmişdir.),nöqsanın aşkar olunduğu 2023-cü ilin iyun ayında ümumiyyətlə sərfiyyat qeydə alınmamasını,qeyd edilən nöqsan aşkar olunduqdan sonra sərfiyyatın 2,5 dəfə artmasını, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakterinin təsadüfi olmamasını, abonentin faydalanmaq niyyəti ilə məqsədli şəkildə onu etməsini, iddiaçıya hesablanmış məbləğin istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz yazılmış elektrik borcunun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz yazılmış elektrik borcunun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar