Məhkəmə qərarları › İş №e-2(019)-710/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-710/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-710/2022 03.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 600 manat əsas,60 manat cərimə borcu,199 manat əsas, 20 manat cərimə borcu və 916 manat əsas, 90 manat cərimə borcu olmaqla, cəmi 1885 manat məbləğində borcun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1925 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 28318 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən 1240 manat məbləğində məişət avadanlığını kreditlə,aylar üzrə 100 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 11 ay müddətində ödəməyi, xx.xx.2021-ci il tarixli, 28354 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən 799 manat məbləğində məişət avadanlığını kreditlə, aylar üzrə 100 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 8 ay müddətində ödəməyi və xx.xx.2021-ci il tarixli, 30180 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən 1299 manat məbləğində məişət avadanlığını kreditlə, aylar üzrə 83 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” ilə bağlamış olduğu xx.xx.2021-ci il tarixli,28318 saylı,xx.xx.2021-ci il tarixli,28354 saylı və xx.xx.2021-ci il tarixli,30180 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Cavabdehin “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə ona dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERA Electronics”-ə olan borcunu 2 aydan çox müddətdir ki, ödəməmişdir. Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. Cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 100 manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 600 Azərbaycan manatı əsas, 60 Azərbaycan manatı cərimə borcu, 199 Azərbaycan manatı əsas, 20 Azərbaycan manatı cərimə borcu və 916 Azərbaycan manatı əsas, 90 Azərbaycan manatı cərimə borcu olmaqla ümumilikdə 1885 Azərbaycan manat borcu vardır. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər.İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1,185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 28318 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 28318 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 1240 manat məbləğində məişət avadanlığını kreditlə-nisyə almışdır. Müqavilənin 4.3.1-ci maddəsinə əsasən Alıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 28354 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 28354 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 799 manat məbləğində məişət avadanlığını kreditlə-nisyə almışdır. Müqavilənin 4.3.1-ci maddəsinə əsasən Alıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 30180 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 30180 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 1299 manat məbləğində məişət avadanlığını kreditlə-nisyə almışdır. Müqavilənin 4.3.1-ci maddəsinə əsasən Alıcı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 28318 nömrəli müqavilə üzrə ödənilməmiş 600 AZN əsas və 60 AZN cərimə borcu olmaqla, cəmi 660 AZN borcu qalmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 28354 nömrəli müqavilə üzrə ödənilməmiş 199 AZN əsas və 20 AZN cərimə borcu olmaqla, cəmi 219 AZN borcu qalmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 30180 nömrəli müqavilə üzrə ödənilməmiş 916 AZN əsas və 90 AZN cərimə borcu olmaqla, cəmi 1006 AZN borcu qalmışdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 28318 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “ERA Electronics”dən 1240 manat məbləğində məişət avadanlığını kreditlə, aylar üzrə 100 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 11 ay müddətində ödəməyi, xx.xx.2021-ci il tarixli, 28354 saylı alqı-satqı müqaviləsinə əsasən “ERA Electronics”dən 799 manat məbləğində məişət avadanlığını kreditlə, aylar üzrə 100 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 8 ay müddətində ödəməyi və xx.xx.2021-ci il tarixli, 30180 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən 1299 manat məbləğində məişət avadanlığını kreditlə, aylar üzrə 83 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ödəməli olduğu borcu ödəməkdən yayınmış və “ERA Electronics” ilə bağlamış olduğu xx.xx.2021 -ci il tarixli, 28318 saylı, xx.xx.2021-ci il tarixli, 28354 saylı və xx.xx.2021-ci il tarixli, 30180 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə xədərdarlıqlar edilməsinə baxmayaraq o, “ERA Electronics”-ə olan borcunu 2 aydan çox müddətdir ki, ödəməmişdir.Hazırda Cavabdeh xx.xx.2021-ci il tarixli 28318 nömrəli müqavilə üzrə ödənilməmiş 600 AZN əsas borcu yaranmış, ona 60 AZN cərimə hesablanmışdır.Onun xx.xx.2021-ci il tarixli 28354 nömrəli müqavilə üzrə ödənilməmiş 199 AZN əsas borcu yaranmış və ona 20 AZN cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli 30180 nömrəli müqavilə üzrə ödənilməmiş 916 AZN əsas borcu yaranmış və ona 90 AZN cərimə hesablanmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borclara aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcları yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2021-ci il tarixli 28318 nömrəli müqavilə üzrə 60 manat cərimə 06 manat həcmində, xx.xx.2021-ci il tarixli 28354 nömrəli müqavilə üzrə 20 manat cərimə 02 manat həcmində və xx.xx.2021-ci il tarixli 30180 nömrəli müqavilə üzrə 90 manat cərimə 09 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 28318 nömrəli müqavilə üzrə 600 manat əsas, 06 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 28354 nömrəli müqavilə üzrə 199 manat əsas,02 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli 30180 nömrəli müqavilə üzrə 916 manat əsas, 09 manat cərimə borcu olmaqla cəmi 1732 manat məbləğində borc və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu xərcinin 36 manatı, ümumilikdə 1768 manat məbləğində borc alınıb İddiaçı (“ERA Electronics”-in) xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 28318 nömrəli müqavilə üzrə 600 manat əsas, 06 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 28354 nömrəli müqavilə üzrə 199 manat əsas, 02 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli 30180 nömrəli müqavilə üzrə 916 manat əsas, 09 manat cərimə borcu olmaqla, cəmi 1732 manat məbləğində borc və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu xərcinin 36 manatı,ümumilikdə 1768 manat məbləğində borc alınıb İddiaçı (“ERA Electronics”-in) xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar