Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-72/2024 24.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ X24 Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı cavabdehlər X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusuna və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 21 may 2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 21 may 2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X10 22 avqust 2006-cı il tarixdə vəfat etmişdir. Vəfat etməzdən əvvəl, yəni 16 noyabr 2002-ci il tarixdə notarial qaydada vəsiyyətnamə verərək İddiaçı Balakən şəhəri Ə.Ansuxski 40 ünvanında yerləşən daşınmaz əmlakını vəsiyyət etmiş və həmçinin həmin evin günbatan tərəfdə yerləşən 20 kvm-dən ibarət otağını X7, X4, X5 vəsiyyət etmişdir. Daha sonra İddiaçı X2ndan qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Balakən rayon Dövlət Notariat Ofisi müraciəti əsasında 27 sentyabr 2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Daha sonra mərhumənin digər vərəsəsi Cavabdeh1 mərhumədən miras qalmış minik avtomobilinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Notariat Ofisi tərəfindən 21 may 2014-cü il tarixdə Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi olaraq xx.xx.2023-cü il tarixdə X21 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət edərək, Balakən şəhəri Ə.Ansuxski 40 ünvanında yerləşən İddiaçı miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Onların müraciətindən imtina olunaraq, onlara məhkəməyə müraciət etmələri üçün arayış təqdim edilmişdir. Qeyd edir ki, həmin Balakən şəhəri Ə.Ansuxski 40 ünvanında yerləşən torpaqdan və evdən İddiaçı və onun ailə üzvləri istifadə etmişdir. İddiaçı anası X2 vəfat etdikdən sonra onlar həmin evdə yaşamışlar. Cavabdeh1 isə qeyd olunan evdən ümumiyyətlə istifadə etməmişdir. X10 vəfat etdikdən sonra mərhumədan miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini iddiaçı və onun ailə üzvləri idarə etmiş və faktiki sahibliyi həyata keçirmişdir. X2 tərəfindən verilmiş 16 noyabr 2002-ci il tarixli vəsiyyətnamədən görünür ki, həmin əmlak İddiaçı verilmişdir və qeyd olunan əmlakı İddiaçı ailə üzvləri idarə etmişdir. Hal-hazırda Balakən şəhəri Ə.Ansuxski 40 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sənədləşməsi üçün şəhadətnamə alınması mümkün deyil. Bunun üçün mülki iş üzrə Cavabdeh1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Hazırki iş üzrə 05 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi Nümayəndə sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işi ilə əlaqədar olaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə bu xüsusda hesab edir ki, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etməklə işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün hazırki işə Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilə biməz. Hazırki iş üzrə 22 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh1 və digər cavabdeh X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş RX seriyalı **********83-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə mülkiyət hüququ ilə X8, torpaq sahəsi ümumi birgə mülkiyət hüququ ilə Nümayəndə, X12, X9, X11 və Xəlilova (Abbasova) Samrat Abdullətifovnanın adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, reyestr nömrəsi **********83-10301 olan Texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 16 noyabr 2002-ci il tarixli vəsiyyətnamədən görünür ki, X1 şəhəri, Ə.Ansuxski küçəsi, ev 42 nömrəli fərdi yaşayış evinin 3 otağını İddiaçı, həmin evin günbatan tərəfdə yerləşən 20 kvm-dən ibarət otağını X7, X4, X5 vəsiyyət etmişdir. İş materiallarında olan Balakən rayon VVAQ Şöbəsi tərəfindən 16 iyun 1992-cı il tarixdə verilmiş Vİ-JQ seriyalı 257592 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Nümayəndə arasında nikah 2 aprel 1988-cı il tarixdə 32 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Muradova soyadı verilmişdir. İş materiallarında olan 28 sentyabr 2006-ci il tarixli AZ-İ seriyalı 209650 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 22 avqust 2006-ci il tarixdə kəskin ürək çatışmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Resplbilkası Ədliyyə Nazirliyi X21 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1274 nömrəli arayışda göstərilir ki, İddiaçı Əmrullan oğlu xx.xx.2006-ci il tarixdə vəfat etmiş X6 qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin X3nın mirasına dair Balakən rayon Dövlət Notariat Ofisində xx.xx.2012-ci il tarixdə mərhumdan qalmış əmanət hesabındakı pul vəsaitinə dair İddiaçı və xx.xx.2014-cü il tarixdə mərhumdan miras qalmış nəqliyyat vasitəsinə isə mərhumun digər vərəsəsi olan Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. Digər vərəsə olan Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar məhkəməyə müracət edə bilər. İş materiallarında olan 21 may 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 22 avqust 2006-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi: Balakən rayonu Tülü kəndində yaşayan oğlu Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak –M 21 Volqa markalı 1965 ildə buraxılmış, mühərriki 1368220, qeydiyyat nömrəsi 26.75 AZN, Şəki şəhər, MREQ QAİ tər. xx.xx.1978 ildə verilmiş AJ353472Nli texniki pasportu olan nəqliyyat vasitəsindən ibarətdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, X10 22 avqust 2006-cı il tarixdə vəfat etmişdir. Vəfat etməzdən əvvəl, yəni 16 noyabr 2002-ci il tarixdə notarial qaydada vəsiyyətnamə verərək, İddiaçı Balakən şəhəri Ə.Ansuxski 40 ünvanında yerləşən daşınmaz əmlakını vəsiyyət etmiş və həmçinin həmin evin günbatan tərəfdə yerləşən 20 kvm-dən ibarət otağını X7, X4, X5 vəsiyyət etmişdir. Daha sonra İddiaçı X3ndan qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. X21 xidmət mərkəzində notariat ofisi onun müraciəti əsasında 27 sentyabr 2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Daha sonra mərhumun digər vərəsəsi Cavabdeh1 mərhumdən miras qalmış minik avtomobilinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Notariat Ofisi tərəfindən 21 may 2014-cü il tarixdə Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi xx.xx.2023-cü il tarixdə X21 xidmət mərkəzində notariat ofisinə müraciət edərək, Balakən şəhəri Ə.Ansuxski 40 ünvanında yerləşən miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Onların müraciətindən imtina olunaraq, onlara məhkəməyə müraciət etmələri üçün arayış təqdim edilmişdir. X3 tərəfindən verilmiş 16 noyabr 2002-ci il tarixli vəsiyyətnamədən görünür ki, həmin əmlak İddiaçı verilmişdir və qeyd olunan əmlakı İddiaçı ailə üzvləri idarə etmişdir. Ha-hazırda iddiaçı tərəfindən Balakən şəhəri Ə.Ansuxski 40 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sənədləşməsi üçün şəhadətnamə alınması mümkün deyildir. Bunun üçün mülki iş üzrə Cavabdeh1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Buna görə də iddiaçı 21 may 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı tərəfindən 21 may 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət (Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddət) ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-cii maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.2-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsasın olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 95-ci bəndinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasmda keçən əmlaka vərəsələr və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 102-ci bəndinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakm tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsinin, rayon icra hakimiyyətinin və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1322-ci maddəsində qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 96-cı bəndinə görə, vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə (əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması) əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd olunur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-İi Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Repsublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəalarm başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl vurmuş olardı. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin» presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri uzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan Hüquqları Üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Məhkəmə «Sporronq və Lonnpot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı iş uzrə» 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40, 41-ci bəndlərində göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması uçun kifayət qədər əsaslıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində deyilir ki, «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli raşdırılması hüququna malikdir». "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanm Protokolunun (Protokol (qeyri-rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsində deyilir ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri üə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Həmin maddənin İİ hissəsində qeyd olunur ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasmm tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 16 mart 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 26 dekabr 2023-cü il tarixli qərarında göstərilir ki,
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin; 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 21 may 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Həmçinin iddia təmin edildiyi üçün cavabdehlər X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəte t d i: İddia təmin edilsin. X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 21 may 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin; cavabdehlər X21 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamin Tahirov