Məhkəmə qərarları › İş №e-2(019)-722/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-722/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-722/2023 04.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçın cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızına qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MMC ilə Məmmədova (Bodurova) Pərvanə Cavat qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2115 nömrəli “Nisyə alqısatqı haqqında” Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 3599 (üç min beş yüz doxsan doqquz) manat borcun, 56 (əlli altı) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda qətnamə qəbul olunan tarixədək müqavilə üzrə hər gecikdirilən gün üçün hesablanmış dəbbə pulunun (cərimənin və faizlərin) cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızından İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı icraçı direktoru Mahir Aslanov iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək İddiaçı MMC ilə Məmmədova (Bodurova) Pərvanə Cavat qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2115 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqavilə üzrə 3599 (üç min beş yüz doxsan doqquz) manat qalıq borc məbləğinin, 165.60 (yüz altmış beş manat 60 qəpik) manat cərimə məbləğinin və 56 (əlli altı) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 3820 (üç min səkkiz yüz iyirmi) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızından alınıb İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Məmmədova (Bodurova) Pərvanə Cavat qızı arasında xx.xx.2023-cü il tarixli, 2115 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış “Müqavilə”yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Cavism” cihazı xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Məmmədova (Bodurova) Pərvanə Cavat qızına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı Məmmədova (Bodurova) Pərvanə Cavat qızı tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o,“təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Müqavilə”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 4320 (dörd min üç yüz iyirmi) manat müəyyən edilmişdir. “Müqavilə Əlavəsi”nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Məmmədova (Bodurova) Pərvanə Cavat qızı tərəfindən ödəniş mərhələlərinə uyğun olaraq hissə-hissə olmaqla ümumilikdə 721 (yeddi yüz iyirmi bir) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Məmmədova (Bodurova) Pərvanə Cavat qızı tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2023-cü il tarixdə 360 (üç yüz altmış) manat ödəniş icra edilməli idi. Bir neçə dəfə Cavabdeh ödəniş edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi ödəniş edilməmişdir.Ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızı tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyir ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edir ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla iddia ərizəsi tam təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 2115 nömrəli “nisyə alqı-satqı” müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli 2115 nömrəli “nisyə alqı-satqı” müqaviləsinə əsasən satış obyekti olan yeni (işlənməmiş) “CAVİSM» cihazı xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Müqavilə”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 4320 (dörd min üç yüz iyirmi) manat müəyyən edilmişdir. İşdə olan 29 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Məmmədova (Bodurova) Pərvanə Cavat qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2115 nömrəli “Müqavilə” üzrə 29 iyul 2023-cü il tarixinə yaranmış borc, satış obyektinin toplam satış qiyməti 4320 manat, müqavilə üzrə ödənilmiş məbləğ 721 manat, müqavilə üzrə qalıq borc məbləği 3599 manat, müqavilə üzrə ödəniş məbləğinin hər gecikdirilən günü üçün hesablamış cərimə-165 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə fiziki şəxs Məmmədova (Bodurova) Pərvanə Cavat qızı arasında xx.xx.2023-cü il tarixli,2115 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış “Müqavilə”yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Cavism” cihazı xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Məmmədova (Bodurova) Pərvanə Cavat qızına təhvil verilmişdir.xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı Məmmədova (Bodurova) Pərvanə Cavat qızı tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o,“təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Müqavilə”nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 4320 (dörd min üç yüz iyirmi) manat müəyyən edilmişdir. “Müqavilə Əlavəsi”nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Məmmədova (Bodurova) Pərvanə Cavat qızı tərəfindən ödəniş mərhələlərinə uyğun olaraq hissə-hissə olmaqla ümumilikdə 721 (yeddi yüz iyirmi bir) manat ödəniş edilmişdir.Cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızının 29 iyul 2023-cü il tarixə ödənilməmiş- 3599 manat əsas borcu və 165 manat cərimə borcu yaranmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı azaldılaraq 17 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızından 3599 manat əsas borc, 17 manat cərimə borcu olmaqla cəmi 3616 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 56 manatın 53.20 manatı alınıb İddiaçın xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədova (Bodurova) Pərvanə Cavat qızından 3599 manat əsas borc, 17 manat cərimə borcu olmaqla cəmi 3616 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 56 manatın 53.20 manatı alınıb İddiaçın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar