Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-736/2022 15.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X9 katibliyi,İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X5 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş-R.Səmədov küçəsi),ev 47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə iş üzrə üçüncü şəxs X4 vəsiyyətnamə üzrə vərəsəlik hüququnun rəsmiləşdirilməsinə dair 20 oktyabr 2021-ci il tarixli, 2V-470 reyestr nömrəli, V-515/2021 nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,iş üzrə onun və üçüncü şəxs X11 anaları X14 31 may 2017-ci il tarixdə ölmüşdür. X6 ölümündən sonra Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzil miras qalmışdır. Mərhum X6 qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 26 yanvar 1996-cı il tarixdə dövlət qeydiyyatına alınaraq “Qeydiyyat vəsiqəsi”ilə rəsmiləşdirilmişdir. Mərhum X6 vəfatından sonra ondan miras qalmış, Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzili iş üzrə İddiaçı təkbaşına idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İş üzrə üçüncü şəxs X19 isə anaları X5 miras qalmış həmin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində qəbul etməmişdir. Buna baxmayaraq, iş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu,iş üzrə üçüncü şəxs X13 anası X5 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” vermiş,X11 miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edib-etməməsini araşdırmamışdır. İddiaçı hesab edir ki, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən iş üzrə üçüncü şəxs X13 anası X5 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” qanunsuz olaraq tərtib edildiyindən etibarsız hesab edilməldir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında göstərdi ki,cavabdeh X15 xx.xx.1965-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. Həmin mənzil keçmiş Balakən Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli 03 saylı sərəncamı ilə cavabdehin anası X6 adına rəsmiləşdirilmişdir. Anası özünə məxsus olan əmlakını ona vəsiyyət etmişdir. Anası X14 31 may 2017-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan qalmış miras əmlak olan Balakən şəhəri H.Əliyev prospekti ev 49 ünvanındakı 8 saylı mənzilin 5/6 hissəsinə öz adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin sənədlər əsasında mənzilin 5/6 hissəsi onun, 1/6 hissəsi isə cavabdeh olan bacısı İddiaçı paylı mülkiyyətində olmaqla həmin hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14-05101-093009 nömrə ilə qeydiyyata alınmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin vaxtdan bir ilə yaxın vaxt keçdikdən sonra İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkillərini dinləyib, işdə olan sənədlərə baxaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdeh Balakən rayon Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş 358 nömrəli arayışdan görünür ki, X22 və X12 nikahının pozulması haqqında xx.xx.1978-ci il tarixdə 38 nömrə ilə akt qeydi tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş 359 nömrəli arayışdan görünür ki, X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlar avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.1978-ci ildən xx.xx.2017-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd edilən şəxs Balakən rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli 88 nömrəli ölüm haqqında akt qeydinə əsasən xx.xx.2017-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon MİM-si tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 273 nömrəli arayışda göstərilmişdir ki,İddiaçı H.Əliyev küçəsi 49/8 saylı mənzildə qeydiyyatdadır.Yaşadığı mənzilin kommunalını ödəmişdir.Arayış Balakən Rayon Məhkəməsinə təqdim edilməsi üçün verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon MİM-si tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 282 nömrəli arayışda göstərilmişdir ki, H.Əliyev küçəsi 49/8 saylı mənzildə qeydiyyatda olan İddiaçı aşağıdakı ailəsi vardır.
1. Oğlu- X27,
2. Bacısı oğlu-X23,
3. X8,
4. Bacısı qızı-X21, 5.Qızı- X3 Qeyd: Həmin şəxslər qeydiyyatda olmasına baxmayaraq anası X16 vəfat etdikdən sonra həmin evdə İddiaçı yaşayır. Arayış Balakən Rayon Məhkəməsinə təqdim edilməsi üçün verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional "ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə ünvanlanmış 1425 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı vərəsəlik hüququ ilə bağlı müraciəti əsasında notarius Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə sorğu göndərərək mərhum X7 adına olan əmlak barədə sənədlərin Balakən regional "ASAN xidmət” mərkəzində notariat ofisinə göndərilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 noyabr 2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, Balakən şəhəri R.Səmədov küçəsi , ev 49, m.8-də yaşayan X16 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən şəhəri, H.Əliyev pr.,49, m.8-də yerləşənmənzilini qızı X10 vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20 oktyabr 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, “Mən, Balakən regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh Balakən rayonu dövlət notariat ofisi tərəfindən xx.xx.2015 tarixdə təsdiq edilən və reyestrdə 282 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X14NİN vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Liman Məhəlləsi,Barış Manço pr N0-29,Mimsa C bloku N0-101 .Konyaaltı/Antalya ünvanında qeydiyyatda olan QİZİ X15dır (C03120198,xx.xx.2020- DİN, F1N: V4NQZZK dm05.0S.l98S} və o miras əmlakdan 5/6 hissədə İrs almalıdır. Şəhadətnamə verilən miras əmlak:Balakən rayon TİB tərəfindən xx.xx.1996-cı il tarixdə X14YA verilmiş 10-24 qeydəalma nömrəsi ilə 3 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəs 68.2 kv /m, yaşayış yaşayış sahəsi 45 kv/m, yardımçı sahəsi 23,2 kv.m olan mənzildən ibarətdir. QEYD. Şəhadətnamə verilən miras əmlakın 1/6 hissəsinə İddiaçı qızna Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmədən açıq saxlanıldı” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 200609 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X16 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, Balakən şəhəri, Heydər Əliyev prospekti ev 47, mənzil 8-də yerləşən ümumi sahəsi 69.7 kv.m olan mənzilin 5/6 hissəsi X4, 1/6 hissəsi isə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 oktyabr 2021-ci il tarixdə verilmiş xx/xx-1013 nömrəli arayışdan görünür ki, X17 05 avqust 1965-ci ildə Balakən şəhərində anadan olmuşdur.Bu barədə 02 noyabr 1965-ci il tarixdə Balakən rayon qeydiyyat şöbəsində 62 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 22 avqust 2022-ci il tarixli 109-20953-1222 nömrəli məktubda göstərilmişdir ki, “sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.1965-ci ildə Balakən rayonunda anadan olmuş, Balakən şəhəri, H.Əliyev prospekti, ev 49, mənzil 8-də qeydiyyatda olan X4 barəsində DİN-in Baş İnforrmasiya –Kommunikasiya İdarəsinin “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, R.H.Şirinova xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 18 (on səkkiz) dəfə Azərbaycan Respublikasının Dövlət sərhəddindən giriş-çıxış etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 07 dekabr 2022-ci il tarixli 2008 nömrəli məktubda göstərilmişdir ki, “Sizin X6 vərəsəlik işi ilə əlaqədar 18 noyabr 2022-ci il tarixli sorğunuza cavab olaraq bildirirəm ki, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş (mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda) vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzuiarına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.Bildiyiniz kimi vərəsənin susması vərəsənin mirasdan imtina etməsi deməkdir. Məcburi payı qəbul etməkdən imtina halında isə onun payı vəsiyyət üzrə vərəsələrə keçir.Məcburi paya hüququ olan şəxslərin dairəsinin yoxlanılması dedikdə də məhz məcburi payın həcminin müəyyən edilməsi, mirası qəbul etmiş vərəsələrin məcburi payının ayrılması, məcburi paya hüququ olan susmuş vərəsənin payının isə mirası qəbul etmiş vəsiyyət üzrə vərəsələrin payına birləşdirilməsi nəzərdə tutulur.Bundan əlavə nəzərinizə çatdırıram ki, bəzi hallarda Notariat haqqında qanunun 55-ci maddəsinə istinad edərək (Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.), notariusların vərəsələri vərəsəliyə dəvət etmə kimi bir öhdəhliyinin olduğu düşünülür.Notariat orqanı 20 adda notariat hərəkəti aparır və yuxarıda qeyd etdiyim maddə miras əmlakın mühafizə olunması üçün tədbirlər görülməsinə aiddir. Hansı ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ayrı bir notariat hərəkətidir.Beləliklə qanunvericilikdə notariusun üzərinə vərəsənin dəvət olunması kimi bir öhdəlik qoyulmadığına görə İddiaçı rəsmi şəkildə notariat ofisinə dəvət edilməmişdir. Dəvətin forması, dəvət edildiyi təqdirdə nə qədər müddət gözlənilməsi və s. kimi hallar qanunvericilikdə öz əksini tapmamışdır. O cümlədən mirasın bölüşdürülməsi ilə bağlı ixtilafın olduğuna dair heç bir rəsmi müraciət olunmamışdır. Bundan sonra miras toplusuna daxil olan əmlakda qeydiyyatda olduğu üçün mirası qəbul etdiyi müəyyən olunmuşdur. Yuxarıda da qeyd etdiyim kimi Mülki Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Ərizə ilə müraciət etdiyi təqdirdə həmin vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir “. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 bacıdır. Balakən şəhəri R.Səmədov küçəsi , ev 49, m.8-də yaşayan X16 04 noyabr 2015ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən şəhəri, H.Əliyev pr.,49, m.8-də yerləşən mənzilini qızı X10 vəsiyyət etmişdir. X14 31 may 2017-ci il tarixdə ölmüşdür. X6 ölümündən sonra Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzil miras qalmışdır. İş üzrə cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu iş üzrə üçüncü şəxs X13 anası X5 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş - R.Səmədov küçəsi), ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermiş, həmin şəhadətnamə əsasında Balakən şəhəri, Heydər Əliyev prospekti ev 47, mənzil 8-də yerləşən ümumi sahəsi 69.7 kv.m olan mənzilin 5/6 hissəsi X4, 1/6 hissəsi isə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır.İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 anaları X5 miras qalmış əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində qəbul etməməsini, notariusun bunu araşdırmamasını, Balakən regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən iş üzrə üçüncü şəxs X13 verilmiş 20 oktyabr 2021-ci il tarixdə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə qanunsuz olduğunu göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Mülki Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Mirasın qəbul edilməməsi, bu əsasla vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli olması ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması ilə bağlı müddət müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə, mübahisələndirilən, Balakən regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 mərhum anası X5 miras qalmış Balakən şəhəri, H.Əliyev prospekti ev-47 ünvanında yerləşən 8 nömrəli mənzilin 5/6 hissəsinə görə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin 20 oktyabr 2021-ci il tarixdə verilməsini, iddiaçı X11 həmin vaxtdan bundan məlumatı olmasını ( işin bu halı İddiaçı 2021-ci ilin oktyabr ayında miras əmlakla bağlı notariusa müraciət etməsi, məhkəməyə təqdim etmək üçün sənədlər alması ilə təsdiq olunur), lakin qanunla müəyyən edilmiş iki ay müddətində həmin şəhadətnaməni mübahisələndirməməsini, bununla da onun sözügedən şəhadətnaməni mübahisələndirmək hüququnu itirməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam , hərtərəfli , obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov