Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-750/2023 04.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin bir hissəsinin təsdiq olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Mediasiya Şurasında aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin cehiz əşyalarının götürülməsi hissəsində təsdiq olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi ilə bağlı 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında Ərizəçi yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 03 avqust 2023-cü il tarixli barışıq sazişinin cehiz əşyalarının götürülməsi hissəsində icra olunduğunu, Maraqlı şəxs öz cehiz əşyalarını onun evindən götürdüyünü göstərərək, Maraqlı şəxs ilə Mediasiya Şurasında aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin cehiz əşyalarının götürülməsi hissəsində təsdiq olunmasına dair ərizəsinin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Ərizəçi ilə Mediasiya Şurasında bağladığı 03 avqust 2023-cü il tarixli barışıq sazişinə əsasən öz cehiz əşyalarını Ərizəçi evindən götürdüyünü, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini, ona görə də Ərizəçi onunla Mediasiya Şurasında aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin cehiz əşyalarının götürülməsi hissəsində təsdiq olunmasına dair ərizəsinin geri qaytarılmasına və baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərrizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcələnin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi Xavlis oğlu hazırki ərizəsinin qaytarılması barəsində ərizə verdiyi və Maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün Ərizəçi Maraqlı şəxs ilə Mediasiya Şurasında aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin cehiz əşyalarının götürülməsi hissəsində təsdiq olunmasına dair ərizəsi baxılmamış saxlanmalı, bu qərardad qanuni qüvvəyə mindikdən sonra hazırki ərizənin verilməsi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi qaytarılmalı, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi Maraqlı şəxs ilə Mediasiya Şurasında aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin cehiz əşyalarının götürülməsi hissəsində təsdiq olunmasına dair ərizəsi baxılmamış saxlansın; bu qərardad qanuni qüvvəyə mindikdən sonra hazırki ərizənin verilməsi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi qaytarılsın; ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-750/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-750/2023
04.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver