Məhkəmə qərarları › İş №e-2(019)-754/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-754/2023

27.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-754/2023 27.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: Ərizəçi nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizədə təsdiq olunması xahiş olunan və ərizəyə əlavə edilmiş Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Maraqlı şəxs2 tərəfindən xx.xx.2016-cı il təvəllüdlü övladı X1 üçün 30 aprel 2023-cü il tarixindən başlayaraq hər ay 180 manat məbləğində alimentin Ərizəçi cari bank hesabına (kart hesabına) ödənilməsinə və Maraqlı şəxs2 əmək haqqısının artdığı dövrdə alimentin miqdarının artırılmasında razılığa gəlməklə yanaşı, aliment tələbi ilə bağlı olmayan məsələ Maraqlı şəxs2 övladı X3 ilə ayda 2 (iki) dəfə şənbə və bazar günləri olmaqla saat 09.00dan 13.00-a kimi ünsiyyətdə olmalarına dair də razılığa gəlmişlər. Ərizəçi də ərizəsində aliment hissəsində barışıq sazişinin təsdiqini deyil, həm aliment, həm də uşaqla ünsiyyətlə bağlı olan xx.xx.2023-cü il tarixli barışıq sazişinin tam təsdiq olunmasını xahiş edir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda qanun normasının tələbinə dair ərizəçi hazırki ərizə ilə bağlı 100 manat məbləğində dövlət rüsumu ödəməlidir. İş materiallarından isə görünür ki, ərizəçi tərəfindən mediasiya zamanı cəmi 50 manat mediasiya xərci ödənilmişdir. Belə olan halda Ərizəçi daha 50 manat məbləğində dövlət rüsumu ödəməli idi ki, o da bunu etməmişdir. Bu hal da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəmə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; Ərizəçi ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar