Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-765/2023 31.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Nəbiyeva (Dabaxova) Türanə Loğman qızının Maraqlı şəxs4 və başqalarına qarşı barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: Nəbiyeva (Dabaxova) Türanə Loğman qızı Maraqlı şəxs4 və başqalarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Maraqlı şəxs4 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barşıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-203/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X3 ilə cavabdeh Maraqlı şəxs4 arasında bağlanmış 10 avqust 2009-cu il tarixdə Balakən İH-nin Tülü kənd İƏD üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahdan olan uşaqları-21 avqust 2009-cu ildə anadan olmuş X4 və 04 sentyabr 2010-cu ildə anadan olmuş Maraqlı şəxs1 Bəhruz oğlu anası X1 yanında saxlanılmış, 30 noyabr 2018-ci il tarixdən başlayaraq 21 avqust 2009-cu ildə anadan olmuş X4 və 04 sentyabr 2010-cu ildə anadan olmuş Maraqlı şəxs1 Bəhruz oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs4 hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-203/2019 nömrəli qətnaməsi üzrə verilən həmin icra sənədi icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin şöbədə icra işi açılmışdır. Hazırki iş üzrə aliment tələbinə dair icra sənədinin birdəfəlik icra edilməsi barədə barışıq sazişini bağlayan tərəflər Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-203/2019 nömrəli icra sənədi üzrə tələbkar Nəbiyeva (Dabaxova) Türanə Loğman qızı və borclu Maraqlı şəxs4dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmə tərəfindən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi (Mülki Prosessual Məcəlləsinin 52.3 və 355-23-355-26-cı maddələri) və mülki prosesdə tərəflərin (iddiaçı və cavabdehin) özlərinin bağladıqları barışıq sazişinin təsdiq edilməsi (Mülki Prosessual Məcəlləsinin 52.3. 52.5, 191ci maddələri və sair) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində mülki məhkəmə icraatı qaydasında İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədinin icrası üzrə tələbkarla borclu arasında barışıq sazişinin təsdiq edilməsi proseduru və qaydaları nəzərdə tutulmamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən tələbkar ilə borclu arasında barışıq sazişinin təsdiq edilməsi nəzərdə tutulmaqla, bu icraat icra icraatı qaydasında həyata keçirilməlidir. Göründüyü kimi, qanunun tələbinə görə icra icraatı qaydasında tərəflər arasında barışıq sazişinə iddia ərzəsi formasında mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Tələbkarla borclu arasında bağlanmış barışıq sazişinə icra icraatı qaydasında baxılır və bunun üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.2.bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxmaq üçün qəbul edilməkdən imtina edilərsə… Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, Nəbiyeva (Dabaxova) Türanə Loğman qızının Maraqlı şəxs4 və başqalarına qarşı barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, bu qərardad qanuni qüvvəyə mindikdən sonra hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Nəbiyeva (Dabaxova) Türanə Loğman qızına qaytarılmalı, Nəbiyeva (Dabaxova) Türanə Loğman qızına hazırki məsələ ilə bağlı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Nəbiyeva (Dabaxova) Türanə Loğman qızının Maraqlı şəxs4 və digərlərinə qarşı barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin; bu qərardad qanuni qüvvəyə mindikdən sonra hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Nəbiyeva (Dabaxova) Türanə Loğman qızına qaytarılsın; Nəbiyeva (Dabaxova) Türanə Loğman qızına hazırki məsələ ilə bağlı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-765/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-765/2023
31.07.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver