Məhkəmə qərarları › İş №e-2(019)-769/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-769/2022

11.08.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-769/2022 11.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə icla katibi X2 katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs1 ilə nikahlarını 13 avqust 2018-ci ildə 1 saylı Bakı Asan Xidmət X3 2203 sayla rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X8 adında bir uşaqları vardır. Ailə qurduqdan sonra onlar uzun müddət ailədə mehriban yaşamışlar. Lakin bir müddət sonra ailə münasibətləri heç də yaxşı olmamışdır. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə dəfələrlə aralarında narazılıqlar yaranmış, lakin uşağın xatirinə barışıb bir yerdə yaşamışlar. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə nikahın pozulması və aliment tələbi ilə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində cavabdehlə nikahın pozulmasına və cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında alimentin verilməsi barədə razılığa gəlmişlər və bu barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamışlar. Nikahları Balakən Rayon Məhkəməsinin 2(019)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi vaxtı-vaxtında icra etməmişdir. Eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmiş, aylıq əmək haqqısının nə qədər olduğunu bildirməmiş, müxtəlif aylarda 138 manat ödəməklə kifayətlənmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən 01 iyul 2019-cu il tarixdə verilmiş AZ-İV 305114 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-309/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında bağlanmış 13 avqust 2018ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” X3 2203 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 10 iyun 2019-cu ildə anadan olmuş X4 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Ərizəçi və Maraqlı şəxs1 ( etibarnamə üzrə nümayəndə Ələkbərov Orxan) iştirakı ilə nikahın pozulması və alimentin təyin olunması mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə mediasiya prosesi həyata keçirilmiş, mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs1 ( nümayəndə X5) alimentin məbləğinin müəyyən olunmasına razıdırlar, cavabdeh hər ay əmək haqqının ¼ hissəsi məbləğində aliment ödəməyə razılaşmışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə 13 avqust 2018-ci ildə nikahlarını 1 saylı Bakı Asan Xidlmət X3 2203 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-309/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Aliment məbləğinin müəyyən olunması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2022-ci il tarixdən başlayaraq (ödənişlər nəzərə alınmaqla ) hesablanmaqla xx.xx.2019-cu-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq Ərizəçi verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq (ödənişlər nəzərə alınmaqla ) hesablanmaqla xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay qazancının (başqa gəlirlərinin) 1/4(dörddə bir) hissəsi miqdarında aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar