Məhkəmə qərarları › İş №e-2(019)-77/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-77/2022

07.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-77/2022 07.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Balakən rayonu, Talalar kəndində ona məxsus tikilinin qarşısından keçən d-108 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçun cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq "Azəriqaz" X1 istismarı İdarəsinin balansında və istismarında olan Balakən rayonu Talalar kəndində d-108 mm diametrli orta təzyiqli yerüstü qaz xəttinin mühafizə zonasını pozaraq yeraltına salınmışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları" təsdiq edilmişdir. “Qaydaların 2 və 5 nömrəli əlavələrinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 (dörd) metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 (beş) metr, aşağı təzyiqli yeraltı və yerüstü qaz kəmərinin mühafizə zonası 2 (iki) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər.Bundan əlavə gələcəkdə insan tələfatı ilə nəticələnə biləcək hər-hansı qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə və kəmərə texniki xidmətin göstərilməsi üçün təhlükəsizlik zonasında inşa edilmiş tikililnin mühafizə zolağına düşən hissəsinin öz vəsaiti hesabına sökülməsi və ya kəmərin təhlükəsiz zonaya çıxarılması üçün texniki icra sənədlərinin hazırlanması məqsədilə Zaqatala RQİİ-nin Texniki istismar şöbəsinə müraciət edilməsi, əks təqdirdə tikililərin sökülməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək xx.xx.2022-ci il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinin xx.xx.2021-ci il tarixli aktında göstərilir ki, Balakən rayonu Talalar kəndində qaz xəttinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki,həmin kənddə Cavabdeh məxsus torpaq sahəsinin qarşısından keçən d-108 mm-lik yerüstü qaz xətti vətəndaş tərəfindən tikinti norma və qaydalarının tələbləri pozularaq yeraltına salınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli 10/394 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən torpaq sahəsinin ətrafına çəkilmiş hasarın,d-108 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərindən 0.20 metr aralı yerləşdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli ,103 saylı qərarı ilə «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»na əsasən,həmin qaz xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. -d-108 mm diametri olan orta təzyiqli qaz kəmərinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin qarşısından keçən hissəsinin üzərinin kim tərəfindən örtülməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq "Azəriqaz" X1 istismarı İdarəsinin balansında və istismarında olan Balakən rayonu Talalar kəndində d-108 mm diametrli orta təzyiqli yerüstü qaz xəttinin mühafizə zonasını pozaraq yeraltına salmışdır.Həmçinin həmin mühafizə zonasında hasar inşa etdirmişdir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. Həmin Qaydaların 2.13-cü bəndinə görə boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. “Qaydalar”ın 2 və 5 nömrəli əlavələrinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 (dörd) metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 (beş) metr, aşağı təzyiqli yeraltı və yerüstü qaz kəmərinin mühafizə zonası 2 (iki) metr müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən rayonu, Talalar kəndində Cavabdeh məxsus tikilinin qarşısından keçən d-108 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçun mühafizə zonasında olan daş hasar Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək və qaz kəməri yerüstünə çıxarılaraq əvvəlki vəziyyətə gətirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 10,40 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı hesabına ödənməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az. MEM; VÖEN: **********; AZ34CTRE ********************,X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Balakən rayonu Talalar kəndində Cavabdeh məxsus tikilinin qarşısından keçən d-108 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün mühafizə zonasında olan daş hasar Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək və qaz kəməri yerüstünə çıxarılaraq mühafizə zonası əvvəlki vəziyyətə gətirilsin. 10,40 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı hesabına ödənsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az. MEM; VÖEN: **********; AZ34CTRE ********************,X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar