Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-844/2023 18.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1 və İddiaçı2 Cavabdeh3, Balakən Rayon Asan Xidmət Mərkəzinin Notariat ofisinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 18 Saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin ləğv edilməsi və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: İddiaçı1 və İddiaçı2 Cavabdeh3, Balakən Rayon Asan Xidmət Mərkəzinin Notariat ofisinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 18 Saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş, 12 yanvar 2021-ci il tarixli reyestr 2V-15 nömrəli vəsiyyətnamənin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Hazırki iddia ərizəsindən görünür ki, hazırki ərizədə cavabdehlər Cavabdeh3, Balakən Rayon Asan Xidmət Mərkəzinin Notariat ofisinin və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 18 Saylı Zaqatala Ərazi İdarəsinin telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmçinin iddia bir neçə cavabdehə verildiyi üçün onların hər bririnə qarşı yönələn tələb, eyni zamanda vəsiyyətnamədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinin nəyi ehtiva etməsi ilə bağıl iddia tələbi qeyd edilməmişdir. Bununla da iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh3, Balakən Rayon Asan Xidmət Mərkəzinin Notariat ofisinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 18 Saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı2 qaytarılmalı və ərizəçilər İddiaçı2 və İddiaçı1 ərizələrinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı2 və İddiaçı1 Cavabdeh3, Balakən Rayon Asan Xidmət Mərkəzinin Notariat ofisinə və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 18 Saylı Zaqatala Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı2 qaytarılsın; ərizəçilər İddiaçı2 və İddiaçı1 ərizələrinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-844/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-844/2023
18.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver