Məhkəmə qərarları › İş №e-2(019)-884/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-884/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-884/2022 06.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN-782, KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna X28 və reyestr nömrəsi **********42-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü ildə Balakən rayonunun Yeni Şərif kəndində anadan olmuşdur. Onun valideynləri- atası X12 və anası X10 olmuş və vəfat etmişlər. O, nikahlarını xx.xx.1974-cü il tarixdə 17 sayla Balakən rayon Şərif kənd sovetində rəsmiləşdirməklə Balakən rayonunun Şərif kənd sakini X7 ilə evlənmişdir. Həmin vaxtdan eyni təsərrüfatda yaşayırlar. Dövlət tərəfindən Aqrar İslahat aparılarkən onun və ailə üzvlərinin payına JN- 782 KOD 40100028 saylı Torpağa Mülkiyyət Hüququna X30 əsasən 1.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bundan başqa ailələrinin ümumi birgə mülkiyyətində 0.2498 ha həyətyanı torpaq sahəsi vardır. Hal- hazırda o və həyat yoldaşı əmlakları ilə bağlı müəyyən sərəncam vermək istəyirlər. Buna görə də mülkiyyətinə verilmiş həm həyətyanı, həm də kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd olan Çıxarış almalıdırlar. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarəyə müraciət edərkən ona məlum olmuşdur ki, JN-782 KOD 40100028 saylı Torpağa Mülkiyyət Hüququna X29 onun adı Cavharat əvəzinə İkramat kimi qeyd olunub. Buna görə də ona Cavharat adı ilə “ Çıxarış” larin verilməsi qeyri-mümkündür və idarə tərəfindən ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan başqa həyat yoldaşı X2 adına verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2021- ci il tarixli “ Çıxarış”da onun adı X3 göstərilmişdir və o, həmin “ Çıxarış” da qeyd olunmuş əmlakına dair sərəncam verə bilmir. Onun adı isə Cavharatdır. Belə ki, 14 oktyabr 1953-cü il tarixdə Balakən rayon Şərif kənd Soveti tərəfindən adına verilmiş doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnaməsində, həmçinin uşaqlarının doğum haqqında şəhadətnamələrində və onun şəxsiyyət vəsiqəsində adı Cavharat kimi qeyd olunur. Ailə üzvləri və qonşuları onu İkramat kimi çağırmışlar. Həmçinin hal-hazırda qeydiyyatda olduğu Balakən rayonu Yeni Şərif kənd İcra Nümayəndəliyinin Təsərrüfat başına kitabında da adı İkramat kimi qeyd olunub. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Məmməd İsmayılov məhkəməyə məktub göndərərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində dövlət qeydiyyatı üzrə daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması, eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 06 dekabr 2022-ci il tarixində, saat 11.45-də baxılacaq e-2(019)-884/2022 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmələrinin mümkün olmayacağını göstərərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 və X8 ifadələrində göstərmişlər ki, JN-782, KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna X29 və reyestr nömrəsi **********42-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən X14 ilə Ərizəçi eyni şəxsdir. X26 və Çıxarışda Ərizəçi adı səhv olaraq İkramat kimi göstərilmişdir. Həqiqətən də JN-782, KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna X29 və reyestr nömrəsi **********42-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən X14 ilə Ərizəçi eyni şəxsdir və həmin torpaqlar da Ərizəçi tərəfindən istifadə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş AA******* 1EKYCD nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı (soyadı, adı və atasının adı) Ərizəçidır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 782 KOD 40100028 saylı Torpağa Mülkiyyət Hüququna X27 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli, 09 nömrəli qərarı ilə Balakən rayonu Yeni Şərif kəndində 1.67 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X2, X9, X5, X4 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********42-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Yeni Şərif kəndində yerləşən 0.2498 ha yaşayış məntəqələrinin torpaqları 1 №li reyestr kitabının 168 №li vərəqində xx.xx.2021-ci il tarixdə X2, X9, X5, X4 və X1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu İcra Hakimiyyətinin Yeni Şərif kənd inzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli 217 nömrəli arayışından görünür ki, Ərizəçi Yeni Şərif kənd sakinidir və o, X14 ilə eyni adlı şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Şərif kənd soveti tərəfindən 07 avqust 1974-cü il tarixdə verilmiş AZ seriyalı, 271863 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi arasında nikah Balakən rayon Şərif kənd sovetində 07 avqust 1974-cü il tarixdə 17 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Nuriyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Şərif kənd soveti tərəfindən verilmiş İV-JQ seriyalı 411928 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1977-ci il tarixdə anadan olmuş, atası X7, anası Ərizəçi yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 Saylı Zaqatala Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 30 avqust 2022-ci il tarixli **********33 nömrəli məktubda göstərilir ki, Aqrar islahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahələrinə dair JN-782 nömrəli “Dövlət Aktı” sənədində mülkiyyətçilərin siyahısında adın şəxsiyyət vəsiqəsinə uyğun qeyd olunaraq həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı məlumat verilir ki, Ləğv edilmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-782 nömrəli Torpağa Mülkiyyət Hüququna X31” sənədində düzəlişlərin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat uçun bildirilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-cı maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyad, ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2022ci il tarixli 246 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Yeni Şərif kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2022-ci illər üzrə-1. X7-ailə başçısı, 2. X14-arvadı, 3.X13-oğlu, 4.X11-qızı, X6-qızı. Evin tikildiyi il qeyd edilməyib.Cəmi torpaq sahəsi-1998-2000-ci illərdə-0.25 (hektarın yüzdə biri) ilə. 1996-1997-ci illərdə torpaq sahəsi qeyd edilməyib. İş materiallarından həmçinin görünür ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1953-cü ildə Balakən rayonu Yeni Şərif kəndində anadan olmuşdur. Onun valideynləri- atası X12 və anası X10 olmuş və vəfat etmişlər. Ərizəçi nikahını xx.xx.1974cü il tarixdə 17 sayla Balakən rayon Şərif kənd sovetində rəsmiləşdirməklə Balakən rayonunun Şərif kənd sakini X7 ilə evlənmişdir. JN-782, KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna X29 və reyestr nömrəsi **********42-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda ərizəçinin soyadı, adı və atasının adı X3 yazılmışdır. Ərizəçi adında olan torpaq sahələrini sənədləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 Saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 Saylı Zaqatala Ərazi İdarəsindən ona çıxarış verilməkdən imtina edilmişdir. Həmin torpaq sahəsi onun istifadəsindədir. Ona görə də ərizəçi hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın müəyyən olunması ərizəçiyə həmin torpaq sahələrinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq və torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirmək üçün lazıimdır. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndində göstərilmiş şərtlər hazırki işdə mövcuddur. Belə ki, əvvəla ərizəçinin JN-782, KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna X29 və reyestr nömrəsi **********42-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən adı onun şəxsiyyət vəsiqəsində göstərilən adı ilə düz gəlmir, yəni üst-üstə düşmür, ikincisi JN-782, KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna X31 və reyestr nömrəsi **********42- 10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış hüquqmüəyyənedici sənədlərdir və üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 18 Saylı Zaqatala Ərazi İdarəsi tərəfindən sənədlərdə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmin sənədlərdəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, JN-782, KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna X28 və reyestr nömrəsi **********42-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. JN-782, KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna X28 və reyestr nömrəsi **********42-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar