Məhkəmə qərarları › İş №e-2(019)-888/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-888/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-888/2023 02.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1833 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır və fiziki şəxs kimi fəaliyyət göstərərək Balakən şəhəri R. Səmədov küçəsində yerləşən mağazada məişət əşyaları və telefon satışı ilə məşğul olur (VÖEN- **********). Cavabdeh xx.xx.2022-ci il tarixində onun yanına gələrək ona bir ədəd telefon verilməsini xahiş etmişdir. Nisyə satış müqaviləsinə əsasən cavabdehə 720 manat dəyərində bir ədəd Samsung A52 128 gb imei: "**********02879" markalı telefonu 8 ay müddətinə kreditlənisyə satmışdır. Aralarında 22 sentyabr 2022-ci il tarixli 273 nömrəli müqavilə və ödəniş qrafiki tərtib edilmişdir. Lakin cavabdeh kredit müqavilasinin və ödəniş qrafikinin tələblərinə riayət etməmiş, 720 manat borcdan cəmi 90 manat ödəmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə onun yanına gələrək ona ikinci telefonun verilməsini xahiş etmiş, nisyə satış müqaviləsinə əsasən cavabdehə 737 manat dəyərində ikinci telefon Samsung A33 128 gb imei “**********87711” markalı telefonu 8 ay müddətinə nisyə satmışdır. Aralarında 01 oktyabr 2022 ci il tarixli 309 nömrəli müqavilə və ödəniş qrafiki tərtib edilmişdir. Lakin cavabdeh müqavilə və ödəniş qrafikinin tələblərini yerinə yetirməmiş, 737 manat borcdan cəmi ona 92 manat ödəmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə onun yanına gələrək ona üçüncü telefonun verilməsini xahiş etmiş, nisyə satış müqaviləsinə əsasən cavabdehə 558 manat dəyərində üçüncü telefon Honor X8 12 gb imei “**********59051007” markalı telefonu 8 ay müddətinə nisyə satmışdır. Aralarında 06 noyabr 2022 ci il tarixli 393 nömrəli müqavilə və ödəniş qrafiki tərtib edilmişdir. Lakin cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərinə riayət etməmiş, 558 manat borcdan ona heç nə ödəməmişdir. Cavabdehi dəfələrlə borcu ödəməsi barədə şifahi va yazılı qaydada xəbərdar etməyinə baxmayaraq, o, öhdəliyini tam yerinə yetirməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Beləliklə, Cavabdeh 22 sentyabr 2022-ci il tarixli 273 nömrəli müqavilə və ödəniş qrafiki üzrə ona cəmi 630 manat, 01 oktyabr 2022-ci il tarixli 309 nömrəli müqavilə və ödəniş qrafiki üzrə ona cəmi 645 manat və 06 noyabr 2022-ci il tarixli 393 nömrəli müqavilə və ödəniş qrafiki üzrə ona 558 manat manat borcu yaranmışdır. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Hazırki işin 17 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı tam etiraf edərək, izahatında həqiqətən də İddiaçı nisyə alqı-satqı müqavilələri üzrə üç telefon aldığını, buna görə iddiaçıya cəmi 1833 manat pul borcunun olduğunu və iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Hazırki işin məhkəmə baxış iclasının 02 noyabr 2023-cü il tarixə saat 16.00-a təyin olunmasına və məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavbdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatlarını dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən (VÖEN **********) görünür ki, İddiaçı VÖEN (**********) xx.xx.2019-cı il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı Cavabdeh 22 sentyabr 2022-ci il tarixli 273 nömrəli müqavilə və ödəniş qrafiki əsasında 720 manat dəyərində bir ədəd Samsung A52 128 gb imei: "**********02879" markalı telefonu 8 ay müddətinə nisyə satmış, lakin cavabdeh kredit müqaviləsinin və ödəniş qrafikinin tələblərinə riayət etməmiş, 720 manat borcdan cəmi 90 manat iddiaçıya ödəniş etmişdir. Bundan başqa İddiaçı Cavabdeh 01 oktyabr 2022 ci il tarixli 309 nömrəli müqavilə və ödəniş qrafiki əsasında 737 manat dəyərində ikinci telefon Samsung A33 128 gb imei “**********87711” markalı telefonu 8 ay müddətinə nisyə satmış, lakin cavabdeh müqavilə və ödəniş qrafikinin tələblərini yerinə yetirməmiş, 737 manat borcdan iddiaçıya cəmi 92 manat ödəmişdir. Bundan sonra İddiaçı Cavabdeh 06 noyabr 2022 ci il tarixli 393 nömrəli müqavilə və ödəniş qrafikinə əsasən 558 manat dəyərində üçüncü telefon Honor X8 12 gb imei “**********59051007” markalı telefonu 8 ay müddətinə nisyə satmış, lakin cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərinə riayət etməmiş, 558 manat borcdan iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehi dəfələrlə borcu ödəməsi barədə şifahi va yazılı qaydada xəbərdar etməyinə baxmayaraq, cavbadeh öhdəliyini tam yerinə yetirməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Beləliklə, Cavabdeh İddiaçı 22 sentyabr 2022-ci il tarixli 273 nömrəli müqavilə və ödəniş qrafiki üzrə 630 manat, 01 oktyabr 2022-ci il tarixli 309 nömrəli müqavilə və ödəniş qrafiki üzrə 645 manat və 06 noyabr 2022-ci il tarixli 393 nömrəli müqavilə və ödəniş qrafiki üzrə 558 manat olmaqla cəmi 1833 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Abduxalıq oğlu hazırki iddianın qaldırılması ilə əlaqədar 50,60 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Halbuki «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən 1833 manat iddia ilə bağlı ödənilməli olan dövlət rüsumu 38,33 manat olmalıdır. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı 1833 manat pul tələbinə dair iddiasını qəbul və etiraf edir, bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 22 sentyabr 2022-ci il tarixli 273 nömrəli müqavilə və ödəniş qrafiki əsasında 720 manat dəyərində bir ədəd Samsung A52 128 gb imei: "**********02879" markalı telefonu 8 ay müddətinə, nisyə satmış, lakin cavabdeh kredit müqaviləsinin və ödəniş qrafikinin tələblərinə riayət etməmiş, 720 manat borcdan cəmi 90 manat iddiaçıya ödəniş etmişdir. Bundan başqa İddiaçı Cavabdeh 01 oktyabr 2022 ci il tarixli 309 nömrəli müqavilə və ödəniş qrafiki əsasında 737 manat dəyərində ikinci telefon Samsung A33 128 gb imei “**********87711” markalı telefonu 8 ay müddətinə nisyə satmış, lakin cavabdeh müqavilə və ödəniş qrafikinin tələblərini yerinə yetirməmiş, 737 manat borcdan iddiaçıya cəmi 92 manat ödəmişdir. Bundan sonra İddiaçı Cavabdeh 06 noyabr 2022 ci il tarixli 393 nömrəli müqavilə və ödəniş qrafikinə əsasən 558 manat dəyərində üçüncü telefon Honor X8 12 gb imei “**********59051007” markalı telefonu 8 ay müddətinə nisyə satmış, lakin cavabdeh kredit müqaviləsinin və ödəniş qrafikinin tələblərinə riayət etməmiş, 558 manat borcdan iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehi dəfələrlə borcu ödəməsi barədə şifahi va yazılı qaydada xəbərdar etməyinə baxmayaraq, cavbadeh öhdəliyini tam yerinə yetirməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Beləliklə, cavbadeh Cavabdeh İddiaçı 22 sentyabr 2022-ci il tarixli 273 nömrəli müqavilə və ödəniş qrafiki üzrə 630 manat, 01 oktyabr 2022-ci il tarixli 309 nömrəli müqavilə və ödəniş qrafiki üzrə 645 manat və 06 noyabr 2022-ci il tarixli 393 nömrəli müqavilə və ödəniş qrafiki üzrə 558 manat olmaqla cəmi 1833 manat borcu yaranmışdır.İddiaçı Abduxalıq oğlu hazırki iddianın qaldırılması ilə əlaqədar 50,60 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Halbuki «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən 1833 manat iddia tələbi ilə bağlı ödənilməli olan dövlət rüsumu 38,33 manat təşkil edir. İddiaçı Dövlət büdcəsinə 12,27 manat artıq dövlət rüsumu ödəmişdir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı ərizəsində İddiaçı ona qarşı 1833 manat pul tələbinə dair iddiasını qəbul və etiraf etdiyini və bu barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında üç ədəd telefonun nisyə alqı-satqı müqavilələri üzrə qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 615-ci maddəsinə əsasən əgər pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 618.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsi alıcının malı müqavilədə müəyyənləşdirilmiş müddətdə qəbul etməsi şərti ilə bağlana bilər. Bu müddət ərzində mal başqa alıcıya satıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.1-ci maddəsinə əsasən əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.2-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsində malın qabaqcadan ödənilməsinin nəzərdə tutulduğu halda alıcının müqavilədə müəyyənləşdirilmiş müddətdə malı ödəməməsi, əgər tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, alıcının müqavilənin icrasından imtina etməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.3-cü maddəsinə əsasən malların pərakəndə nisyə alqı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissəhissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.4-cü maddəsinə əsasən alıcı malın hissə-hissə ödənilməsi üçün müqavilədə müəyyənləşdirilmiş müddət ərzində istədiyi vaxt malı ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh İddiaçı ilə bağlanmış telefonların nisyə alqı-satqı müqavilələri üzrə 1833 manat pulu iddiaçıya ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı 1833 manat məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də iddia təmin edilməklə həmin 1833 manat məbləğ cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, İddiaçı ona qarşı 1833 manat tələbinə dair iddiasını tam etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu tam etirafı qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 1833 (bir min səkkiz yüz otuz üç) manat və ödənilmiş 38,33 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Həmçinin İddiaçı tərəfindən artıq ödənilmiş 12,27 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun; Cavabdeh 1833 (bir min səkkiz yüz otuz üç) manat və ödənilmiş 38,33 manat dövlət rüsumu alınıb İddiaçı verilsin; İddiaçı tərəfindən artıq ödənilmiş 12,27 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar