Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-894/2023 02.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi2, ərizəçilər Ərizəçi1 və Ərizəçi3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN-025A KOD 40101004 saylı Torpağın Mülkiyyətə X4ra, yəni X11 deyil Ərizəçi2, X17 deyil Ərizəçi1, X12 deyıl Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Balakən şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 51-də yaşayırlar. Azərbaycan Respublikasında Dövlət tərəfindən Aqrar islahat aparılan zaman ailələrinin mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ailələri 4 nəfərdən ibarətdir. Ailələrinin mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-025A KOD 40101004 saylı Şəhadətnamədə onların ad və soyadları düzgün qeyd edilməmişdir. Belə ki, şəhadətnamədə Ərizəçi2 adı X13, Ərizəçi1 ad və soyadı X19, Ərizəçi3 adı əvəzinə isə siyahıda X14 adı qeyd edilmişdir. Mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan Çıxarışın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyt Nazirliyi yanında ƏMDX və DƏDK və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Bu zaman onlara məlum olmuşdur ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-025A KOD 40101004 saylı Şəhadətnamədə onların ad və soyadları vəsiqələrində olduğu kimi, yəni düzgün qeyd edilməmişdir. Buna görə də 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə onlara vəsiqələrində qeyd olunmuş ad və soyadlarıyla çıxarışın verilməsinin qeyri-mümkün olması barədə bildirilməklə, məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Buna görə də məhkəməyə müraciət edirlər. Məhkəməyə Balakən şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1293 saylı arayışı əlavə etmişlər. Arayışda da qeyd edilmişdir ki, ünvan 1 ünvanda onlar-4 nəfər ailə üzvü qeydiyyatda olmuşlar və yaşamışlar. Bu təsərrüfatda X14 adlı şəxs yaşamamışdır və ailə üzvü olmamışdır. Məhkəmə iclasında Ərizəçi2 və ərizəçilər Ərizəçi1 və Ərizəçi3 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş, məhkəməyə ərizə göndərərək 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndələrinin iştirakı ilə əlaqədar olaraq xx.xx.2023-ci il tarixində, 11:00-da baxılacaq e-2(019)-894/2023 nömrəli mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin edilməsinin mümkün olmayacağını bildirərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN 025A KOD 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhəri ərazisində 0.06 ha yaşayış məntəqələrinin torpaqları Nümayəndə, X8, X9 və X15 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qaysa kənd soveti tərəfindən 10 yanvar 1991-ci il tarixdə verilmiş XV-JQ seriyalı 414448 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi3 xx.xx.1990-ci il tarixdə anadan olmuş, atası Nümayəndə, anası X13 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Gürcüstan SSR Bolnisi rayonu Akaurt kənd sovetinin VVAQ şöbəsi tərəfindən 17 iyun 1980-ci il tarixdə verilmiş İİİ-İİİ 491821 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1966-ci il tarixdə anadan olmuş, atası X23, anası X18 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 iyul 2023-cü il tarixli 1293 nömrəli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Nümayəndə həqiqətən ünvan 2 ünvanda aşağıda qeyd edilmiş ailəsi vardır: ailə başçısı Nümayəndə, yoldaşı X13, qızı Ərizəçi3, oğlu Ərizəçi1 Qeyd: Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında qeyd edilən X14 adlı şəxs Nümayəndə təsərrüfatında olmamışdır,yoxdur belə bir ailə üzvü olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X25 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Nümayəndə xx.xx.1963 GÜRCÜSTAN, DMANİSİ RAY.
1. Əri (arvadı): Ərizəçi2 (xx.xx.1966)
2. Qızı: Ərizəçi3 (xx.xx.1990)
3. Oğlu: Ərizəçi1 (xx.xx.1991) Arayış Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təqdim edilməsi üçün verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Nümayəndə ünvanladığı 18 avqust 2023-cü il tarixli 3-21-3-47/2-M-01xx-xx/2023 nömrəli məktubunda göstərilir ki, torpaq islahatı nəticəsində ona və ailə üzvlərinə veriimiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə”də düzəliş edərək mülkiyyətçilərin adlarının şəxslyyət vəsiqələrinə uyğun qeyd olunaraq həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı məlumat verilir ki, ləğv edilmiş Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-025A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə” sənədində düzəlişin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarını ərizəyə əlavə edilərək yenidən müraciət etdiyi təqdirdə məsələyə baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqə Nümayəndə verilmimşdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xxxxxxx nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəstiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi1 öğludur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xxxxxxx nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəstiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi3dır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE 16756229 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəstiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi2dır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçilər tərəfindən hazırki ərizə ilə bağlı 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin və ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, JN 025A KOD 40101004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 23 noyabr tarixli 02 nömrəli qərarı ilə Balakən şəhəri ərazisində 0.06 ha yaşayış məntəqələrinin torpaqları Nümayəndə, X8, X9 və X15 ümumi birgə mülkiyyətinə verilmişdir. Hüquqmüəyyənedici sənəd olan JN 025A KOD 40101004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ərizəçilərin soyadı, adı və ata adları Ərizəçi2 əvəzinə X13, Ərizəçi1 əvəzinə X19, Ərizəçi3 əvəzinə X7 göstərilmişdir. Halbuki Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələrinə əsasən, JN 025A KOD 40101004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən X2, adı və atasının adı Ərizəçi2, X6, adı və atasının adı Ərizəçi1, X3, adı və atasının adı Ərizəçi3dır. Ərizəçilər hüquqmüəyyənedici sənəddə göstərilən soyadları, adları və atalarının adları ilə şəxsiyyətlərini təsdiq edən sənədlərdə göstərilən soyadları, adları və ata adları arasında uyğunsuzluğun aradan qaldırılması, səhvlərin düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən bundan imtina edilərək, məhkəməyə müraciət etməsi təklif edilmişdir. Ona görə də ərizəçilər hazırki tələblə məhkəməyə müraciət etmişlər. Ərizədə göstərilən faktın müəyyən edilməsi ərizəçilərə JN 025A KOD 40101004 nömrəli Torpağın Mülkiyyətə X5rın mülkiyyətinə verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə aldırmaq və həmin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını həyata keçirmək üçün lazımdır. Ərizəçilər bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinin tələbləri nöqteyi-nəzərindən bu şərtlərin hamısı hazırki işdə mövcuddur. Belə ki, JN 025A KOD 40101004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hüquqmüəyyənedici sənəddir, ərizəçilərin həmin sənəddə göstərilən soyadları, adları və ata adları onların şəxsiyyətini təsdiq edən sənəddəki soyadları. adları və ata adları ilə düz gəlmir (üst-üstə düşmür), həmçinin məhkəməyə müraciət edən ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, JN 025A KOD 40101004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 deyil Ərizəçi2, X17 deyil Ərizəçi1 və X12 deyıl Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN 025A KOD 40101004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 deyil Ərizəçi2, X17 deyil Ərizəçi1 və X12 deyıl Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamin Tahirov