Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-910/2023 07.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli, 1032 nömrəli müqaviləyə əsasən, SAMSUNG A217 32GB BLACK markalı telefon üçün 190.10 manat ödənilməmiş hissə, 102.52 manat cərimə-cəmi 292.62 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli , 1032 nömrəli müqaviləyə əsasən,SAMSUNG A217 32GB BLACK markalı telefon üçün 190.10 manat ödənilməmiş hissə, 102.52 manat cərimə-cəmi 292.62 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4-cü maddəsinə əsasən: 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı verilmiş tələbi təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ərizəsində tələbinin əsaslılığının malın qiymətinə dair sənəd və əşyanın təhvil təslim aktı ilə sübut olunduğunu qeyd etsə də bu sənədləri ərizəsinə əlavə etməmişdir.Malın verilməsini təsdiq edən sənəd olmadıqda isə borc tələbi əsaslı hesab oluna bilməz. Bundan başqa möhlətli satış müqaviləsində İddiaçı “Samsung Elektroniks”in adından müqavilə bağladığını qeyd etsə də “Samsung Elektroniks”in” ona bu səlahiyyəti verməsinə dair sənədi ərizəsinə əlavə etməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehin ödəniş etməsi barədə sənəd, habelə maliyyə arayışı ərizəyə əlavə edilməmişdir. Məhkəmə işin hallarını, verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olunmamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizənin icraata qəbulundan imtina edilməlidir. Ödənmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. İddiaçı izah edilməlidir ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4, 263-264cü maddələrini rəhbər tutub qəraraaldım İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Ödənmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah edilir ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-910/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-910/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver